Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İçkilerFeyxoa kompotu

Feyxoa

Şəkər

Su

Feyxoanı saplaq və qabığından təmizləyib, soyuq su tökün. Odun üstünə qoyub qaynadın. Sonra şəkər əlavə edin və hazır olanadək bişirin.

Kompot süfrəyə soyuq verilir. Bu çox incə və ətirli içkidir.

Nuş olsun! Ardı »

İçkilerPina kolada kokteyli resepti

Tərkibi:
50 ml ağ rom
100 ml ananas şirəsi
50 ml kokos şirəsi
3-4 kubik buz
20 ml qaymaq
Bəzəmək üçün: ananas dilimləri, albalı dənəsi.

Hazırlanması:Əslində ispancadan bu kokteylin adı "Pinya kolada" kimi tələffüz edilir, lakin həm rus, həm türk, həmdə bizim dildə bu kokteylin tələffüzü pinakolada kimi dilimizə bağlanıb.

Tarixi boyu pina kolada təkcə ananas şirəsi kimi tanınmışdır. Sonralar tərkibinə spirtli içki olan rom əlavə edilmişdir. Və XX-ci əsrin ortalarında Puerto Riko barlarının birində, hazırda bildiyimiz "Pina Colada" kokteylin resepti tanınmış və tezliklə böyük populyarlıq qazanmışdır.

Hazırlanması çox sadədir.

Yuxarıda sadalanan inqredientləri və buz parçalarını blender və ya şeykerlə yaxşıca qarışdırıb, bokala tökmək. Sonra bokalı ananas dilimi və albalı Ardı »

İçkilerAlmalı çiyələkli kompot

Ləvazimatlar

Çiyələk – 250 q

Alma – 2 ədəd

Şəkər tozu – 200 q

Su – 1,5 l

Hazırlanma qaydası

1. Alma lay-lay doğranılır.

2. Çiyələk yuyulur, süzgəcdən süzülüb təmizlənir.

3. Qazanda şirəli su hazırlanır və qaynadılır.

4. Qaynayan şəkərli suya öncə alma dilimləri, 10 dəq. sonra çiyələk əlavə edilir.

5. Hazır kompot süfrəyə soyuq halda verilir. Ardı »

İçkilerZəfəran şərbəti

Şəkər – 30q, su – 150q, zəfəran – 0,15q, reyhan və ya nanə toxumu – 0,1q, buz – 20q.

Zəfəran, reyhan və nanə toxumu qaynadılmış suda 3-4 saat saxlanılır və şəkər əlavə edilir. Şərbət süzülür və soyudulur. Süfrəyə verildikdə içərisinə buz tikələri salınır. Ardı »

İçkilerDarçınlı alça şirəsı

Darçınlı alça şirəsı

İÇİ:

Suyu qazana qoyuruq. Üzərinə şəkər, darçını və limon suyunu töküb qaynadırıq. Qaynayanda alçani qazana qoyuruq. 1 dəqiqə qədər gözlədi altini bağlayırıq. Bu şəkildə qazanda sakitləşdiririk.

Yaxşıca rəngi çıxanda suyunu süzürük. Qalan alçanida istəyə görə süzgəcdə əzərək marmelad kimi yeyərik.

DARÇINLI ƏRİK ŞƏRBƏTİ

1 kq alça
2,5 lt. Su
1 su s. Toz şəkər
Qabıqli darçın
1 çay q. Limon duzu Ardı »

İçkilerTərxun limonadı resepti

Tərkibi:
50 q tərxun
2 laym
şəkər tozu - zövqə görə
1,5 l qazlı mineral su

Hazırlanması:
Tərxunu xırda doğrayın (blenderdə də xırdalaya bilərsiniz).

Laymı nazik dilimlərə doğrayın. Tərxunu və laymı həvəngdəstəyə qoyun, üstünə şəkər tozu səpin (məsələn 4 x.q.), döyün. 15 dəqiqə saxlayın.

0,5 l su töküb 30-40 dəqiqə saxlayın. Sonra süzün, suyun qalanını əlavə edin.

İstəyə görə süfrəyə buz parçaları ilə verə bilərsiniz.

Nuş olsun! Ardı »

İçkilerDonmuş limonad resepti

Tərkibi:
4 limon
1 st. şəkər tozu
1 x.q. bal
4 st. su

Bəzək:
Limon dilimləri və nanə yarpaqları

Hazırlanması:
İki limonun qabığını sürtgəcdən keçirin.
Bütün limonları sıxıb şirəsinə limon qabığı və şəkər tozu əlavə edin, qarışdırın. Bir gecə dondurucuda saxlayın.
Sabahı gün çıxarıb donunu açın, süzün, bal və su əlavə edib qarışdırın. Yenidən dondurucuya qoyun.
Tam donandan sonra çıxarıb çəngəllə qazıyaraq qarışdırın. Yenə dondurucuda saxlayın.
Süfrəyə verərkən dondurma qaşığı ilə götürüb kremankalara qoyun, limon dilimi və nanə ilə bəzəyin.

Nuş olsun! Ardı »

İçkilerMimoza kokteyli resepti

Tərkibi:
40 ml portağal şirəsi
40 ml ananas şirəsi
40 ml qreypfrut şirəsi
10 ml nar likörü və ya şirəsi
Buz

Hazırlanması:
Sokların hamısı qarışdırma cihazına qoyulur və qarışdırılır.
Bakallara 2-3 buz parçası qoyulur və kokteyl süzülür.

Nuş olsun! Ardı »