Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ABŞ tarixi

İlk amerikalılar
Miladdan əvvəl 34-cü minilliklə 30-cu minilliklər arasında dövrünün ən yüksək çağlarında dünya sularının çoxu kontinental buz qatından ibarət idi. Bunun nəticəsi olaraq, Berinq dənizi cari səviyyəsindən yüzlərlə metr aşağı idi və Asiya ilə Şimali Amerika arasında Berinqiya adlı torpaq körpü var idi. Güman olunur ki, ən yüksək zirvə dövründə, Berinqiyanın 1500 kilometrə yaxın sahəsi var imiş. Nəm və ağacsız tundra olan bu sahə otlarla və bitkilərlə örtüldüyü üçün qədim dövrün adamları yaşamaq üçün ovladıqları iri heyvanları özünə cəlb edirmiş. Şimali Amerikaya gəlib çıxan ilk insanlar, demək olar ki, özləri də yeni qitəyə keçdiklərini bilməmişdilər. Min illər əvvəl onların əcdadları kimi, onlar da Sibir sahilləri boyu və daha sonra torpaq körpüdən keçərək, quş ovlamaqla məşğul olmuşlar. Alyaskadakı Şimali Amerika sakinləri min illər əvvəl böyük buzlaqlardan keçərək, indi Amerika Birləşmiş Ştatları adlanan yerə Cənuba yol açmışlar. Şimali Amerikada erkən həyat olduğunu təsdiq edən dəlillər tapılmaqda davam edir. Lakin Miladdan 12 min il əvvəl olan dəlillərin çox azına etibar etmək olar; məsələn, Şimali Amerikada bir qədər əvvəl tapılmış olan ovçu bərəsi də, demək olar ki, öz tarixini bu dövrdən götürür. Nyu Meksikoda Klovis yaxınlığında tapılan böyük ustalıqla hazırlanmış nizə dəmrənləri və başqa hissələr də bu dövrə aid ola bilər. Şimali və Cənubi Amerikanın bütün ərazisi boyu buna oxşar mədəniyyət abidələri tapılmışdır ki, bunlar da Qərb Yarımkürəsinin bir çox yerində Miladdan 10 min il əvvəl də, güman ki, artıq yaxşı həyat mövcud olduğunu göstərir.

Təxminən o dövrdə mamontlar yox olmağa başlamış və onların yerini erkən gəlmiş Şimali amerikalıların əsas ərzaq və sığınacaq mənbəyi olan bizonlar tutmuşdur. Zaman keçdikcə, çox ovlanmaq üzündənmi, yoxsa başqa təbii səbəblərə görəmi, müxtəlif növdən olan quşların da kökü kəsilmiş və erkən Amerika yeməyinin əsas hissəsini tərəvəz, giləmeyvə və başqa meyvələr təşkil etmişdir. Tədricən, ibtidai kənd təsərrüfatı sahəsində yem və ərzaq hazırlığı üçün ilk addımlar atılmışdır. İndi mərkəzi Meksikada məskunlaşmış hindular Miladdan təqribən 8 min il əvvəl taxıl, balqabaq və noxud əkib-becərərək, bu sahədə nümunələr göstərmişlər. Onların bu nümunələri yavaş-yavaş Şimala doğru yayılmışdır. Miladdan əvvəl 3000-ci ilə yaxın Nyu Meksikonun və Arizonanın vadilərində taxılın ibtidai bir növü yetişdirilirmiş. Sonra suvarmanın ilkin nümunələri və Miladdan 300 il əvvəl erkən kənd həyatının ilk əlamətləri meydana çıxmışdır. Miladdan sonra ilk yüzilliklərdə indi Arizona ştatında Feniks adlanan yerin yaxınlığında hohokumlar məskən salıb yaşamışlar. Onlar qalıqları bu gün Meksikada tapılan oyun meydançaları və piramidaya oxşar qəbirlər qazırmışlar, eyni zamanda, kanallar çəkir və suvarma sistemi yaradırmışlar.

Məskunlaşma dövrü
Məskunlaşma dövrü 1493-1775-ci illərə aiddir. Şimali Amerikada ilk ingilis məskənlərinin salınması XVII əsrin əvvəllərinə aiddir. İngilis kralı I Ceymsin Vircinya şirkətinə verdiyi xəritə əsasında buraya gələn ingilislər 1607-ci ildə Ceymstaun koloniyasını saldılar. Şəhər 1610-cu ildə Ceyms çayının yuxarı hissəsində salınmışdı. 1607-1624-cü illərdə Ceymstauna köçən 14,000 nəfərdən 1624-cü ildə yalnız 1,132 nəfəri sağ qalmışdı. Bundan sonra İngiltərədən Şimali Amerikaya qaçıb gələnlərin də sayı artdı.

İngiltərədə rəsmi olaraq təqib olunan puritanların yeni qrupu 1630-cu ildə Massaçusets körfəzinin sahillərinə gəldi və təzə məskənlər saldılar. Onlar tədricən ölkənin şimalına gedərək bir neçə koloniya yaratdılar və bu koloniyaları Yeni İngiltərə adlandırdılar.

1632-ci ildə Potomak çayının şimalında Merilend koloniyası təsis edildi. Buraya protestantlarla yanaşı katoliklər də yerləşdirildilər. Merilenddə ilk idarəçilik təsisatlarının yaranması 1635-ci ilə təsadüf edir. Hindulardan zor və hiylə yolu ilə əldə edilmiş torpaqlar hesabına Atlantik okeanı sahillərində daha 13 ingilis koloniyası təşkil edildi.

Şimali Amerikadakı ingilis məskənlərində əhali sürətlə artırdı. Bunun əsas səbəbi İngiltərədə torpaqsızlaşan kəndlilərin və dini təqiblərə məruz qalanların buraya kütləvi şəkildə axıb gəlmələri idi. Şimali Amerikada əhalininin sürətli artımı nəticəsində 1643-cü ildə yeni koloniyalar birləşərək Yeni İngiltərə Konfederasiyası'nı yaratdılar.

1660-cı ildə kral II Çarlzın hakimiyyətinin yenidən bərpasından sonra İngiltərə öz diqqətini Şimali Amerikaya yönəltdi. Qısa müddət ərzində Şimali və Cənubi Karolinada (1670), Nyu Yorkda (1664), Nyu-Cersidə (1664), Delaverdə (1702), Pensilvaniyada (1681) və Nyu-Hempşir'də (1680) yeni koloniyalar yaradıldı. 1732-ci ildə avropalılar Corciyada da məskən saldılar. Bu koloniya ilk mərhələdə yaradılan 13 koloniyanın sonuncusu idi.
Hindularla mübarizə
İngilislər torpaq uğrunda mübarizəni torpaqların əzəli sahibləri olan hindularla aparırdılar. O vaxtlar Atlantik okeanı ilə Missisipi çayı arasındakı torpaqlarda 200 minədək hindu yaşayırdı. Müstəmləkəçilər kartof, qarğıdalı, pomidor, balqabaq, tənbəki kimi bitkiləri becərməyi onlardan öyrənirdilər. Hinduları qula çevirmək çox çətin idi, çünki onlar müstəmləkəçilərlə ölüm-dirim mübarizəsi aparırdılar. XVII əsrin əvvəllərindən XVIII əsrin əvvələrinədək kolonistlərlə hindular arasında böyük toqquşmalar baş verdi. 1936-37-ci illərdə Pouxatan müharibəsində, 1675-1676-ci illərdə Kral Filipp müharibəsində, 1712-1716-cı illərdə Karolinada hindu üsyanlarında kolonistlər qələbə çaldılar. Hinduların məğlub olmalarının əsas səbəbləri, qəbilələr arasında birliyin olmaması, silah çatışmazlığı, düşmənçilik kimi məsələlər müstəmləkəçilərin qələbə qazanmalarını xeyli asanlaşdırıdı. 1644-1676-cı illərdə aparılan müharibələr nəticəsində hinduların bir qismi fiziki olaraq məhv edildi,bir qismi isə qərbə tərəf sıxışdırıldı. Şimali Amerikada yaşayan yeri hindu tayfalarından müstəmləkəçilərə qarşı, uzun müddət mübarizə aparanlar, əsasən Apaçilər, Mohavklar, Cheyenne, Navaholar, Çerokilər kimi tayfalar olmuşlar. Xüsusi ilə bəzi tayfa başçıları apardıqları öz şəxsi mübarizələrinə görə tanınırlar. Bunlardan Oturan Buğa, Ceronimo, Qara Şahin, Tekumse, Qırmızı Bulud və digərlərini misal göstərmək olar.

İstiqlaliyyət müharibəsi
Əsas məqalə: ABŞ İstiqlal müharibəsi
Müstələkələrdə əhali getdikcə artırdı, 1775-ci ildə 13 ingilis koloniyasında 2,500,000 adam yaşayırdı. Şimal şərqdə yerləşən ingilis müstəmləkəsi Yeni İngiltərənin torpağı münbit deyildi və burada qış uzun sürdüyündən kənd təsərrüfatı ilə məşğul olmaq hesabına yaşamaq çətin idi. Ona görə də əhali bir sıra istehsal müəssisələri yaratmışdı. Cənub koloniyalarda əhali başlıca olaraq kənd təsərrüfatı ilə məşğul idi. Burada torpaq sahibləri tütün, şəkər qamışı, çəltik, həmçinin pambıq becərirdilər.
Şimal və cənub müstəmləkələri arasında fərqlər getdikcə artırdı. Belə ki, şimal müstəmləkələrində fermer təsərrüftı, sənaye istehsalı inkişaf edir, nüfuzlu burjuaziya təbəqəsi formalaşırdı. Cənub müstəmləkələrində isə iri torpaq sahibləri olan plantatorlar ağalıq edirdilər. Koloniyalar kapitalist qaydaları əsasında yaradılsa da, ingilis kralı və torpaq aristokratiyası burada feodal qaydaları tətbiq etməyə çalışırdılar. İngiltərənin hakim dairələri müstəmləkələrə xammal mənbəyi və satış bazarı kimi baxırdılar. Britaniya kralı və parlament manufakturaların açılmasına, dəmir məmulatlarının hazırlanması və parça, xüsusilə yun parçalar istehsalına qadağan qoyulmuşdu. Metal alətlər və parçalar müstəmləkələrə İngiltərədən hazır şəkildə gətirilməli idi. Müstəmləkələrdə parça, şlyapa və dəmir məmulatları istehsalının sürətlə artması ingilis hökümətini daha çox narahat edirdi. Ona görə də hökümət bu proseslərin genişlənməsinin qarşısını almaq üçün tədbirlər həyata keçirirdi. 1763-cü ildə verilmiş fərmana görə kolonistlərə Qərbə tərəf köçmək qadağan edilirdi. İngiltərə parlamentinin qəbul etdiyi Dönər Pul Qanunu'na görə bütün koloniyalarda buraxılan kağız pullar ödənc vasitəsi olmaq hüququndan məhrum edilirdi. Möhür Qanunu şərt qoyurdu ki, bütün qəzetlərə, plakatlara, lisenziyalara, müqavilə və digər sənədlərə vergi möhrü vurulsun və rüsum alınsın. Bununla barışmayan müstəmləkələr 1765-ci ildə öz nümayəndələrini Nyu-Yorka qurultaya göndərdilər. Konqres Britaniyadan gətirilən bütün malları boykot elan etdi. Konqresin qəbul etdiyi qətnaməyə görə İngiltərə parlamenti müstəmləkələrin razılığı olmadan onlara vergi qoya bilməzdi. Bundan qorxuya düşən Britaniya parlamenti Gerb rüsümunu ləğv etdi. 1773-cü ildə Ost-Hind şirkətinin çayla yüklənmiş bir neçə gəmisi Boston limanına gəldi. Çay gömrük haqqı ödənməlkə nisbətən ucuz qiymətə əhaliyə satılmalı idi. Lakin əhali buna etirazını bildirdi. Çay qutularını suya qərq etdilər. Bu hadisə tarixə Boston çay qonaqlığı adı ilə daxil oldu. Çay Silahlı mübarizə 1775-ci il aprelin 19 da başladı. Həmin gün bir dəstə ingilis əsgəri partizanların Boston yaxınlığındakı silah anbarını dağıtmaq üçün Konkord şəhərinə getdi. Dəstə gələnə qədər partizanlar silahların çoxunu çıxarıb aparmışdılar. Anbarı dağıtdıqdan sonra geri qayıdan əsgərləri müxtəlif yerlərdə pusquda duran partizanlar güclü atəşə tutdular. İngilislər çoxlu itki verərək qaçdılar. Vətənpərvərlərin kralın buradakı tərəfdarları Loyalistlər arasında vətandaş müharibəsi alovlanmaqda idi. 1775-ci ilin mayında Filadelfiya'da bütün müstəmləkələrin nümayəndələrinin ikinci kontinental Konqresinin açılışı oldu. Konqres İngiltərə ilə bütün əlaqələri kəsməyi qərara aldı və partizan dəstələrindən ibarət ordunu öz ordusu hesab etdi. Konqres Virciniya plantatoru Corc Vaşinqton'u bu ordunun baş komandanı təyin etdi. Bu zaman Şimali Karolina'da loyalistlər öz malikanələrindən qovuldular. Nyu-Yorkda və digər şəhərlərdə isə toqquşmalar davam edirdi.
1776-cı il iyulun 4-də Konqres Filadelfiyada İstiqlaliyyət Bəyannaməsi'ni qəbul etdi. Bu sənəd yeni bir dövlətin tarandığını elan etməklə yanaşı, həm də bütün dünyada ilk dfə olaraq insan adadlıqlarının şərhini verdi. Üsyan qaldırmış müstəmləkələr İngiltərədən ayrılır və yeni müstəqil dövlət olan Amerika Birləşmiş Ştatları halında birləşirdilər. İstiqlaliyyət Bəyannəməsini Amerika inqilabının görkəmli xadimi Tomas Cefferson hazırlamışdı. Bəyannamədə göstərilirdi ki, bütün insanlar xalqın zülmkarları devirmək və öz hökümətini təsis etmək hüququ var. Bununla da ilk dəfə olaraq Xalq hakimiyyətin mənbəyi elan edildi. Bəyannamənin məhdud cəhətlərindən biri köləliyi ləğv etməməsi idi. O, hinduları əhv edilməsi və öz torpaqlarından qovulmalarının da dayandırmadı. Seçki məsələsində də əmlak senzi saxlanılmışdı. İstiqlaliyyət Bəyannaməsinin elan edildiyi 4 iyul günü hər il Amerika Birləşmiş Ştatlarının İstiqlaliyyət günü kimi qeyd edilir.Şimali Amerikada İngiltərənin koloniyalarının birləşərək özlərini müstəqil dövlət elan etmələri, İngiltərənin xarici siyasətdə olan maraqlarına ciddi zərbə vurdu. Yeni yaranmış dövlətlə mübarizə aparmaq məqsədi ilə qısa bir zamanda İngiltərədən qoşunlar toplandı. Əsasən İngilislərin üstünlüyü özünü daha çox dəniz donanmalarında göstərirdi. 1776-cı ildə Vaşinqtonun ordusu Boston'u azad edir. Lakin ingilislər Nyu-York'u ələ keçirirlər. Tərəflər arasında ilk həlledici döyüş, 1777-ci ildə Saratoqa kəndi yaxınlığında baş vermiş Saratoqa döyüşü'dür. Üsyançılar İngilisləri məğlub etdilər, bu qələbə üsyançıların gücünü daha da artırdı, Fransa və İspaniyanın müharibəyə qoşulmasına təkan verdi. Konqres Fransa və İspaniya'nı müharibəyə cəlb etmək üçün Bencamin Franklin'i Avropaya göndərdi. Franklinin diplomatik səyləri nəticəsində həmin dövlətlərlə müqavilə imzalandı. Fransa və İspaniyanın müharibəyə girməsi ingilislərin vəziyyətini çətinləşdirdi. Saratoqa məğlubiyyətindən sonra ingilislər hərbi əməliyyatı cənuba keçirdilər. 1781-ci ilin oktyabrında Corc Vaşinqtonun orduları ingilisləri Yorktoun ərtafında mühasirəyə alaraq, onları təslim olmağa məcbur etdi. Bir il sonra İngiltərə müharibəni dayandırdı və sülh danışıqlarına başladı. 1783-cü il sentyabrın 3-də Versalda sülh müqaviləsi imzalandı.İngiltərə ABŞ-n müstəqilliyni tanıdı.Alleqan dağlarından Missispi çayına qədər olan ərazi ABŞ-ın sərhədıərinə daxil edildi. Ölkədə hakimiyyəti möhkəmləndirmək üçün güclü mərkəz yaradıldı. 1787-ci ildə ştatların nümayəndələrinin xüsusi məclisi ABŞ konstitusiyasını qəbul etdi. Konstitusiya republika quruluşu təsbit edilərək,fedarativ dövlət forması yaradıldı.Ali qanunverici orqan iki palatadan ibarət Konqres idi. Yuxarı palata Senat,aşağı palata isə Nümayandələr palatası adlanırdı. Konstitusiyaya görə icta hakimiyyətinin başında 4 ildən bir seçilən Prezident dururdu. O, silahlı qüvvələrə komandanlıq və hökümətə rəhbərlik edirdi. 1791-ci ildə konqres Konstitusiyaya 10 düzəliş etdi. Bu düzəlişlərdə vətandaşlara söz,mətbuat,yığıncaq,vicdan azadlığı,şəxsiyyət,mənzil və xüsusi mülkiyyət toxunulmazlığı hüquqları verilirdi. Məhkəmənin qərarı olmadan özbaşına həbslər qadağan edilirdi. İstiqlaliyyət müharibəsi nəticəsində kapitalizmin inkişafına mane olan amil, ingilis müstəmləkə hökmranlığı aradan qaldırıldı. Feodal qaydalarına bir dəfəlik son qoyuldu. ABŞ Konstitusiyası dünyada ilk dəfə olaraq ölkədə hakimiyyətin qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünməsini təsbit etdi..

Qərbə axın dövrü
Qərbə axın dövrü 1789–1849-cu illərə aiddir. İstiqlaliyyət müharibəsi ABŞ-ın iqtisadi inkişafı üçün əlverişli şərait yaratmışdı. Buna təbii şərait, mülayim iqlim, geniş münbit torpaqlar, faydalı qazıntıların olması da kömək edirdi. ABŞ-ın okeanın o biri tərəfinə nisbətən hərbi xərcləri azaldırdı ki, bu da iqtisadi inkişafı şərtləndirən amillərdən biri idi. 1800-ci ildə prezident seçilmiş Tomas Cefferson'un hakimiyyəti dövründə dövlətçilik möhkəmləndirildi, seçki senzi ləğv edildi, borclular və məhbuslar üçün daha humanist qanunlar qəbul edildi. Qərbə doğru hərakat genişləndirildi. İngiltərənin Şimali Amerikadakı müstəmləkələrini geri qaytarmaq cəhdi 1812-ildə müharibəyə səbəb oldu.İngiltərə məğlub oldu və 1814-cü ilin dekabrında Kent müqaviləsi'ni imzaladı. Müqaviləyə görə İngiltərə ABŞ-a öz müstəmləkəsi kimi baxmaq iddiasından əl cəkdi. 1812-1814-cü illər müharibəsi ABŞ tarixində ikinci istiqlaliyyət müharibəsi adlanır. XIX əsr'in əvvəllərində Avropada aparılan aramsız müharibələr ABŞ-a öz ərazisini artırmaq imkanı vermişdi. Luiziana, Florida, Texas və Kaliforniya torpaqlarının hesabına ABŞ-ın ərazisini üç dəfədən çox artmışdı. Qərb torpaqlarının mənimsənilməsi ABŞ-da kapitalizmin inkişafı üçün geniş imkanlar açırdı. Buna hökümətin keçirdiyi islahatlar da kömək edirdi. İqtisadi inkişaf Şimal və Cənub ştatlarında fərqli yollarla gedirdi. Şimalda fermer təsərrüfatı üstünlük təşgil edirdi. Kənd təsərrüfatında kapitalizmin inkişafının fermer yolu ABŞ iqtisadiyyatının sürətlə inkişafına kömək edirdi. Cənub ştatlarında təsərrüfatın əsas forması zənci qulların əməyinə əsaslanan iri plantasiyalar idi. Şimal ştatlarında quldarlıq XIX əsrin əvvələrində kəğv edilmişdi, Cənubda isə saxlanırdı.

Vətandaş müharibəsi
1823-cü ildə ABŞ prezidenti Ceyms Monro'nun müraciəti Konqresdə oxundu. Monro doktrinası kimi tanınan bu müraciət Müqqədəs itiffaqın İspaniyanın keçmiş müstəmləkələrində öz ağalığını bərpa etmək istəyinə qarşı irəli sürülmüşdü. Monro doktrinasında dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-ın Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni zamanda Avropadan Amerika dövlətlərinin daxili işlərinə qarışmamaq tələb olunurdu. 1854-cü ildə Respublikaçılar partiyası yaradıldı. Quldarlıq əleyhdarlarının mərkəzinə çevrilmiş partiyada rəhbər rol sənaye burjuaziyasına məxsus idi. Partiyanın bazasını fermerlər və şəhərlilərin xırda burjuaziyası təşkil edirdilər. Onların tələblərindən biri torpaqlarda məskunlaşmaq istəyənlərin hamısına pulsuz torpaq sahələri palanması idi.1860-ci ildə prezident seçkilərində Respublikaçılar partiyasından Avraam Linkoln prazident seçildi. Bu quladarların siyasi ağalığının sonu demək idi. Cənublular Linkolunun prezident seçilməsinə qiyamla cavab verdilər. Cənubi Karolina ştatı İttifaqdan çıxdığını elan etdi. Sonra daha altı ştat İttifaqdan çıxdı. 1861-ci ilin fevralında bu ştatlar ayrıca Konfederasiya halında birləşdilər. Missipi plantatoru Cefferson Devis yeni taradılan dövlətin ilk və son prezidenti olu. Bu zaman artıq ölkədə iki ordu və iki konqres fəaliyyət göstəridi. 1861-1865-ci illərin vətandaş müharibəsinin əsas səbəbi sənaye sahəsi üzrə inkişaf etmiş Şimalla, quldarlıq təsərrüfatının hökm sürdüyü Cənub arasında zidiyyətlərin kəskimləşməsi idi. Müharibənin birinci mərhələsində şimallılar bir sıra ciddi məğlubiyyətə uğradılar. Bu məğlubiyyətlərin əsas səbəbləri Avraam Linkoln hökumətinin quldarlığı ləğv etməməsi və ən əsası Homsedlər haqqında məsələnin həllini uzatması idi.

İkinci dövründə (1863-1865) Şimal ordusuna 190 min zənci əsgər daxil oldu. 250 min zənci arxa cəbhədə hərbi qulluğa cəlb edildi. Xalqın təzyiqi ilə Linkolin höküməti 1862-ci ildə Konqresdə Homstedlər haqqında qanun qəbul edildi. Qanuna görə torpağı becərmək istəyən hər bir amerikalı pulsuz olaraq 160 akr (65 ha) torpaq sahəsi ala bilərdi. Avraam Linkolnin imzaladığı Azadlıq haqqında bəyannaməyə əsasən 1863-cü ilin yanvarın 1-dən quldarlığın ləğv edildiyi elan edilirdi. Bu iki mühüm qanunun qəbul olunması artıq Amerika Konfederativ Ştatları'ının güçünü zəiflətdi. 1863-cü ilin iyulunda cənublular Gettisberq və Missisipi çayı vadisindəki döyüşlərdə məğlub oldular. 1865-ci il aprelin 3-də Konfederasiyanın paytaxtı Riçmond şəhəri tutuldu. Həmin müharibədə tarixdə ilk dəfə zirehli gəmilərin döyüşü (1862-ci il martın 9-da) oldu. 1867-ci il martın 2-də Cənubun Yenidənqurması haqqında birinci qanun verildi. Müharibənin cənublular üçün məğlubiyyətlə bitməsi, onların bütün ümüdlərini məhv etdi. Şimalın qalib gəlməsinin bir sıra səbəbləri var idi. Ən əsası texniki üstünlük, əsgər sayı baxımından və silah təchizatına görədə şimal cənubu ən azı 2 dəfə qabaqlayırdı. Cənublular şimalın qalibiyyətinin əsas səbəblərindən birini Avraam Linkoln da görürdülər. 1865-ci ildə 14 aprel tarixində, Linkoln ailəsi ilə birlikdə Vaşinqton şəhərində yerləşən Ford teatrına getmişdir. Bu zaman gözlənilmədən aktyor Con Uilks Butun açdığı atəş nəticəsində Avraam Linkoln ağır yaralanmış, iki gün sonra isə vəfat etmişdir.


Tarix: 18.02.2015 / 19:09 Müəllif: Feriska Baxılıb: 490 Bölmə: ABŞ tarixi
loading...