Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl-Mətin

Əl-Mətin (ər. المتين) — Allahın adlarından biri.

Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zariyət Surəsi, 58)

İnkarçıların ən çox yanıldıqları mövzu Allahın varlığı deyil, Allahın sifətləridir. Bəziləri Allahın hər şeyi ən başda yaradıb buraxdığını, daha sonra hadisələrin öz başına inkişaf edib davam etdiyini, bəziləri Allahın insanı yaratdığını lakin heç bir şeydən məsul olmadığını müdafiə edər.

Nəticədə imansızlığın təməlində Allahın varlığını rədd etmə olduğu kimi, bununla yanaşı, "Onlar, Allahın qədrini haqqıyla təqdir edə bilmədilər..." (Həcc Surəsi, 74) ayəsində də ifadə edildiyi kimi, Allahı gərəkdiyi kimi təqdir edə bilməmək problemi var. Belə ki, dünya həyatında hər cür dəlili görmələrinə baxmayaraq, Allahın qüdrətini təqdir edə bilməyən insanların Allahın qüvvətini əsla inkar edə bilməyəcəkləri elə bir gün gələcəkdir ki, o gün Allahın əzəmətini, qüdrətini çox böyük bir şiddətlə hiss edəcəklər. Allahın qüvvətiylə yer üzündəki ən möhkəm dayaqları olan o heybətli, sarsılmaz dağlar yerlərindən oynadılıb yeridilər, köklərindən sovrular, parça-parça edilər:

Sur bircə dəfə üfürüləcəyi,yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –həmin gün Vaqiə qopacaq.Göy yarılacaq və həmin gün o, süst olacaqdır. (Haqqə surəsi, 13-16)

O gün meydana gələcək dağılma Allahın şanına, qüdrətinə yaraşan şəkildədir. Dünyadakı ən böyük kütlə və ən böyük həyat qaynağı olan okeanlar su qaynaması kimi qaynayar, alovlanar. İnsanın bildiyi, alışdığı və sonsuza qədər qalacağını zənn etdiyi bütün varlıqlar və nizamlar kökündən pozulmağa başlayar, darmadağın olarlar. Milyonlarla ildir var olan yer və göy, onları inşa edən sonsuz güc tərəfindən parça-parça edilər. Yenə milyonlarla ildir işıq saçan həyat qaynağı Günəş söndürülərək gerçək sahibinin olduğu göz qarşısına gətirilər. Beləliklə, hər şeyin üzərində olan tək və gerçək qüvvət sahibinin Allah olduğu, yeganə hakimiyyətin və gücün də Rəbbimizə aid olduğu bütün açıqlığıyla ortaya çıxar. Bir ayədə bu gerçək belə təsvir edilir:

Onlar, Allahın qədrini haqqıyla təqdir edə bilmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən ucadır. (Zumər Surəsi, 67)


Tarix: 24.02.2013 / 17:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 460 Bölmə: ALLAH
loading...