Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Cavidan "Namə"5-ci hissə*

5-ci hissə*

Hələ indi, üstündən tam yeddi il ötəndən sonra xatırlayıram ki, həmin anlarda mən İslamı düşünməmişdim, axtarmamışdım, yadıma belə salmamışdım. Mən Sənə baş əymişdim, Tanrım! Sənə, yalnız Sənə, başqa kimsəyə deyil!!! Ara azacıq seyrəkləşib sakitləşəndə Sima müəllimə yanıma gəldi: - Gəl gedək qonaq otağına, - dedi,- maraqlı mübahisələr gedir orda, mütləq görməlisən. Biz onunla məbədin qonaqları qarşılayıb, Krişnaizmi təbliğ eləmək üçün ayrılan balaca otağına keçdik. Otaqda iki fədai oğlan vardı, biri divara söykənər yerdə bardaş qurub oturmuş, qara gözlərini divardakı hansısa gördüyümü, görmədiyimi nöqtəyə zilləyib sağ əlindəki narıncı torbanın içində təsbehini çevirərək dodaqaltı mantra oxuyurdu. O biri fədai isə eynəkli birisi idi, Ardı »

Cavidan "Namə"3-cü hissə*

3-cü hissə*

Və beləcə Adəmin şuurunun tam altıncı alt qatında Həvvaya qarşı qarşısıalınmaz bir nifrət cücərdi. Biz indi məsələn belə təsəvvür eləyə bilərik atalar atasının ilk monoloqunu:”Həvvanın başına daş düşəydi! Hünəri var qarşıma çıxsın, onu bir arasam, bir tapa bilsəm, ölüncəyə qədər zülm çəkdirəcəyəm məni Cənnətdən qovdurduğuna görə...”Bəli, Adəm öz əzəli missiyasını – Yerdə Tanrının nümayəndəsi olmaq vəzifəsini unudaraq Həvvaya kinlə dolu ürəyində Tanrıya yalvarır, bağışlanmasını diləyir, Cənnətə qayıtmaq istəyirdi. Həvva isə... Cənnəti və Tanrı himayəsi əlindən getmiş, Adəmini itirmiş, tək və çarəsiz bir halda “Adəm! Adəm!” deyə fəryad eləyir, kişisini axtarırdı. Cənnətə qayıtmaq ağlına belə gəlmirdi. Başı bəlalıydı, itirdiyi Adəmini düşünməkdən və Ardı »

Cavidan "Namə"2-ci hissə*

2-ci hissə*

- Gələcəm ha, Nadya, nəzarətdə saxlayacam bu qızı, - dedi gedəndə Fərman əmi. Gələcəkdi təbii, anamın restoranda yeməkpaylayan işləyən gözəl-göyçək rəfiqəsi Seva bizə köçmüşdü axı, indicə də yan otağın qapısından qaş-göz eləmişdi həmən… - Yaxşı, öz evindi, nə vaxt istəsən, - dedi anam… Yaxşıydı təbii, anam üçün çox yaxşıydı, adamdı, gələcəkdi, otaqlardan birində bir gecə qalacaqdı Seva ilə, səhər anamın mətbəx masasının üzərində bir yüz dollarlıq saxlayacaqdı, dünəndən gətirib evə tökdüyü ərzaqları da bəlkə iki həftə yeyəcəkdik… Yuyunub saçlarımı quruladım, Sevanın bişirdiyi alma piroqundan iki dilim yeyib özümü atdım televizorun qabağına, “Romeo və Culyetta” filminə baxa-baxa yuxuladım… Bir melodiya vardı havada, Ardı »

Cavidan "Namə"1-ci hissə*

1-ci hissə*

Mən bu gün Sənə xəyanət eləmişəm. Son yeddi ildə tapındığım bütün prinsipləri pozmuşam. Ət yemişəm, konyak içmişəm, siqaret çəkmişəm, lotoreya bileti alıb yerindəcə uduzmuşam, Nazimə zəng eləyib gecəni onunla keçirmək istədiyimi demişəm, səhər onun evindən üstüm-başım yuyulub təmizlənməmiş çıxmışam və axşama kimi şəhərin küçələrində dolanmışam. İndi buradayam, Atəşgahda. Axşamın qaranlığı düşmədən Sənə yazmaq istədiyim, Sənə yazmalı olduğum, Sənin, yalnız Sənin oxumağını istəyəcəyim bütün məktubları bir-birinin ardınca başlamaq və bitirmək istəyirəm. Gözlərini yum... Oxu...

1 – ci məktub Bakıya ilk dəfə ayağım dəyəndə səkkiz yaşımın içindəydim. Anamın əlindən yapışıb, bizim paltarlarımız və vacib əşyalarımız yığılmış iki nəhəng çemodanı rahatca tutub taksiyə daşıyan Samir Ardı »

Cavidan "Namə"4-cü hissə*

4-cü hissə*

Bu sözlərdən heç nə anlamasam da, adamın iradəsinə tabe oldum. Əynimdə peyda olmuş uzun donuma nəzər yetirməyə imkan tapmamış yanında yeniyetmə oğlan uşağı dayanan tosqun qadının verdiyi al-qırmızı məxmər başmaqları ayaqlarıma geyindim və addımımı ataraq havada əridim... Şşşşş...eləmə, Naammm...təmiz bədənə belə şeylər olmaaaz...- olduqca astadan deyirdi qadın səsi. - Laadno, - kişi səsi də dedi. Sonra açar səsi, açılan qapı səsi, daha sonra örtülən qapı səsi və yenə də açar səsi, lap axırda da hərəkətinə başlayan liftin səsi eşidildi. Sonra Sima müəllimə mənim yarıyuxulu-yarıoyaq olduğum, artıq çoxdan gün işığının dolduğu otağa gəldi: - Hare Krişna! Dur görüm! Tənbəl qız, çox az Ardı »

Cavidan "Namə"6-cı hissə*

Anam məsələn, mən qızılı hörüklü qızın çarmıxdakı İsadan tikanlı çələng qəbul eləməsi yuxusunu danışan yerdə məni də, ət çəkən maşının qulpunu da əlinin bircə hərəkətiylə saxladı: - Ay dəli, bəsdi bu sektaya-zada getdin, sənə adam balası kimi dedim ki get kilsədə İsa üçn şam yandır həftədə heç olmasa bir dəfə, eləmədin. Bax indi nələr girir yuxuna. - Mama, bu mənim yuxum deyil ki, yuxuda gördüyüm qızın gördüyü yuxudu, o mənə öz yuxusunu mənim yuxumda danışıb sadəcə. - Axmağam mən, hə? Axmağam və başa düşmürəm ki, sənin öz yuxunda sənə öz yuxusunu danışan qız elə sən özün olubsan, başqa birisi yox. - Ardı »

Cavidan "Namə"7-ci hissə*

7-ci hissə*

Mətbəxə keçib pəncərəni açdım, qaranlığın sərinliyini içimə çəkdim, saçlarımı açdım, köynəyimin düymələrini də açdım, corablarımı çıxartdım, yalın ayaqlarımdan saçlarımın ucuna qədər keçib gedən soyuq ruhumdakı odu söndürə bilmədi, saata baxdım, gecə saat dördün yarısı idi, anama bir də baxıb vanna otağına keçdim. İlıq duşun altında ötən günlərin bütün ağırlığı, bütün acısı, bütün yorğunluğu canımdan çıxana qədər dayandım, yumulu gözlərimdən axıtdım içimi də yuyub təmizləyən ilıq damlaları, saçlarım boyunca oxşadı məni su, alnımdan, göz qapaqlarımdan, boynumdan, çiyinlərimdən, sinəmdən öpdü, əllərimə doldu ilıqlığı, belimdən, qollarımdan, dizlərimdən sürüşdü, saçlarımı qarışdırdı, üzümü qapadı, dodaqlarımı sıxdı...”səni sevirəm, sevirəm səni, sevirəm...”,pıçıldadı ruhum..bilmədim kimə, bilmədim necə, bilmədim nə Ardı »

Cavidan "Namə"8-ci hissə*

8-ci hissə*

Quru mikrofona sarı əyilib danışırdı: - Krişna – Allah Ali Şəxs Kurukşetra döyüşündən Dvaraka şəhərinə qayıdarkən bütün paytaxt əhli onun pişvazına çıxmışdı, hətta kurtizankalar belə onu yaxından görmək və alqışlamaq üçün ölkənin hər yerindən meydana axışıb gəlmişdilər. Buradan anlaşılır ki, hətta dünyanın ən ideal cəmiyyətlərində belə kurtizankalar olub və əhali onların xidmətindən yararlanırmış. Düzdü, yaşamaq naminə, sırf maddi ehtiyac ucbatından insanın seçməyə məcbur olduğu şərəfsiz peşələr ola bilər, buna karma qanunlarının prizmasından baxsaq və səthi deyil, problemin tam kökündən aydınlaşdırmağa çalışaraq görsək, o zaman bir cəmiyyətdə kurtizankaların ayrıca sənət sahibləri kimi fəaliyyətlərinin həmin cəmiyyətdə zorakılıqların və mənəvi aşınmanın qarşısını nə qədər Ardı »