Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞirniyyatlarMöcüzə tortu

Ərzaqlar:
Biskvit üçün:
4 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan un
Korj üçün şirə:
130 qram şəkər tozu
120 ml su
1 x.q. konyak

Süfle üçün:
300 ml qaymaq (33%)
1,5 stəkan şəkər pudrası
20 qram jelatin
Şokolad şirəsi üçün:
2 x.q. xama
50 qram kərə yağı
3 x.q. şəkər tozu
2-3 x.q. kakao

Tortu bəzəmək üçün:
0,5 stəkan qoz ləpəsi
50 qram şokolad

Hazırlanma qaydası:
Biskviti hazırlayıb, sobada bişirin. Sonra biskvit korjunu forma qabından çıxarıb, 8-12 saat müddətində kənara qoyun. Sonra korju iki hissəyə bölüb, hər iki korjun üzərinə hazırladığınız şirəni çəkin.
Sufle hazırlamaq üçün:
1 stəkan südün içinə jelatini töküb, 1 saat Ardı »

ŞirniyyatlarQoşa ürək pirojnaları

Ərzaqlar:

Biskvit korju hazırlamaq üçün:

8 ədəd yumurta

2 stəkan şəkərtozu

2 stəkan un

Meyvə şərbətini hazırlamaq üçün:

130 qram şəkər tozu

120 ml su

1 x.q. çiyələk və ya albalı siropu

Krem hazırlamaq üçün:

200-250 qram kərə yağı

500 ml süd

40 qram çiyələkli pudinq (toz halında olan)

100-150 qram şəkər

Pirojnaları bəzəmək üçün:

Şokolad

Qoz ləpəsi

Hindqozu


Hazırlanma qaydası:

Biskvit xəmiri hazırlayıb, korju bişirin. Bişmiş biskvit korjunu 8-12 saat ərzində kənara çəkib saxlayın.

Xüsusi ürək formalı qəlib və yaxud kağız trafaretin köməkliyi ilə, korju ürək formasında kəsin. Sonra ayrılıqda hər bir ürək formalı pirojnanı uzununa iki hissəyə bölün.

Meyvə şərbətini hazırlayıb, soyumaq üçün kənara çəkin. Sonra soyumuş çiyələk və ya moruq siropunu hər bir pirojnanın üzərinə qaşıqla gəzdirirsiz, Ardı »

ŞirniyyatlarAlmalı rulet

Şirniyyat sevənlər üçün

Ərzaqlar:

Xəmir üçün:

3 stəkan un

2 ədəd yumurta

50 qram kərə yağı

1/4 stəkan su

2 x.q. şəkər tozu

1/2 ç.q.duz

iç üçün:

500-600 qram alma

2 x.q. şəkər tozu

1/2 stəkan suxarı

1/2 ç.q. döyülmüş darçın

20 qram kərə yağı

1ədəd yumurta

Hazırlanma qaydası:

Yumurtaların üzərinə şəkər tozu və duz səpib yaxşıca çalın. Sonra üzərinə su töküb, duz və şəkər tozu həll olunana qədər qarışdırın. Unu ələkdən keçirib, üzərinə yumşaldılmış kərə yağı və çalınmış yumurtaları əlavə edərək, xəmir yoğurun.

Xəmirin gəlməsi üçün 30-40 dəqiqə ərzində kənara qoyun. Sonra xəmiri 1mm qalınlığında nazik yayıb, təmiz dəsmalın üzərinə qoyaraq, ərinmiş kərə yağı ilə üstündən çəkin.

Almaları yuyub, qabığını soyaraq, nazik dilimlərə doğrayın. Ardı »

ŞirniyyatlarBadamlı borucuq

Əla növ buğda unu – 410q,

xama - 185q,

kərə yağı – 120q,

badam – 220q,

şəkər tozu – 180q,

hil – 5q,

şəkər kirşanı – 35q,

maya – 10q,

konyak – 3q, duz.


Una kərə yağı, xama, şəkər kirşanı, duz və maya əlavə edilib xəmir yoğrulur. İç hazırlamaq üçün badam qaynar suda pörtülür, qabığı təmizlənir və qurudulur. Quru badam sürtgəcli maşında üyüdülür, ona şəkər tozu, hil və konyak əlavə edilib qarışdırılır. Xəmir gəldikdən sonra 40 qramlıq paylara bölünür. Bundan sonra qolu borucuqda olduğu kimi hazırlanır. Ardı »

ŞirniyyatlarKəsmikli Qurabiyyə

22 qurabiyə üçün

Ərzaqlar

2 1/2 stəkan əla növ un
1 çay qaşığı qabartma tozu (yarım qaşıq çay sodası ilə əvəz edə bilərsiniz)
1 çay qaşığı duz
1/5 çay qaşığı hil (toz halında) – (hiliniz yoxdursa, əlavə etməsəniz də olar)
115 g duzsuz kərə yağı – otaq hərarətində yumuşaldılmış
2 stəkan şəkər tozu
2 yumurta – otaq hərarətində
425 g ricotta pendiri və ya kəsmik
1 ədəd limonun suyu
1 ədəd limonun rəndələnmiş qabığı



+

1. Sobanı 190C-dək qızdırın.

2. Bir qabda unu, qabartma tozunu, duzu və hili qarışdırın.

3. İri bir qabda kərə yağı və şəkər tozunu mikserlə ağaranadək, təxminən 3 dəqiqə ərzində çalın. Bir-bir yumurtaları Ardı »

ŞirniyyatlarPortağallı kakaolu keks

Portağallı kakaolu keks

MATERİAL SİYAHISI:

3 yumurta
1,5 su stəkanı toz şəkər
1 su stəkanı süd
1 su stəkanı duru yağ
2 xörək qaşığı kakao
1 paket qabartma tozu
7 xörək qaşığı ilə un

SOSU ÜÇÜN:

2,5 su stəkan portağal suyu
1 çay stəkanı toz şəkər
2 xörək qaşığı qarğıdalı nişastası

ÜZƏRİ ÜÇÜN:

1 paket köpükləndirilmiş şəndi

İÇİ:

Yumurtaları qarışdırma qabına qırırıq. Şəkər tozu əlavə edirik və mikserlə iyiec köpüklənən qədər çalırıq. Südü və duru yağı əlavə edirik. Təkrar çalırıq. Kakao, qabartma tozunu və vanili əlavə edirik. 7 xörək qaşığı ilə un qoyuruq. Mikserlə son dəfə çalırıq. Ardı »

ŞirniyyatlarGöbələy peçenyası

Göbələy peçenyası

MATERİAL SİYAHISI:

250 q. Kərə yağı
2 yumurta
3 su stəkanı qarğıdalı nişastası
1,5 su stəkanı şəkər kirşanı
1 paket qabartma tozu
7 xörək qaşığı ilə un

ÜZƏRİ ÜÇÜN:

Kakao

İÇİ:

Qarışdırma qabına misir nişastanı, unu, kirşanını və qabartma tozunu qoyuruq. Toz qarışığı qarışdırırıq və ortasını hovuz kimi açırıq. Ortaya otaq temperaturunda yumşalmış kərə yağını qoyuruq. Üzərinə 2 yumurta qırırıq. Ortadan başlayaraq xəmiri yoğururuq. Qulaq məməsi yumşaqlığından bir az sərt bir xəmir əldə edirik.

Xəmirdən, qozdan bir az daha böyük parçalar qoparıb yoğruruğ. Gəldiyimiz xəmirləri yağlı kağız sərilmiş soba xonçasına duzuruy. Şüşə qapağı, ya da Ardı »

ŞirniyyatlarQarışqa yuvası tortu

Qarışqaların yaratdığı möcüzəvi mənzərəni təsvir edən tortun resepti

Ərzaqlar:

Xəmir üçün: 200 qram kərə yağı

3 x.q. şəkər tozu

3 x.q. xama

1,5-2 ç.q. yumşaldıcı

4 stəkan un

bir az vanilin

Krem üçün:

200 qram kərə yağı

1 banka qatılaşdırılmış süd (suda bişmiş olsun)

Tortu bəzəmək üçün:

şokolad

30-50 qram qoz ləpəsi

Xaşxaş

Hazırlanma qaydası:

Unu ələkdən keçirib, yarı hissəsinə yumşaldıcı əlavə edin. Kərə yağını əridib, təmiz boşqaba tökün. Kərə yağın üzərinə şəkər tozu, xama, vanilin əlavə edib, qarışdırın. Tədricən un əlavə edərək, xəmir yoğurun (əvvəlcə yumşaldıcı qarışdırılan unu, sonra isə qalan unu əlavə edin). Xəmir yoğurandan sonra 30-40 dəqiqə ərzində soyuducuya yerləşdirin.

Soyudulmuş xəmiri ətçəkən maşından və yaxud sürtkəcin iri gözündən (onda Ardı »