Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məzahir Cəlilov

Məzahir Həmdulla oğlu Cəlilov – Azərbaycan aktyoru.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Məzahir Cəlilov 23 aprel 1946-cı ildə anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. 1980-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır və teatrın səhnəsində müxtəlif səpgili obrazlar yaratmışdır.

Bunlardan Vəkil Vadenbirn (L.Frank "Yad adam"), Barmen və 4-cü polis (Anar "Səhra yuxuları"), Qasid, Həkim, Keşiş (Şekspir "Maqbet", "Kral Lir", "Hamlet"), Sərkis (M.İbrahimov "Közərən ocaqlar"), Papas (H.Cavid "İblis"), Şeyx Alı (S.Vurğun "Vaqif"), Sıldırım (N.Xəzri "Torpağa sancılan qılınc"), Sərkərdə (M.S.Ordubadi "Qılınc və qələm"), Kəlbəlixan (İ.Əfəndiyev "Hökmdar və qızı"), Ergin (B.Vahabzadə "Özümüzü kəsən qılınc"), Kərbəlai Muxtar (C.Məmmədquluzadə "Ölülər"), Ağsaqqal (B.Vahabzadə "Dar ağacı"), Ya O (Ç.Aytmatov "Sokratı anma gecəsi"), Hacı Salah (M.F.Axundzadə "Lənkəran xanının vəziri"), Məmur (N.Hikmət "Kəllə"), Məlüküldövlə (İ.Əfəndiyev "Xurşidbanu Natəvan"), Xondulu (İ.Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın"), Məşədi Cahangir (M.Cəlal "Dirilən adam"), Karpe (O. İoseliani "Kaş araba aşmayaydı") və s. obrazlarını göstərmək olar.

Məzahir Cəlilov bir çox televiziya tamaşalarında – "Nişan üzüyü"ndə kolxoz sədri, "Ömrün yollarında" mühəndis, "Günahsız Abdulla"da kişi, "Yurd yeri"ndə Əhməd kimi maraqlı obrazlar yaratmışdır.

Filmoqrafiya
Əlavə iz (film, 1981)
Ömrün yolları (film, 1982)
Günahsız Abdulla (film, 1984)
Canavar balası (film, 1997)
Yurd yeri (film, 1997)
Biz qayıdacağıq (film, 2007)
Cavad xan (film, 2009)
Ölüm növbəsi (film, 2009)
Yaddaş (film, 2010)
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Həkimlər
Ultionis


Tarix: 03.02.2013 / 17:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 414 Bölmə: Aktyorlar
loading...