Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli Hekayelerİsti münasibət

Bir gün loğmanın ağasina hədiyyə olaraq bir qarpız gətirirlər. o, xidmətçisinə Oğlum, get Loğmanı çağır deyir.Loğman bu çağırışa dərhal cavab verib, ağasının yanına gəlir. Ağası ona hədiyyə olaraq gətirilən qarpızı kəsir və Loğmana bir dilim verir. Loğman ona verliən dilimi bal kimi, şəkər kimi yeyir.Elə iştahla yeyir ki, ağası dərhal ikinci dilimi kəsib ona tərəf uzadir. beləcə dilimlər bir-birini izləyir və Loğman bütün qarpızı yeyir.Yerdə bir dilim qalir. Ağası Bunu da mən yeyim, baxım görüm necə şeydir, hər halda, bu, çox dadlı bir qarpızdır deyir. Çünki Loğman elə ləzzətlə, elə zövqlə, elə iştahla yeyirdi ki, görənlərin də iştahası açılırdı. Loğmanin ağası Ardı »

Maraqli HekayelerPul yoxsa ağıl?

Gənc oğlanın yanına sehrbaz gəlir və onun qarşısına biri pulla, biri isə ağılla dolu olan iki kisə qoyur və soruşur: «Bunların biri sənin olacaq, götür». Çox fikirləşən oğlan, nəhayət, Müdriklik kisəsini götürür və dərhal yer üzündə olan bütün müdriklərdən müdrik olur. Bunu bilən kimi dünyanın müxtəlif yerlərindən onun yanına Böyük Həqiqəti bilmək istəyən insanlar axışır və müdrikdən soruşurlar:
— Müdriklər müdriki, dahilər dahisi, bizə Əsası olanı de, dillərdə dolaşacaq böyük müdriklik barədə danış.
Müdrik dilləndi:
— Hə… Pul kisəsini götürmək lazım idi! Ardı »

Maraqli HekayelerUşaq gözüylə baxa bilmək

Kiçik qızın atası İspaniyanın ən ağır siyasi cəzalarının verildiyi bir həbsxanada məhkum idi. Fürsət tapdığı hər həftəsonu atasını ziyarət üçün anasıyla birlikdə həbsxabaya gedərdi. Yenə bir ziyarətə gedərkən atası üçün çəkdiyi rəsmi yanında apardı, ancaq həbsxana qaydalarına görə azadlığı xatırladan hər cür şeyin məhkumlara verilməsi qadağan idi.
Bu səbəblə kağıza çəkdiyi quş şəkilini qəbul etməmiş və oradaca cırmışdılar...
Çox kədərlənmişdi kiçik qız... Atasına söylədi bunu, o da "kədərlənmə qızım, yenə çəkərsən; bu dəfə çəkdiklərinə diqqət yetirərsən olarmı?" dedi.
Kiçik qız digər ziyarətində atasına yeni bir şəkil çəkib apardı. Bu dəfə quş yerinə bir ağac və üzərinə qara kiçik xallar çəkmişdi. Atası şəkilə baxdı Ardı »

Maraqli HekayelerMöcüzəli yuxular

Sinif müəllimi, uşaqların yuxuları üzərinə bir araşdırma edirdi. Yuxu görmənin insan ruhunu nə qədər rahatlaşdırdığını və onlar üçün nə qədər lazımlı olduğunu ifadə etdikdən sonra:
- Söyləyin baxaq! dedi. Bu gecə nə gördünüz?
Uşaqlar, tək-tək əl qaldıraraq yuxularını izah etməyə başladılar. O həftəki yuxuların bir çoxu, üç gün əvvəl meydana gələn bir təyyarə qəzası ilə əlaqədar idi. Bir də, cinnət keçirən bir təqaüdçünün, arvadı və uşaqlarını yol ortasında bıçaklaması ilə...
Müəllim, arxa sıralarda oturan bir şagirdin əl qaldırmadığını görüncə, ona doğru yaxınlaşıb:
- Xeyir ola dostum?- deyə soruşdu. Yoxsa sən heç yuxu görmürsənmi?
Kiçik uşaq, yanaqları qızararaq:
- Əlbəttə görürəm!.-deyə gülümsədi. Amma mənim yuxularım çox fərqlidir.
- Onda Ardı »

Maraqli Hekayelerİnsanı düzəltdim...

Bir həftənin yorğunluğundan sonra bazar səhəri qalxdığında bütün həftənin yorğunluğunu çıxarmaq üçün əlinə qəzetini götürdü və bütün gün miskinlik edib evdə oturacağını düşündü.
Elə bunları düşünərkən uşağı qaçaraq gəldi və kinoya nə vaxt gedəcəklərini soruşdu.
Ata uşağına söz vermişdi, o həftə sonu kinoya aparacaqdı amma heç çölə çıxmaq istəmədiyindən bir bəhanə uydurması lazım idi.
Sonra qəzetdəki dünya xəritəsi gözünə ilişdi.
Əvvəl dünya xəritəsini kiçik parçalara ayırdı və uşağına; əgər bu xəritəni düzəldə bilsən səni kinoya aparacağam
dedi sonra düşündü;
"Nə yaxşı, xilas oldum, ən yaxşı coğrafiya professorunu belə gətirsən bu xəritəni axşama qədər düzəldə bilməz."
Aradan on dəqiqə keçdikdən sonra uşaq atasının yanına qaçaraq gəldi və
"Ata xəritəni düzəltdim Ardı »

Maraqli Hekayelerİmanın Nəfsi ram etməsi

Krant tamiri ilə məşğul olan yaraşıqlı bir gəncin başına gələn bir hadisəni sizlərə nəql edim:
Bir gün gəncin dükanına gələn bir qadın, evində təmir ediləcək kranlar olduğunu söyləyir. Daha sonra birlikdə evə gedirlər. Evə gəldiklərində qadın qapını arxadan bağlayır və cavana çirkin təklif edir.
Cavan bu çirkin təklifi qəbul etmədikdə:
"- Bax qışqıraram, mənə təcavüz etdi, deyərəm, " formada gənci təhdid edir.
Gənc vəziyyəti belə gördükdə:
— Yaxşı qəbul edirəm, lakin mənim tualate getməliyəm, deyərək qadının yanından ayrılır. Tualate gedərək üzünü, əllərini, paltarlarını murdarlayır. Tualetdən çıxarkən onu bu vəziyyətdə görən qadın diksinir və:
-Get, səni görmək istəmirəm, deyərək qovur.
Cəhənnəmin Ardı »

Maraqli HekayelerƏsl dostluq nümunəsi

Günlərin bir günü iki yaxın dost yol gedirdi. Birdən onlar dava etməyə başlayır və biri digərinə şillə vurur. Ağrı hiss etməsinə baxmayaraq, şillə alan heç nə demir və qumun üzərində bu sözləri yazır: «Bu gün ən yaxın dostum mənə şillə vurdu»
Onlar yollarına davam edirlər. Bir az yol gedəndən sonra isə çayda çimmək qərarına gəlirlər. Şillə alan dost çayda az qalır ki boğulsun, lakin dostu onu xilas edir. O özünə gələn kimi daşın üzərində bu sözləri yazır: «Bu gün ən yaxın dostum mənim həyatımı xilas etdi»? Şillə vuran, eyni zamanda dostunu xilas edən bir az fikirləşəndən sonra dostundan soruşur: «Mən sənin xətrinə Ardı »

Maraqli HekayelerQısa və düşündürücü hekayələr

Bir hökmdar bir zahidi görüb soruşdu:
-Bizi heç yada salırsanmı?
Dedi:
-Bəli, Allahı unudanda

Loğmandan soruşdular:
-Ədəbi kimdən öyrəndin?
Dedi:
-Ədəbsizlərdən. Onlarda gördüyüm pis hərəkətləri təkrar etmədim.

Bir mürid öz mürşidinə dedi:
-Adamlar məni bezdiriblər. Boş-boş suallar verir, mənasız sözlərlə vaxtımı alırlar. Nə edim?
Mürşid dedi:
-Yoxsuldusa, borc ver, varlıdısa, borc istə. Bir də gözünə görünməyəcəklər

Pis səsli birisi ucadan Quran oxuyurdu. Onun yanından keçən arif soruşdu:
-Bu Quran oxumağın üçün sənə nə qədər verirlər?
-Heç nə qədər.
-Bəs niyə özünə əziyyət verirsən?
-Allah xətrinə oxuyuram.
-Allah xətrinə, oxuma!

Bir alimdən soruşdular:
-Bir adam gözəl bir dilbərlə xəlvət otağa çəkilə, qapını daldan bağlaya, o, gözəllərin əlindən özünü qurtara bilər?
-Gözəlllərin əlindən qurtarsa da, söz gəzdirənlərin əlindən qurtara bilməz

Bir kişinin gözü ağrıyırdı. Ardı »