Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Orxan Pamuk - "Bəyaz qala"8-ci hissə#

8-ci hissə#

Başqa üsullara da əl atdı. Tez-tez etiraf edənin etirafını, sözünü kəsib yalan dediyini iddia edirdi, onda adamlarımız günahkarı əziişdiridilər. Bəzən də etiraf edənin sözünü başqa bir dostunun onun əməllərini gördüyünü deyərək kəsərdi. Bir ara onları iki-iki hüzuruna çağırırdı. Onda həqiqətlərin çox da dərində qalmadığını, adamlarımın qətiyyətlə həyata keçirdikləri şiddətə baxmayaraq, kəndlilərin bir-birindən utandıqlarını görəndə əsəbiləşirdi. Heç cür dayanmaq bilməyən yağışlar başlayanda baş verənlərə sanki mən də inanmışdım. Xatırlayıram: palçıqlı bir kənd ərazisində, çox söz deyə bilməyən, çox söz deməyə də niyyəti olmayan kəndlilər saatlarla boş yerə döyülərək suyun içində gözləyirdilər. Ov səfərləri də getdikcə sönükləşərək azalırdı. Arada bir Padşahı hüznləndirən, gözəl Ardı »

Orxan Pamuk - "Bəyaz qala"4-cü hissə#

4-cü hissə#

Əvvəlcə qardaşlarım, anam və nənəmlə birgə, Empolidəki bağ evimizdə keçirdiyimiz o gözəl günləri ehtiva edən bir neçə səhifə yazdım. Mənim niyə mən olduğumu izah etmək üçün bu şeylər haqqında yazmağı qarşıma açıq şəkildə məqsəd qoyduğumu bilirdim, bəlkə də, bu hal itirdiyim o gözəl günlərə qarşı olan həsrətimdən qaynaqlanırdı, üstəlik, hirslə dediyim o sözdən, qəzəbdən sonra Xoca məni o qədər bu işə məcbur eləmişdi ki, eynən indi etdiyim kimi, təfərrüatlarını bəyəndirməyə çalışaraq, oxucunu inandıracağım şeyləri düşünərək yazmaq məcburiyyətindəydim. Amma Xoca əvvəlcə yazdıqlarımı bəyənmədi, bunlar hamının fikirləşib yaza biləcəyi şeylərimiş, aynaya baxıb düşünərkən edilənlərin bunlar olduğuna inanmırmış, mənim Xocada əskikliyini gördüyüm cəsarət hissi Ardı »

Orxan Pamuk - "Bəyaz qala"1-ci hissə#

1-ci hissə#

Kitaba xoş gəlmisiniz. Buyurun, keçin kitaba. Ya da dayanın, zəhmət olmasa, sizə bir neçə mətləbi aydınlaşdırım, sonra keçərsiz. Məncə, oxucular üçün nə Orxan Pamuk haqqında geniş danışmağa ehtiyac var, nə də bu əsər haqqında. Amma Orxan Pamuk haqqında çox şey yazmaq olar.

Orxan Pamuk – Türkiyənin ilk Nobel mükafatçısı. Orxan Pamuk – Dünyanın yüz intellektual adamından biri. Orxan Pamuk – Türkiyənin xarici ölkələrdə ən çox oxunan yazıçısı Orxan Pamuk – Əsl üslubçu. Orxan Pamuk – Posmodernist yazıçı. Orxan Pamuk – Esseist. Orxan Pamuk – Kinossenarist. Orxan Pamuk – Mühəndis. Orxan Pamuk – Röyanın atası. Orxan Pamuk – Və sair və ilaxır. Orxan Ardı »

Orxan Pamuk - "Bəyaz qala"2-ci hissə#

2-ci hissə#

Payıza yaxın, Paşa donanmasıyla səfərdən qayıtdı, top atəşi ilə Padşahı salamladılar, keçən il etdiyi kimi şəhər əhlini sevindirməyə çalışdı, amma məlum idi ki, bu səfər mövsümünü heç də yaxşı keçirməmişdilər. Zindana da az əsir gətirə bilmişdilər. Sonradan öyrəndik: venesiyalılar altı gəmi yandırıblar. Deyirdim ki, bir yolunu tapıb əsirlərlə danışım, bəlkə ölkəmdən xəbər tutaram. Çoxu ispaniyalı imiş. Səssiz, cahil, ürkək adamlardı, yardımdan və yeməyə nəsə dilənməkdən özgə bir halətləri yox idi. Ancaq bir nəfəri marağıma səbəb oldu. Qolu qopmuşdu, amma ümüdliydi, eyni sərgüzəştlərin ata-babalarının da birinin başına gəldiyini, sonra qurtulub qopmayan qoluyla bir cəngavər romanı da yazdığını, özünün də eyni şeyi etmək Ardı »

Orxan Pamuk - "Bəyaz qala"3-cü hissə#

3-cü hissə#

Yayın axrına yaxın günlərdə baş münəccim Hüseyn Əfəndinin cəsədini İstiniyyə sahilində tapıldığını eşitdik. Paşa qətl üçün fitva əmrini ən axırda alıb, o da gizləndiyi yerdə rahat durmayıb, Sadiq Paşanın yaxın günlərdə öləcəyi ehtimalı var deyə hər yana kağızlar yolladığına görə yerini biliblər. Anadoluya keçmək istəyərkən cəlladlar qayığına çatıb boğublar. Malınınmülkünün müsadirə edildiyini öyrənəndə Xoca baş münəccimin kağızlarını, kitablarını, dəftərlərini ələ keçirmək üçün fəaliyyətə keçdi: bunun üçün yığdığı nə qədər pulu varsa, hamısını rüşvətə xərclədi. Bir axşam evə yekə bir sandıq içində gətirdiyi minlərlə kitabı bir həftə içində əxz elədikdən sonra bundan lap yaxşısını düzəldə biləcəyini dedi. Dediyini eləyərkən mən də ona Ardı »

Orxan Pamuk - "Bəyaz qala"5-ci hissə#

5-ci hissə#

Yaxşı ki, vərdiş eləməmişəm. Çünki bir gün bir də gördüm ki, Xoca qarşımda dayanıb! Balıqçının həyətinin arxasında uzanıb, qapalı gözlərimi günəşə çevirib, xəyal qururdum, kölgəsini hiss elədim, qarşımda dayanıb gülümsəyirdi. Oyunu udmuş bir adam kimi yox, sanki məni çox istəyən bir adam kimi görünürdü. Məni qorxuya salacaq qədər qeyri-adi bir razılıq vardı görkəmində. Bəlkə də, gizli şəkildə mən də bunu gözəyirəmmiş: Çünki tezcə tənbəl kölənin, boyun əyən kənizin günahkarlıq hissinə büründüm. Getmək üçün hazırlaşarkən Xocadan nifrət eləmək əvəzinə, özümə xor baxırdım. Balıqçıya olan borcumu da o ödədi. Yanına iki adam götürüb, qoşa qayıqlarla gəliblər, tez qayıtdıq. Hava qaralmamış evdəydik, evin qoxusundan Ardı »

Orxan Pamuk - "Bəyaz qala"6-cı hissə#

6-cı hissə#

Vəba qurtarandan sonrakı həftələrdə Xoca ancaq baş münəccimlik vəzifəsinə gətirilməklə kifayətlənmədi, Sultanla illərdir ümidlə gözlədiyimizdən də yaxın əlaqə qurdu: Baş vəzir o kiçik və uğursuz üsyandan sonra artıq Padşahın ətrafına topladığı o əbləhlərdən qurtulmalı olduğunu anasına hiss elətdirmişdi, çünki tacirlərlər də, yeniçərlər də, Sultanı boş sözləri ilə pis yola çəkən çoxbilmişlərin bəlalarının yaradıcısı kimi görürmüş. Beləliklə, qurulan planlarda əli olduğu deyilən əvvəlki baş münəccim Sıdqı Əfəndinin qrupu, sürgünlə və müəyyən şeylərlə əlaqədar saraydan qovulanda olan-qalan işlər də Xocanın boynuna düşdü. Artıq hər gün Padşahın vaxtını keçirdiyi saraylardan birinə gedir, ona vaxtlı-vaxtında zaman ayıran Padşahla danışırdı. Evə qayıdanda həyəcanla və zəfər hissi Ardı »

Orxan Pamuk - "Bəyaz qala"7-cı hissə#

7-cı hissə#

Bu idi, üstəlik bu dəfə uğurumuzu bölüşərək işə başlamışdıq, işin nəticəsini onun qədər gözləmədiyim üçün mən də xoşbəxt idim. Silahı təkmilləşdirdiyi sonrakı altı il, ən təhlükəli illərimiz oldu. Barıtla işlədiyimiz üçün, qısqanc düşmənlərimizin bizmlə həsədi olduğuna görə, hər kəs səbirsizliklə uğurumuzu, yaxud da məğlubiyyətimizi gözlədiyi üçün, biz də həmin şeyləri qorxuyla gözlədiyimizə görə təhlükədəydik. Əvvəlcə masanın araxasında işləyərək vaxtımızı hədər yerə keçirdiyimiz bir qış keçdi. Həyəcanlıydıq, həvəsliydik, amma silahın fikrindən və onun düşmənlərmizi qabağına qatıb necə qovalayacağını düşünərkən müəmma olan o naməlum və təsvirsiz detallardan başqa əlimiz də heç bir şey yox idi. Sonra barıtla işləməyə və açıq havaya çıxmağa qərar Ardı »