Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Salat və qəlyanaltılarMirvari Salatı

Aşağıdakı ərzaqlar lazım olacaq:
200qr-qaynadılmış krevetlər
3 ədəd bişmiş yumurta
1 ədəd təzə xiyar
1 pomidor
150 qr holland pendiri
Mayonez
Duz


Salatımızı zövqümüzə uyğun bəzəmək üçün isə bizə ağ kələm yarpaqları ,çuğundur suyu və zeytun gərək olacaq.
Hazırlanma qaydası:
Kartof və pendiri süzgəcin iri gözündən keçirdirik.Xiyar,pomidor və yumurtanı isə kubikvari doğrayırıq.Qaynadılmış krevetləri də hazır salata əlavə edirik. Duzunu da vurduqdan soanra,salatımızın mayonezini əlavə edirik.
Bəzək üçün çuğundur suyunda rənğlənmiş kələm yarpaqlarından balıqqulağı düzəldirik. Içinə hazır salatımızı qoyaraq zeytunu da mirvari əvəzi daxil edirik.Salat hazırdır. Nuş olsun! Ardı »

Salat və qəlyanaltılarPortağal salatı

Tərkibi:

3-4 portağal
300 q toyuq filesi
200 q xiyar
duz
mayonez


Fileni bişirin (qaynara düşəndən sonra 20 dəqiqə qaynadın). Soyudun. Xırda doğrayın.
Portağalları yuyun. Bıçaqla portağalları orta xəttilə ziqzaq formasında kəsib ikiyə bölün. İçini çıxarın. Plyonkasını təmizləyib xırda doğrayın. Ancaq salata bu lətin az hissəsini vurun.
Xiyarı kubik doğrayın. Toyuq əti, portağal ləti və xiyarı qarışdırın. Zövqə görə duz və mayonez vurub qarışdırın. Portağal qabıqlarının içinə doldurun. Üstünü hansısa giləmeyvə ilə bizəyə bilərsiniz. Ardı »

Salat və qəlyanaltılarKartof salatı

500 q kartof
1 dəstə cəfəri
1,5 qəhvə fincanı zeytun yağı
1 ədəd limon, ya 1 qəhvə fincanı sirkə
2 ədəd bişmiş yumurta
3 ədəd soğan
Duz, istiot


Kartofu soyutma bişirib qabığını soyun. Halqa, ya da üçkünc formada doğrayıb boşqaba düzün, üstünə cəfəri səpin. Soğanı halqa-halqa doğrayıb duzla ovuşduraraq öldürün. İstəyə görə 2 ədəd bərk bişirilmiş yumurtanı dilimlərə kəsib salatın üstünə qoya, zeytun da əlavə edə bilərsiniz. Salata limon şıxın və ya sirkə qatın. Ardı »

Salat və qəlyanaltılarNar Salatı

4-6 porsiya üçün nəzərdə tutlub

Ərzaqlar

1 ədəd iri nar
4 ədəd kartof
1 ədəd qırmızı baş soğan
½ stəkan doğranmış şüyüd
zövgə görə mayonez
zövgə görə duz
zövgə görə istiot


1. Kartofu qaynayan suda bişirib, qabığını soyun və kiçik kublar şəklində doğrayın.

2. Soğanı ikiyə bölüb incə-incə dilimləyin.

3. Narı bir qaba dənələyin. Üstünə kartofu, soğanı, şüyüdü, və zövgə görə mayonez, duz və istiot əlavə edib qarışdırın. Süfrəyə verməzdən əvvəl soyuducuda ən azı 30 dəqiqə ərzində saxlayın. Ardı »

Salat və qəlyanaltılarRəngli (Göy qurşağı) salatı

Tərkibi:

2 bişmiş çuğundur
2 çiy yerkökü
1 baş soğan
1 banka göy noxud konservi
1 banka yağda sardina
göy soğan – istəyə görə
mayonez – istəyə görə
kahı yarpaqları – istəyə görə

Bişmiş çuğundurla çiy yerkökünü ayrılıqda sürtgəcdən keçirin.


Hazırlanma qaydası:

Soğanı xırda doğrayıb üstünə qaynar su töküb 5 dəqiqə saxlayın. Sonra suyu süzün.
Göy noxudu aşsüzənə tökün.
Sardinanı çəngəllə əzin, xırda doğranmış soğanı əlavə edib qarışdırın.
İri buluda kahı yarpaqları düzün. Ortasına soğanla qarışdırılmış sardına qoyun, hamarlayıb, dairə halına salın. Gözəyarı bu dairəni 12 yerə bölün. Ya da bıçaqla birincı layın üstündə xətlər çəkin. Sonra günəş şüaları kimi dairə boyunca çuğunduru, göy noxudu, yerkökünü, xırda Ardı »

Salat və qəlyanaltılarİncəlik salatı

Tərkibi:

Kartof
Duzlu xiyar
Təzə xiyar
Çuğundur
Yumurta
Kök
Yaşıl soğan
Şüyüd
Mayonez
Xama (smetan)
Duz, istiot


Hazırlanması:Bütün tərəvəzlər bişirilir. Duz, istiot yaddan çıxmasın. Bişmiş tərəvəz sürtkəcin böyük gözündən keçirilir. Göyərtini xırdalayın. Yaxşı olar ki, təzə xiyarı əvvəldən sürtkəcdən keçirib ılıyin içinə qoyun (suyu süzülmək üçün). Sonra tərəvəzi lay-lay yığın:

1-ci lay

kartof, duzlu xiyar, mayonez, üstə yaşıl soğan

2-ci lay

çuğundur, mayonez, şüyüd

3-cü lay

yumurta, təzə xiyar, mayonez, yaşıl soğan

4-cü lay

kök, xama, şüyüd Ardı »

Salat və qəlyanaltılarRəngli Bolqar Bibəri Salatı

ƏRZAQLAR

2 ədəd iri qırmızı Bolqar bibəri
2 ədəd iri sarı Bolqal bibəri
2 ədəd portağal rəngli Bolqar bibəri
xırda doğrançəş cəfəri (zövqə görə nanə də əlavə edə bilərsiniz)
2-3 diş əzilmiş sarımsaq
təxminən yarım limonun suyu
zeytun yağı
duz
istiot


1. Bolqar bibərlərini bütov ya qazın üstündə çevirə-çevirə kabab edin, ya manqalda, ya da sobada bişirin – Qabığı bir az qaralanda və bibərlər azacıq yumuşalanda bibərlər hazırdır. Diqqət! Bibərləri çox bişirməyin, yoxsa xəşilə dönər. Bİbərlər bir az bişməli, amma eyni zamanda da diri qalmalıdırlar.

2. Bişmiş bibərlərin qabığını soyun. Toxumunu və sapını kəsib atın. Bibərləri təxminən bir barmağın yarısı enliyində uzunsov kəsin. Bir Ardı »

Salat və qəlyanaltılarKartof püresi gül şəklində

Ərzaqlar:

4 kartof
kərə yağı
duz
qara və qırmızı istiot
1 yumurta
kamamber pendiri (başqa yumşaq, krem kimi pendir də olar, məsələn krem-çiz və ya bri)


Hazırlanma qaydası:

Kartofu qaynadıb püre hazırlayın. Duz, qara və qırmızı istiot, kərə yağı, pendir və çalınmış yumurta əlavə edib qarışdırın. Ucuna ulduz formalı başlıq taxılmış krem torbasının içinə doldurun. Sininin içinə perqament qoyun. Torbanı sıxaraq perqamentin üstünə “kartof gülləri” düzün.
Sonra sobada 180* Selsidə, təxminən 15-20 dəqiqə bişirin. Ardı »