Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azər Mirzəyev

Azər Əlibala oğlu Mirzəyev - respublikanın əməkdar artisti, Aktyor. Ssenari müəllifi. İştirak edənMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 İstinadlar
4 Həmçinin bax


Həyatı

Azər Əlibala oğlu Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçən Azər orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi korifey sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib.

1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilən Azər Mirzəyev o gündən indiyədək bu teatrın səhnəsində neçə-neçə gözəl obrazlar yaradıb.

Filmoqrafiya
Nekroloq (film, 2001)
Qeybdən gələn səs (film, 2002)
Yaşıl eynəkli adam-3 (film, 2002)-Rəis
Dəvətnamə (film, 2003)
Yol yoldaşları (film, 2003)
Mükafat (film, 2004)
Böyük ömrün davamı (film, 2007)
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Sübhün səfiri (film, 2012)


Tarix: 31.01.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 228 Bölmə: Aktyorlar
loading...