Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ömür Nağıyev

Ömür Nağıyev - aktyor, rejissor, ikinci rejissor, arxiv kadrlarda iştirak edən.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Həmçinin bax


Həyatı

1953-cü ildə Bakı şəhərində anadan olub. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsini bitirib. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. 30-dan çox filmdə çəkilib. Bakı Bələdiyyə teatrında işləyib.

2005-ci ildən S.Vurğun ad. Rus Dram teatrının aktyorudur. Teatrda işlədiyi müddətdə bir neçə obrazlar yaradıb. Onlardan: Bernar (K.Xiqqins "Qarold və Mod"), Prokuror (M.İbrahimbəyov "Neft bumu"), Qersoq Kornuelski (U.Şekspir "Kral Lir"), Polis (Elçin "Ubiysa"), Azər-baba (S.Vurğun "Fərhad və Şirin") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Filmoqrafiya
Abşeron gizlinləri (film, 2008)(qısametrajlı sənədli film)(Aztv)
Anın quruluşu (film, 1980)
Arxada qalmış gələcək (film, 2005)
Asif, Vasif, Ağasif (film, 1983)
Axtaran tapar (film, 1980)
Bağlı qapı (film, 1981)
Bəxtəvər (film, 1990)
Bəyin oğurlanması (film, 1986)
Bir anın həqiqəti (film, 2003)
Bircəciyim (film, 1986)
Biz qayıdacağıq (film, 2007)
Biz qayıdacağıq (veriliş, 2007) (II)
Bizim küçənin oğlanları (film, 1973)
Cavid ömrü (film, 2007)
Cin mikrorayonda (film, 1985)
Dəli Kür (film, 1969)
Doğma sahillər (film, 1989)
Evin kişisi (film, 1978)
Ərazi (film, 2005)
Əzablı yollar (film, 1982)
Gözlə məni (film, 1980)
Güllələnmə təxirə salınır!... (film, 2003)
Gümüşü furqon (film, 1982)
Həyat bizi sınayır (film, 1972)
İmtahan (film, 1987)
İstanbul reysi (film, 2010)
İşarəni dənizdən gözləyin (film, 1986)
Nə gözəldir bu dünya... (film, 1999)
Onun taleyi (film, 1991)
Qanlı zəmi (film, 1985)
Sirr (serial, 2012)
Şeytan göz qabağında (film, 1987)
Var olun, qızlar... (film, 1972)
"Yapon" və yaponiyalı (film, 1990)
Yeddi oğul istərəm... (film, 1970)
Yeddi qoyun nağılı (film, 1983)
Yeganə çıxış yolu (film, 1980)


Tarix: 05.02.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 605 Bölmə: Aktyorlar
loading...