Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl-Məcid

Əl-Məcid (ər. الماجد) — Allahın adlarından biri.

Ərşin sahibidir; Məcid (çox Uca)dir. (Büruc Surəsi, 15)

Allahın şanı bütün kainatda özünü açıq-aşkar dəlillərlə göstərir. Onun şanının Ucalığını tanımayan heç bir insan yoxdur. Onu inkar edənlər, "inanmırıq" deyənlər belə Onun yaratdıqlarına şahid olduqları üçün əslində gücünü və şanını tanıyıb bilirlər. Ancaq içlərindəki böyüklənmə arzusu səbəbindən inkar edirlər.

Allahın kainatda yaratdığı möhtəşəm gözəlliklər də, qüsursuz sistemlər də Onun şanına yaraşan şəkildədir. Səmada tonlarla ağırlıqda su daşıyan buludlar, milyonlarla işıq ili uzaqlıqda olan ulduzlar, böyük bir səs-küylə və inanılmaz bir güclə axan şəlalələr, ucsuz-bucaqsız genişlikdəki okeanlar, zirvəsi qarlarla örtülü olan min metrlərlə yüksəklikdəki dağlar, içində bir-birindən dəyişik rəngdə və səsdə saysız canlı növləri olan meşələr, Allahın yaratdığı gözəlliklərdən yalnız bir neçəsidir.

Bir neçə saniyədə bir şəhəri yerlə bir edən zəlzələ, bir anda partlayaraq minlərlə dərəcə istiliyi olan lavalarını boşaldan bir vulkan, hər şeyi önünə qatıb aparan sel, düşdüyü yerə ölüm gətirən ildırım, hər şeyi yıxıb keçən bir tayfun yalnız Allahın gücünün göstəriciləridir. Allah hamısını şanına yaraşan şəkildə yaradıb.

Sayılanlar və burada daha sayıla bilməyən milyonlarla nümunə yalnız Allahın şanının böyüklüyünün kainatdakı dəlillərindəndir.

Allah ayələrdə belə buyurur:

Doğrudan da, Rəbbimizin şanı çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır. (Cin Surəsi, 3)

Onlar dedilər: "Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən, O, təriflənməyə layiq olandır, Məciddir". (Hud Surəsi, 73)


Tarix: 24.02.2013 / 17:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 319 Bölmə: ALLAH
loading...