Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anar Heybətov

Anar Heybətov - Azərbaycan aktyoru.Mündəricat
1 Həyatı
2 Tamaşalardakı rolları
3 Filmoqrafiya
4 Həmçinin bax
5 Xarici keçidlər


Həyatı

Heybətov Anar Mithət oğlu 25 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci sinfinə gedib. 1994-cü ildə xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirib.

1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Tələbəlik illərində müxtəlif televiziya verilişlərində iştirak edib. Azər Paşa Nemətovun kursunu bitirib və onun dəvəti ilə Akademik Milli Dram Teatrına gəlib.2001-ci ildən Akademik Milli Dram Teatrında müxtəlif səpgili rollar oynayıb. Səhnədə ilk rolu "Mənim Ərim Dəlidir" tamaşasındakı cangüdən rolu olub.

Tamaşalardakı rolları

"Xurşidbanu Natəvan" tamaşasından - Daşdəmir rolunda

"İmzanın hökmü" tamaşasından - Murad rolunda
Mənim ərim dəlidir–Cangüdən
Rəqabət–Qaçay
Hərənin öz payı–Meyxanaçı Ələkbər
Hələ "Sevirəm" deməmişdilər–Qumarbaz
Varlı qadın–Qara
Hamlet–Laert
Kaş araba aşmayaydı–Buxuti
Mesenat–Zeynal bəy Səlimxanov
Xurşidbanu Natəvan–Daşdəmir
İmzanın hökmü (Muradın Kələkləri) – Murad
Körpüdən mənzərə - Rudolfo

Filmoqrafiya
Ünvansız qız (film, 1999)
Bəyaz Həyat-Murad
Olacağa Çarə Yoxdur–Bəhlul
Adam ol! 2 (film, 2006)(tammetrajlı bədii film)- rol: Anar
Sonuncu şahid (film, 2004)–Mikayıl
Kişiləri qoruyun (film, 2006)–Orxan
Cavid ömrü (film, 2007)
Ayrılıq imiş (film, 2008)
Qaydasız döyüş (film, 2009)
Dronqo (serial, 2002) (Rusiya serialı)–Ramazan
Qeyri-adi müştəri–oğlan
Qara pişik–musiqiçi
Yaddaş (film, 2010)
Dolu (film, 2012)
Pərvanələrin rəqsi (serial, 2012)


Tarix: 31.01.2013 / 19:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 395 Bölmə: Aktyorlar
loading...