Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AiD – Manya Kərimova (İthaf)

H.O.S.T (AiD) – Manya Kərimova Lyrics

(Verse: AiD)
O deyir bu həyat düzələr yenə
O sevin o gözdən süzülər yenə
Onun ən sonuncu günləri xoşbəxt quşlar qatarına qoşular yenə
O solan həvəsi cücərər yenə
O rahat yatacaq gecələr yenə
Biləcək bu həyatda gərəkli insandı, bir gün güləcək yenə

Bakı, səndən uzaqlaşdıran şosseylə
Maşında HOST, qulağımızda Krecin nəğməsiylə
Yolumuz Şamaxı istiqamətində füsunkar duman, mühərrikin səsi, diksinirdi dincələn botanika
Bir az var dinamika yarpaqlar əsir, buludlar bezir, yol uzanır, uzandıqca beyin bezir
Hiss edirik saniyələr ömrümüzdən gedir, ağacları döngələri saya-saya
Bu yolumuzun tək səbəbkarı olan şəxs
Onun üzünə həyatı bir qədər kobud və biraz tərs
Son dərəcə inamsız, o artıq Allaha da qarşı
Həyatından narazı bu yaşda həyata qarşı
Ömrünü həsr etmiş xalça toxumağa, vaxt ayırmamış yazmağa, oxumağa
Kəndin ən ucqar ucunda mövcud xalça fabriki
Onunla eyni qocaldı, köhnəlib söküldü amma vaxt vardı ki
O barmaqlar iynələrlə möcüzələri həyatı keçirib fəxr edirdi əsərlərlə
Zibilə qalsın burokratiya sökülsün! Əmri verən o əllərdə bu işə sərf edilmiş o illərdə
Boşa mı getdi görən tək bir işdi əlindən gələn
Hər insanın öz marağı yaranır həyata gələndən
Onun marağı incəsənət, gözəllik yaratmaqdı
Bizim işimiz sadəcə dinləməkdi

“40 il əvvəl mən də cavan idim
Mənim də öz arzularım var idi
Çoxu indi heç yadıma da gəlmir
Bir neçə rəfiqəmlə həyatdan danışardıq
Bəziləri yoxdu indi, bəzilərisə köçüb artıq
Heç vaxt düşünmürdüm ki, gedim mən də şəhərdə yaşayım
Bilirsən, kənd yeri elə bil ki, ayrı dünyadı
Hamını tanıyırsan, xeyir-şərini bölüşürsən
Axşamlarsa bir həyətdə yığışıb gülüşürsən
Qızımı ərə vermişəm artıq, indi o Bakıda yaşayır
Hər dəfə deyir amma nəsə yadımda qalmır haradı
Sağolsun bayramlarda gəlir mənim qayğıma qalır
Həmin o xoşbəxt saniyələri zaman əlimdən alır
Çox böyük sürətlə gedir o qatarlar
Hansı ki, adi gülüşü bahasına satarlar
Nə edim mən ki adi insan doğulmuşam
Mən də bu maddiyat bataqlığında boğulmuşam
Yerinə tikilər yəqin otel ya da elə bir şey
Nəyimə lazımdı yaddaş unudulacaqsa hər şey
İnanırsan 60 il bəlkə ondanda çox
Mən burda sevinc qarşılığında həyat verdim
Ömrümdən kəsib illəri çoxuna dayaq verdim
Cavanlıq günlərimi bu xarabaya mən qurban verdim
Hər dəfə cavab verdim qoca gözlərimin sualına
Öz ölüm məktubumu, pıçıldadım qulağıma”

Bəlkə daha sadədi hər şey
Sadəcə həyatda kiminsə bəxti gətirir, kiminsə yox
Axı ola bilməz ki, hamıda hər şey yaxşı olsun
Kimsə xoşbəxtsə gərək kimsə bədbəxt olsun
Adi bir insan idi amma böyük ürəyi vardı
Bayırda yay havası, dağlarınsa başı qarlı
Həmin o qadına doğma torpağında yer verildi
Sökülən fabrikinsə yerinə məktəb tikildi


Tarix: 23.01.2015 / 14:15 Müəllif: Aziza Baxılıb: 267 Bölmə: AiD
loading...