Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Seçmə xörəklərSobada pomidor badımcan

Sobada pomidor badımcan

MATERİAL SİYAHISI:

2 su stəkanı un
1 yumurta
100 q kərə yağı
1 xörək qaşığı qatıq
1 çay qaşığı qabartma tozu
Duz

ÜZƏRİ ÜÇÜN:

100 q ağ pendir
50 q kaşar pendiri
5 pomidor
2 badımcan
1 dəstə reyhan
2 diş sarımsaq
Duz
İstiot
Zeytun yağı

İÇİ:

Unu qarışdırma qabına alırıq. Duz və qabartma tozunu səpirik. Ortasını hovuz kimi açırıq. Ortaya otaq temperaturunda yumşalmış kərə yağını qoyuruq. Qatqı əlavə edirik. Yumurtasını qırırıq. Ortadakı malzemlerle xəmiri yoğururuq. Piroq formamızı duru yağla yağlayırıq. Xəmiri tökürük və üzərinə bir az un səpib pərlə açırıq. Xəmiri qəlibə yayırıq. Artıq gələn Ardı »

Seçmə xörəklərBoz qovurma

Qoyun əti – 163q
Erinmiş yağ – 30q,
Baş soğan – 50q,
Zəfəran – 0,1q,
Keşniş və şüyüd - 15q,
Duz.


Qoyun əti 15-20 qramlıq tikələrə doğranır, duzlanır və qızardılır. Doğranmış soğan və zəfəran şirəsi əlavə edilib bişirilir. Süfrəyə verildikdə üstünə göyərti səpilir. Ardı »

Seçmə xörəklərPİTİ

Ərzaqların miqdarı küftə-bozbaşda olduğu kimidir.

Yay vaxtı zəfəran 50 q pomidorla əvəz edilir. Pitinin hər payına 55-60 qramlıq 2-3 tikə qoyun əti götürülür. Noxud 4-5 saat soyuq suda isladılır.

Ət və noxudu piti qabına qoyub zəif od üzərində tədricən bişirirlər.

Xörəyin hazır olmasına 30 dəqiqə qalmış kartof, iri doğranmış soğan, alça, duz və zəfəran şirəsi tökülüb hazır olana kimi bişirilir.

Piti bir qayda olaraq bişirildiyi qabda süfrəyə verilir, yanına dərin boşqab və ya kasa, sumaq və təmizlənmiş baş soğan qoyulur.
Ardı »

Seçmə xörəklərKƏLLƏPAÇA (XAŞ)

Qoyun kəlləsi – 214 q,

qoyun ayaqları – 179 q,

qarın – 47 q,

sarımsaq – 5 q,

sirkə -10 q,

duz.


İlk emaldan keçirilib təmiz yuyulmuş qoyun kəlləsi, ayaqları və qarnı suda bişirilir. Əmələ gəlmiş kəf yığılır. Bişəndən sonra (6-7 saat ərzində) ət kəfgirlə çıxarılıb iri sümüklərdən ayrılır və 40-50 qram çəkidə doğranıb yenidən bulyonda bişirilir. Xörəyin yanına sarımsaqla sirkə qoyulur. Ardı »

Seçmə xörəklərQOVURMA BOZBAŞ

Qoyun əti – 163 q,

quyruq – 20 q,

baş soğan – 72 q,

kartof – 100 q,

şabalıd – 30 q,

təzə alça – 20 q,

və ya quru alça - 10 q,

keşniş – 10 q,

zəfəran - 0,1 q,

istiot,

duz.


Qoyun əti 30-35 q çəkidə doğranır, duz, istiot və baş soğanla yağda qızardılır. Bulyon əlavə edilib bişirilir. Hazır olana 30 dəqiqə qalmış kartof, təmizlənmiş şabalıd, alça qatılıb bişirilir. Süfrəyə verdikdə zəfəran şirəsi və göyərti əlavə edilir. Yay vaxtı zəfəran və alça əvəzinə 50 q qırmızı pomidor götürülür. Ardı »

Seçmə xörəklərTURŞU-SIYIQ

Bulyon – 40 q,

düyü – 30 q,

baş soğan – 24 q,

göy soğan – 26 q,

yerkökü – 40 q,

ispanaq – 50 q,

quzuqulağı – 50 q,

ərinmiş yağ – 15 q,

keşniş və ya nanə - 10 q,

lavaşana – 50 q,

duz,

istiot.


Düyü ət bulyonunda bişirilir, üzərinə yağda qızardılmış soğan və yerkökü əlavə edilir. Sonra yuyulub doğranmış göy soğan, ispanaq və quzuqulağı qatılıb bişirilir.

Hazır olmasına az qalmış lavaşana, istiot və duş vurulur. Süfrəyə verilərkən üstünə göyərti səpilir. Ardı »

Seçmə xörəklərTon balığı avokado qayıgında

Ton balığı avokado qayıgında

MATERİAL SİYAHISI:

4 avakado
1 kasa ton balığı
1 dəstə şüyüd
1 qırmızı soğan
1 limon
1 kasa gilas pomidor
Zeytun yağı
Duz

İÇİ:

Avakadoları soyuruq və köndələn kəsib iki yerə bölürük. Nüvəsini çıxarırıq. Limon suyu, zeytun yağı və duzu qarışdırırıq, sos edirik. Avakadolaru bu sousa tapırıq və boşqaba düzürük.

Ton balığını qarışdırma qabına alırıq. Soğanı və şüyüdü doğrayıb əlavə edirik. Zeytun yağı və duz qoyub qarışdırırıq. Avakadoların üzərinə salatı bölüşdürürük. Üzərinə 1 budaq şüyüd batırırıq. Gilas pomidorlsrı ikiyə kəsib üzərinə yarım yarım qoyaraq xidmət edirik. Ardı »