beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən çox verilən suallara cavablarQız Aile Quranda atasından icaze almalıdır?

Saytımızın «Sual-Cavab» rubrikasına göndərilən suallardan məlum olur ki, müsəlman gənc oğlan və qızların bir qismi dünyəvi nikahdan əvvəl öz münasibətlərini halal şəklə salmaq üçün kəbin (daimi və ya müvəqqəti) kəsdirmək istəyirlər.

Amma qızın atasının buna razı olmayacağını bildikləri üçün ondan icazə almadan kəbini özləri oxumaq və ya oxutdurmaq fikrindədirlər. Bu barədə çoxsaylı sualları nəzərə alaraq, aşağıda 5 Islam məzhəbi baxımından məsələyə aydınlıq gətirməyə çalışacağıq.

Cəfəri məzhəbinə görə, ailə qurmaq istəyən bakirə qız hələ «rəşidə» deyilsə, yəni özünə xeyirli olanla ziyanlı olanı ayıra bilmirsə, başqa sözlə desək, həyat təcrübəsinə malik deyilsə və həyatı anlamırsa, atasından (babasından) icazə alması mütləqdir. Rəşidə qıza gəlincə, müctəhidlər bakirə Ardı »

Ən çox verilən suallara cavablarQURBANLIQ BARƏDƏ ƏN ÇOX VERİLƏN SUALLARA CAVAB

Aşağıda qurbanlıqla bağlı oxucular tərəfindən tez-tez verilən suallara cavab olaraq qurban kəsəcək (kəsdirəcək) hər bir şəxsin bilməli olduğu məlumatlar Sizə təqdim olunur.

Hansı heyvan növlərindən qurban kəsmək olar?

İslam şəriətinə görə, dəvə, inək, keçi və qoyun cinsindən qurban kəsmək olar. Bunun sübutu Qurani-kərimin Həcc surəsinin 28-ci və 34-cü ayələridir. Həmin ayələrdə qurbanlığın «ənam» adlanan ev heyvanlarından olması şərt sayılıb. Quranın Ənam surəsinin 143-144-cü ayələrində isə «ənam» qisminə aid olan heyvanların yuxarıda aı çəkilən dörd cinsdən olduğu vurğulanıb.
Buna görə də bir çoxlarının təsəvvür etdiyi kimi, «Qurban bayramı günü mütləq qan axıtmaq lazımdır» düşüncəsi ilə adı çəkilən heyvanları kəsməyə imkanı olmayan şəxsin toyuq, xoruz və Ardı »

Ən çox verilən suallara cavablarGece Namazı Nece Qılınır?

Gecə namazı İslamda çox bəyənilən və savabı olan namazdır. İşa namazından sonra sübh azanına kimi müddət ərzində qılına bilər.

Gecənin ikinci yarısında, xüsusilə, son üçdən-bir hissəsində qılınması daha yaxşıdır. Gecə namazı vacib deyil, müstəhəb namazdır. Gecə namazı yalnız Həzrət Mühəmməd Peyğəmbərə (s) vacib buyurulmuş, ona görə də heç zaman o həzrət tərəfindən tərk edilməmişdir. Allah-təala Quranda öz Peyğəmbərinə belə müraciət edir: "(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl" ("İsra", 79). Gecə namazı qılanların savabı barədə Qurani-kərimdə buyurulur: "Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində öz Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı Ardı »

Ən çox verilən suallara cavablarNamazda səhv edərkən nə etməli? Səhv səcdəsi

Namazın bəzi əməllərini yerinə yetirərkən səhv etmişəm. Bu halda nə etməliyəm? Qıldığım namaz batil olubmu?

Namaz əməllərində edilmiş səhvlərin hökmü əksər hallarda səhv edilmiş əməlin rükn olub-olmamasından asılı olaraq dəyişir. Namaz əməllərindən bir neçəsi şəriətdə «rükn» adlandırılır. Rükn – dayaq, dirək deməkdir. Ərəb dilində çadırı saxlayan əsas dirəklərə, evin formasını müəyyən edən künclərə də rükn deyirlər. Rükn elə əməllərə deyilir ki, onlarsız namaz qılmaq mümkün deyil; həm də bunlar mütləq şəriətdə nəzərdə tutulmuş sayda və xüsusiyyətdə icra edilməlidir. Rüknü yerinə yetirməmək (istər qəsdən, istər bilməyərəkdən, istərsə də unutqanlıq üzündən), rüknü düzgün yerinə yetirməmək, rüknün sayını bilməyərəkdən və ya qəsdən azaldıb-çoxaltmaq namazı batil Ardı »

Ən çox verilən suallara cavablarHACƏT NAMAZI – Allahdan istəməyin yolu!

Hər hansı istəyin həyata keçməsi niyyəti ilə qılınan namaz. Qurani-kərimdə buyurulur: «Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin!» («Bəqərə», 45).

Hədislərdə hacət namazının qılınma qaydası fərqli şəkillərdə göstərilib. Hacət namazını adətən iki və ya dörd rükət şəklində qılırlar. Gecə qılınması məsləhətdir. Hacət namazından əvvəl qüsl almaq, səliqəli paltar geyinmək, ətir vurmaq müstəhəbdir. Bəzi rəvayətlərdə bu namazı açıq havada (çöldə və ya evin damında) qılmaq tövsiyə edilib.
Həzrət Mühəmməd Peyğəmbərin (s) belə buyurduğu rəvayət edilib: «Allahdan və ya hər hansı şəxsdən arzu-istəyi olan adam kamil şəkildə dəstəmaz alıb, iki rükət namaz qılsın, Allaha həmdü-səna etsin Peyğəmbərə salavat söyləsin. Bunun ardınca belə dua etsin Ardı »

Ən çox verilən suallara cavablarQüslü necə almaq lazımdır?

1. Bütün qüslləri(cənabət, heyz, nifas, məss-meyyit və s.) tərtibi qüsl adlanan qayda ilə aşağıdakı şəkildə almaq olar:

- Qüsl alan şəxs qüsl niyyəti ilə (cənabət, heyz və s.– hansı qüslü aldığını müəyyən edərək və Allah-Taalanın əmrini yerinə yetirmək məqsədilə)
a) əvvəlcə başını və boynunu,
b) sonra çiynindən dabanadək bədənin sağ tərəfini,
c) sonra çiynindən dabanadək bədənin soltərəfini yumalıdir.
Əgər bir kəs qəsdən, yaxud unutqanlıq və ya məsələni bilməməzlik üzündən bu qaydaya – tərtibə riayət etməsə, qüslü batildir. Göbəyin və cinsiyyət üzvünün sağ yarısını bədənin sağ tərəfi ilə, sol yarısını isə bədənin sol tərəfi ilə yumaq lazımdır. Daha yaxşı olar ki, göbək və cinsiyyət üzvü bütövlükdə, Ardı »

Ən çox verilən suallara cavablarNece dua etmeli? Dua - Aye ve Hedislerde (I hissə)

Allah insanların Ona dua etməsini istəyir. Çünki dua həm bəndənin Allaha tabeliyinin təzahürüdür, həm də arzuların və istəklərin həyata keçmə vasitəsidir.

Dua bəndənin Allahla söhbəti, ünsiyyətidir. Dua qəlbə aramlıq gətirən, ruhu möhkəmlədən, insana əmin-amanlıq bəxş edən vasitədir. Dua etməklə ürəklər boşalıb yüngülləşir, kədər, həsrət, ümidsizlik, intiqam kimi mənfi emosiyalar insandan uzaqlaşır.
«(Ey möminlər!) Kafirlərə xoş gəlməsə də, Allaha yalnız dini Ona aid edərək (ixlasla) dua edin!» (Mömin, 14).
«Rəbbiniz buyurdu: «Dua edin, mən də sizin dualarınızı qəbul edim» (Mömin, 60).
«Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin» (Əraf, 180).
«De: «Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?» (Fürqan, 77).

Islam müqəddəslərinin hədislərində Ardı »

Ən çox verilən suallara cavablarTƏQLİD NƏDİR VƏ NECƏ TƏQLİD EDİLİR?

Ən çox verilən suallara cavab silsiləsindən

Təqlid – lüğəti mənada nəyi isə boynundan asmaq deməkdir. Ərəb dilində boyunbağıya “qiladə” deyirlər. Dini anlamda isə təqlid – şəriət hökmlərində savadlı və geniş dünyagörüşlü bir alimin (müctəhidin) fətvalarına (dini göstərişlərinə) əməl etməyə deyilir.
Təqlidin zəruriliyi adi məntiqə əsaslanır. İnsanların heç də hamısı dini hökmləri öz mənbələrindən çıxarmağa qadir deyillər. Dini hökmlərin əsas mənbəyi Qurani-kərim və sünnədir. Qurani-kərimdə İslamın yalnız əsas prinsipləri izah edildiyi üçün, alimlər şəriətin xırdalıqlarına Peyğəmbərin və imamların davranış və kəlamlarında cavab tapmağa çalışırlar. Bu mənbələrdən müxtəlif dini və məntiqi metodlarla şəriət hökmlərini əldə etməyə ictihad deyirlər. İctihad çox dəqiqlik tələb edən çətin bir Ardı »

Ən çox verilən suallara cavablarDestemaz barede qeydler

Dəstəmaz – İslam şəriətində ən mühüm əməllərdən biri sayılır. Dəstəmaz öz-özlüyündə müstəhəb (bəyənilən) əməldir, amma bəzi ibadətlərdən qabaq mütləq yerinə yetirilməlidir.

Namaz qılan (cəfəri məzhəbində cənazə namazı istisnadır), həccdə Kəbənin ətrafında təvaf edən şəxsin dəstəmazlı olması lazımdır. Habelə, Quranın yazısına, müqəddəslərin adına toxunmaq üçün (şiə məzhəbinə görə), Quranın vacib səcdəsini icra etmək üçün (əhli-sünnə məzhəbinə görə) də dəstəmaz almaq vacibdir. Ümumiyyətlə isə hər bir mühüm əməldən əvvəl dəstəmaz almaq mstəhəb sayılır. Məsələn, Quran oxuyan, yatmağa hazırlaşan və eləcə də yuxudan qalxan, səfərə çıxan adamın dəstəmaz alması tövsiyə edilir. İslamın sağlamlıq və gigiyenaya verdiyi önəm kontekstində dəstəmaz həm də təmizlik vasitəsi kimi çox Ardı »

Ən çox verilən suallara cavablarCəbirə dəstəmazı - Dəstəmaz üzvündə yara olarsa dəstəmaz necə alınır

Cəbirə - Sınıq, yara və bəzi xəstəliklər zamanı bədən üzvünün üzərinə bağlanan sarğıya və çəkilən dərmana deyilir.

Bu zaman şəriətə uyğun şəkildə alınan dəstəmazı “cəbirə dəstəmazı” adlandırırlar. Ümumiyyətlə, bədən üzvlərindəki yaranı su ilə yumaq, eləcə də, məsh etmək zərərli deyilsə, onda adi qayda ilə dəstəmaz almaq lazımdır. Yəni yuyulmalı olan bədən üzvləri yuyulmalı, məsh edilməli bədən üzvlərinin üzərinə məsh çəkilməlidir.
Əgər yara dəstəmazda yuyulmalı olan bədən üzvünün hamısını deyil, bir hissəsini örtürsə və onu yumaq zərərlidirsə, mümkün halda həmin bədən üzvünün yarasız hissələri adi qaydada yuyulur, yaranın üzərinə isə yaş əllə məsh çəkilir. Əgər yaranın üzərinə məsh çəkmək də mümkün deyilsə (məsələn, dərman Ardı »

Ən çox verilən suallara cavablarHeyzli qadının ne etmesi günahdır?

Paklıq vəziyyəti pozulmuş (yəni heyz olmuş) qadının vacib ibadətlərinin bir qismi məhdudlaşır. Bunların hökmü həm Qurani-kərimin bəzi ayələrində, həm də Islam Peyğəmbərinin sünnəsində öz əksini tapmışdır.



Heyz halında olan qadın gündəlik namazları qılmamalıdır. Hətta pak olduqdan sonra belə, bu namazları qəza etməsi gərəkməz. Həmçinin, heyzli qadın oruc tuta bilməz. Oruc tutduğu gün ərzində paklığı pozulsa (heyz dövrü başlasa), orucunu pozmalıdır. Amma pak olduqdan sonra tutmadığı orucların qəzasını yerinə yetirməlidir. Namaz, oruc kimi vacib ibadətlər tam paklıq halında icra edilməli olduğu üçün, heyzli qadının bunları etməsi günahdır. Amma namaz vaxtı gələndə, bədənini və paltarını təmizləyib, dəstəmaz alıb, üzü qibləyə oturub dua edə Ardı »

Ən çox verilən suallara cavablarTaninmis

sie ile sünin ferqi nedir ve sie dogrudur yoxsa suni..suniler niye Hz. Elini deylenlere gore qebul etmirler sebeb nedir?? Peygemberlerimiz hamisi sie olublar yoxsa suni olani dami var aralarinda xaiw bu haqda kim cvblaya biler sualimi??? Deqiq Ardı »