Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaqif Mirzəyev

Aktyor

Həyatı

Vaqif Həsənağa oğlu Mirzəyev 5 yanvar 1953-cü ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuşdur. 1966-cı ildə 12 saylı musiqi məktəbinə qəbul olunmuş, 1971-ci ildə məktəbi klarnet ixtisası üzrə bitirmişdir. Vaqif Mirzəyev 1989-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. 1970-ci ildə Moskva qurultaylar sarayında Ümumittifaq festivalın iştirakçısı olmuş və festivalın laureatı adına layiq görülmüşdür. Bundan sonra isə Böyük Oktyabr İnqilabının 70 illiyi münasibəti ilə yenə də Moskva şəhərində keçirilən II Ümumittifaq festivalında birinci yeri tutaraq laureat olmuşdur.

Uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında "Humayun" xalq çalğı alətləri ansamblında işləmişdir. 1990-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "solist" adına layiq görüldükldən sonra, özünün "Azərbaycan təranələri" ansamblını yaratmış və uzun müddət Musiqi Ansamblları Birliyində çalışmışdır. Eyni zamanda 1990-cı ildə Türkiyədə keçirilən Ümumdünya festivalında birinci yeri tutaraq festivalın medalını almış, 1992-ci ildə ilk dəfə olaraq Azərbaycandan İrana gedən 10 nəfər xüsusi seçilmiş sənətkarlar arasında klarnet ustası kimi iştirak etmişdir. 1994-cü ildə isə Suriya, İordaniya və İraqda Azərbaycan musiqisini yüksək səviyyədə təbliğ etdiyinə görə diploma layiq görülmüşdür. Xarici mətbuat dəfələrlə yaradıcılığıyla maraqlanmış və tez-tez öz səhifələrində işıqlandırmışdır.

Azərbaycan radiosu ifasında 50-yə yaxın musiqi lentə almışdır. Moskvanın "Melodiya" firması tərəfindən bir neçə disk valları buraxılmışdır. Dəfələrlə Azərbaycan Televiziyasında çıxışlar etmiş və televiziyanın "Qızıl Fond"unda bir neçə konsertləri qorunub saxlanılmaqdadır.

Xalqımızın ağır günlərində də geridə qalmamış, cəbhələrdə, hərbi hissələrdə, qaçqın şəhərciklərində çıxışlar etmiş və sənət yoluyla əldə etdiklərindən bir sıra xeyriyyəçilik işləri ilə də məşğul olmuşdur.

"Azərbaycantelefilm" tərəfindən "Sənətinin Vaqifi" adlı sənədli film çəkilmişdir. 2008-ci ildə 40 illik fəaliyyəti ilə əlaqədar olaraq haqqında "Bahar nəfəsli sənətkar" adlı sənədli film ekranlaşdırılmışdır.

40 illik səhnə fəaliyyəti dövründə Azərbaycan mətbuatı dəfələrlə haqqında məqalələr çap etmiş, bunlardan başqa Azərbaycan incəsənətində olan xidmətlərinə görə bir çox fəxri fərmanlara və diplomlara layiq görülmüşdür. 2008-ci il sentyabrın 17-də Azərbaycanm prezidentinin sərəncamı ilə "əməkdar artist" fəxri adına layiq görülmüşdür.

Bunlardan başqa kinorejissorlarımız tərəfindən bir sıra bədii filmlərə musiqiçi kimi dəvət olunmuşdur.

Filmoqrafiya
Bağ mövsümü
Yüksək Səma (H.Seyidbətyli)
Tərxibat
Fransız
Yerlə göy arasında
Milli bomba
Yoxlama
İynə-sap (tv tamaşa, rej: E.Cahangirli)
Kişiləri qoruyun (film, 2006)


Tarix: 05.02.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 233 Bölmə: Aktyorlar
loading...