Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Pəhriz yeməkləriMərmər şorbası

Ərzaqlar:

250-300 q qoyun əti
kəvər
3 kartof
2-3 kök
2 diş sarımsaq
kəklikotu
rozmarin (göyərti)
200-250 ml qaymaq (22-35%)



Hazırlanma qaydası:

Əti doğrayın. Yuyulub təmizlənmiş və iri doğranmış kök və kartofu qaynadın. Quşbaşı doğranmış əti zeytun yağıyla tavada qovurun. Kəvəri, sarımsağı doğrayıb qızarmaqda olan ətə əlavə edin, bir yarpaq rozmarin atın və 1 l su tökün. Duz, istiot vurun.
Bişmiş kartof və kökü blenderdən keçirin. Ət suda yarım saat bişdikdən sonra bu tərəvəz qarışığını ona əlavə edin. Rozmarini şorbadan çıxarın. Şorbanı qaynadıb altını söndürün. Bir neçə kəklikotu yarpağını şorbaya əlavə edib 15 dəqiqə soyumağa qoyun. Sonra kəklikotunu çıxarın. Şorbanı boşqablara çəkin. Üzərinə otaq Ardı »

Pəhriz yeməkləriPrestij pəhriz salatı

Ərzaqlar:

2 kq qabaq
1,5 kq bolqar bibəri
2-2,5 kq pomidor
0,5 kq baş soğan
1 st. bitki yağı
2-2,5 x.q. duz
3-4 x.q. şəkər tozu
1 ç.q. sirkə esensiyası
1/2 ç.q. qara istiot
1 st. qaynanmış su


Hazırlanması:

Qabaqların dənəsini artlayıb qabığını soyun, iri kublar şəklində doğrayın. Tavaya azca su və bitki yağı tökün, qabaqları əlavə edərək 10 dəqiqə ərzində qaynadın.

Soğanı və bolqar bibərini uzun nazik doğrayıb ayrı-ayrılıqla yağda qızardın. Pomidorları fal-fal doğrayın. Bütün tərəvəzləri qarışdırın, duz, istiot, şəkər, sirkə qataraq qarışdırın. Onu litrlik bankalara yığıb 30-35 dəqiqə sterilizə edin. Bağlayın, sonra isə soyuyana qədər bir parçaya bükülü saxlayın.

Göstərilən miqdarda tərəvəzdən 6 banka Ardı »