Şirniyyatlar → Qadın Barmağı Qurabiyəsi (Savoiardi)
“Qadın Barmağı” Qurabiyəsi (Savoiardi)
Təxminən 24 ədəd iri qurabiyə və ya 28-30 ədəd balaca qurabiyə üçün
3 ədəd yumurta – ağını sarısından ayırın
6 xörək qaşığı şəkər tozu (75 qram)
bir stəkanın dörtdə üçü (95 qram) un
2 xörək qaşığı qarğıdalı nişastası
5 xörək qaşığı şəkər kirşanı (pudrası)
Sobanı 175Cdək qızdırın. 2 ədəd soba listini duru yağla və ya kərə yağıyla yağlayın. Üstünə kalka kağızı sərin.
Yumurta ağlarını mikserlə yaxşıca çalın. Tədricən şəkər tozunu əlavə edib kütlə bərkiyənədək çalın.
Unu nişastayla qarışdırın. Kənara qoyun.
Ayrı qabda yumurta sarılarını cəngəllə bir az qarışdırın. Bu kütləni taxta qaşıqla çaldığınız yumurta ağına əlavə edin və yavaşca kütlələri bir Ardı »