Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rövşən Hüseynov

AktyorMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Həmçinin bax


Həyatı

1958-ci il dekabr ayının 15-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor işləyir. İşlədiyi müddət ərzində özünü əsl peşəkar bir aktyor kimi göstərmiş ,demək olar ki, teatrın bütün tamaşalarında baş rolda oynamış və böyük müvəffəqiyyət qazanmışdır. 1971-ci ildə A.Makayonkun "Tribunal" Traki komediyasında oynadığı Volodka rolu Rövşənə böyük uğur gətirdi. O, ildən bəri bir çox klassik və mühasiri tamaşlarda müvəfəqiyyətlə çıxış etməyə başladı. Məsələn K.Simonovun "Dördüncü" pyesində Bonor, G.Xuqayevin "Mənim qaynanam" komediyasında Elburus ,Lope de Veqanın "Bostan iti" pyesində Miranov, Ş.Qurbanovun "Sevindik qız axtarır" pyesində Çingiz, H.Cavidin "Şeyda" faciəsində Şeyda, C.Cabbarlının "Solğun çiçəklər" Bəhram, H.Cavidin "Şeyx Sənan" faciəsində Özdəmir, Ü.Hacıbəyovun "Məşədi İbad" komediyasında Həsənqulu bəy, M.S.Ordubadinin "Beş manatlıq gəlin" komediyasında Qiyas,Yuqil O.Nilin "Qarağaclar altında Məhəbbət" pyesində Semyon, M.F.Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah" pyesində Müsyo Jordan, C.Məmmədquluzadənin "Anamın kitabı" dramında Rüstəm bəy, Vayzenqonun "İtirilmiş sima" pyesində Lafter, A.Dudayevin "Astana" dramında Sarqay, Hidayətin "Məni qınamayın "pyesində Məmiş, N.Nərimanovun "Nadir şah" faciəsində Ədhəm xan, Heydər xan, R.İçərişəhərlinin "Arzum çin olsun" komediyasında Bəbir, V.Səmədoğlunun "Bəxt üzüyü" pyesində Hüseyn, N.Həsənzadənin "Atabəylər" faciəsində Ayəba və bir çox tamaşalarda R.Hüseynov əsl aktyor və sənətkar kimi özünü tamaşaçılara sevdirən bir sənətkardır. Son illərdə R.Hüseynov teatrda rejissor kimi də fəaliyyət göstərir. Belə ki, onun quruluş verdiyi H.Elsevərin "Koroğlu nəsli" tamaşası V.Qubarevin "Sehirli yaylıq" nağıl Pyesi, İ.Coşqunun "Ana laylası" mənzum nağıl pyesi ,İ.Əfəndiyevin "Hökmdar və qızı" tarixi faciəsi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

R.Hüseynov 1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya
Tale yükü (film, 1997)


Tarix: 04.02.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 412 Bölmə: Aktyorlar
loading...