Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ruslan Hüseynov

Ruslan Hüseynov - Rejissor. İkinci rejissor. Aktyor. Veriliş quraşdırıcısı.

Həyatı

Ruslan Zakir oğlu Hüseynov 25 sentyabr 1982-ci ildə Qazaxıstanda anadan olub.

Bakıda musiqi məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsində (2003-2007) təhsil alıb. Bir müddət T.İsmayılov adına Uşaq Yaradıcılığı Sarayının “Cücələrim” uşaq ansamblının üzvü olub (vokalist).

Nizami muzeyində tərtibatçı-rəssam (2005-2007), AzTV-də rejissor kimi çalışıb (1999-2007). 2007-ci ildən İTV-nin rejissorudur. Azərbaycanda filosof Cəlaləddin Rumi haqqında ilk film çəkib: “Mövlanə” (2007, sənədli film, İTV).

Filmoqrafiya
Güllələnmiş heykəllər (film, 2002)
Kişiləri qoruyun (film, 2006)
Bəylik dərsi (film, 2007)
Yuxu yaddaşı (film, 2008)
Sovqat (film, 2009)


Tarix: 04.02.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 283 Bölmə: Aktyorlar
loading...