Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AiD ft. PRoMete – Hisslər Danışanda

Hisslər Danışanda

(Verse: AiD)
Yorulmuşdum, fikirləri beynimdə gizli saxlamaqdan,
Baxıram özümə hərdən qıraqdan,
Axı bu qədər vecsizlik, bir addım uçurumdan,
Dəfələrlə kömək istəmişdim sabahdan..
Qaçıram günahdan, növbəti günaha doğru,
Əllərim yaxınlaşır hər gün silaha doğru
Təlaşa səbəb varmı buranın vəziyyətindən?
Bəzi şəhərlərdə ümumiyyətlə günəş doğmur..
Qəlbim güzgü kimidi, sındırıldıqca dərd gətirir,
Amma ki indi qorxu yoxdu,
Çünki, iynə batsa artıq çıxartmağa qanda yoxdu,
Səhərlərdə əlimi açmağa duam yoxdu..
Artıq sual yoxdu, yeqanə maraq idi,
Eşidən mən deyildim, bu iki qulaq idi,
Sənin soraqlarınla tələsən gözlərimdi,
Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi..

(Nəqarət: Ayka, PRoMete, AiD)
Biz.. Qoruya bilərikmi sevgini?
Bitirə bilərikmi nəğməni?
Yadında saxla bu əlləri.. (Səni isidən..)

Mən.. Sənə doğma xal kimi yanaqda,
Eyni vaxtda iki qulaqda,
Səs kimiyəm bu otağda.. (Səni sevdirən..)

(Verse: AiD)
Düşün, necədə qəribə olar, insan olsaydı bulud kimi,
Baxırsan, şəffaf və gücsüzdü..
Amma ki günəşin qabağını təkcə o ala bilir..
Insan isə aciz, itirmədən darıxa bilmir..
Qabağın ala bilmir, adi pislik etmək istəyinində,
O ki qaldı bəşəri məsələlərə..
Bu haqqda danışmıyım heç..
Kimə lazımdı dünya ?
Hamıya kifayətdi onun kiçik çərçivəsi..
Sevginin tərcüməsi.. Görəsən nədi axı?
Mənasın heç kim bilmir, amma ki hamı danışır..
Gözlərin yumur baxır.. Əslində qaranlıq görür,
Amma ki uydurur ki göyərçinlər uçur burda..
Məndə bu siyahıda, xəyallar üzrə mütəxəssis,
Realda olmayanlar burda alınır köməksiz..
Yenə öz qəhəri ilə sözümü kəsən kimdi?
Həmişə olduğu kimi deyəsən hisslərimdi..

(Nəqarət: Ayka, PRoMete, AiD)
Biz.. Qoruya bilərikmi sevgini?
Bitirə bilərikmi nəğməni?
Yadında saxla bu əlləri.. (Səni isidən..)

Mən.. Sənə doğma xal kimi yanaqda,
Eyni vaxtda iki qulaqda,
Səs kimiyəm bu otağda.. (Səni sevdirən..)

(Verse: AiD)
Cənnətin göz yaşıdır əlimə düşən damcı,
Bezib artıq insanların yolunu gözləməkdən..
Sıxıntı mı, depressiya mı ürəyimdəki sancı?
Niyə biz yaxşılıq eləyirik ancaq savab xətrinə?
Zibilin içində işləyirik sonda zibil almaqçün,
Nəyə gərək bu illər böyüyüb zibil olmaqçün?
Ondansa körpə qalardım və heç nə bilməzdim,
Heç nə də etməzdim ki, desinlər səhvsizdi
Cəmiyyətin içinə girdikcə baxıram çirklənmiş üzlərə
Sevgini rəngləyən sözlərə, həyatdan doymadım..
Həyatdan doymadım, doymadım süz yenə..
Beyində fikirlər addımlara tərs yenə,
Sənin o baxışların ömürlük bəs mənə..
Edirdi qəsd mənə,səbəbsə gözlərindi,
Kimsə son qoyur artıq, deyəsən hisslərimdi..

(Nəqarət: Ayka, PRoMete, AiD)
Biz.. Qoruya bilərikmi sevgini?
Bitirə bilərikmi nəğməni?
Yadında saxla bu əlləri.. Səni isidən…

Mən.. Sənə doğma xal kimi yanaqda,
Eyni vaxtda iki qulaqda,
Səs kimiyəm bu otağda.. Səni sevdirən…

Sus..Pıçıldasın qoy gözlərin,
Yadıma düşər məni üzməyin,
Göz yaşlarımda üzməni.. Qızıl balıq kimi

Yaxınlaş..Üzündəki o qırışlar,
Cavanlığını sənə bağışlar,
Təsirsiz olub yağışlar.. Kiçik bir arx kimi


Tarix: 23.01.2015 / 14:16 Müəllif: Aziza Baxılıb: 132 Bölmə: AiD
loading...