Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaragilə – Akif İslamzadə

Gəlmişəm otağına, oyadam səni, qaragiləm, oyadam səni.
Nə gözəl xəlq eyləyib yaradan səni, qaragiləm, yaradan səni.
Götürüb mən qaçaram aradan səni, qaragiləm, aradan səni.
Qızıl gül əsdi, səbrimi kəsdi,
Sil gözün yaşın, qaragiləm. Ağlama, bəsdi.

Təbrizin küçələri dolanbadolan, qaragiləm, dolanbadolan.
Sən ki məni sevmədin, get ayrı dolan, qaragiləm, get ayrı dolan.
Nə sənə qız gəhətdir, nə mənə oğlan, qaragiləm, nə mənə oğlan.
Ağac olaydım, yolda duraydım,
Sən gələn yollara, qaragiləm, kölgə salaydım.


Tarix: 22.01.2015 / 17:22 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Akif İslamzadə
loading...