Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Qabriel Qarsia Markes - "Bizlərdə oğru yoxdu"4cü hissə...

4cü hissə...

Damaso çölə səndələyə-səndələyə çıxdı. Ay işığına qərq olmuş gümüşü çayın əsrarəngiz parıltısı onun beynində sanki parlaq bir çat oyurdu, ancaq az keçmiş bu duyğu büsbütün soğulub getdi. Şəhərin o başındakı evinin qapısını görəndə, Damasosonradan kiminlə istəsən mərc gəlməyə hazırdı ki, evlərinəcən olan bütün yolu yuxuda gəlib. Başını bərk-bərk silkələdi; hansısa dumanlı, lakin güclü bir hiss həmin saniyədən etibarən son dərəcə ehtiyatlı davranmağı, hər bir addımı ölçüb-biçməyi təlqin edirdi; cırıldamasın deyə qapını da çox astaca itələyib açdı.
Anna ayıldı və Damasonu sandıqda qurdalanan gördü. Cib fənərinin işığı gözlərini qamaşdıranda, qeyri-ixtiyari olaraq divara sarı çevrildi, ancaq yuxulu-yuxulu qəfildən dərk elədi ki, Damaso soyunmaqla məşğul Ardı »

Qabriel Qarsia Markes - "Bizlərdə oğru yoxdu"2ci hissə...

2ci hissə...

Birdən ekrandakı təsvir yoxa çıxdı və arxa tərəfdən səs-küy qalxdı. Dərhal işıqlar yandı və Damasoya elə gəldi ki, onu dövrəyə alıblar, hamı da ona baxır. O, az qala yerindən sıçramaq istədi, ancaq camaatı öz yerində sakitcə oturmuş görüb toxtadı. Polis biləyinə doladığı qayışın mis toqqasıyla kimisə çırpa-çırpa qovurdu. Döyülən zırpı bir zənciydi. Arvadlar bərkdən çığırışır, polisin səsi isə bütün səsləri üstələyirdi:
- Oğru! Oğru!
Zənci bağıra-bağıra cərgələrin arasıyla qaçır, arxasınca qovan digər iki polis kürəyini qamçılayırdı. Axırda onu tutdular.Mis toqqa ilə vuran bayaqkı polis zəncinin əllərini çəkib qayışla daldan bağladı və hər üçü yumruqlaya-yumruqdaya onu qapıya doğru itələməyə başladılar. Hər şey bir göz Ardı »

Qabriel Qarsia Markes - "Bizlərdə oğru yoxdu"1ci hissə...

1ci hissə...

Damaso xoruzların birinci banında gəlib çıxdı;yeddi aylıq hamilə arvadı Anna paltarını soyunmadan yatağın içində oturub eləcə gözləyirdi. İşartısı öləziyən nöyüt lampasına baxa-baxa Damaso hiss etdi ki, Anna bütün gecə dəqiqəbədəqiqə onu gözləyib; elə indi də gözləməkdədir. Odur ki, toxdaqlıq üçün başını tərpətdi. Ancaq Anna cavab vermədi, qorxudan bərəlmiş gözlərini Damasonun əlindəki qırmızı bağlamaya dikib, hönkür-tüsünü boğmaq üçün dodaqlarını bir-birinə sıxaraq titrətməyə başladı. Damaso səssiz bir çılğınlıqla arxadan gəlib hər iki əliylə qadının korsajından yapışdı. Ondan turşumuş spirt iyi gəlirdi.
Anna birtəhər ayağa qalxdı, sonra bütün ağırlığıyla özünü Damasonun qucağına yıxdı, üzünü al-qırmızı rəngli zolaq-zolaq köynəyinə sıxıb hönkürdü, ta sakitləşənə qədər ondan bərk-bərk Ardı »

Qabriel Qarsia Markes - "Bizlərdə oğru yoxdu"3ci hissə...

3ci hissə...

Anna bu səhər yuxudan oyananda özünü çox əzginhiss etdi, bununla belə, ümumi həyəcan ona da sirayət eləmişdi. Yuyulası paltarları həmişəkindən tez yığıb çay kənarına yollandı; nəyin bahasına olursa-olsun, zəncinin necə yola salınmasını öz gözləriylə görmək istəyirdi. Getməyə hazır dayanmış, indicə yola çıxacaq gəmilərin qənşərindəki körpünün üstündə iynə atsaydın yerə düşməzdi. Damaso da elə burdaydı; Anna barmağıyla onun toqqasını tıqqıldadanda, diksinib geri sıçradı.
- Sən burda nə gəzirsən?
- Sənnən vidalaşmağa gəlmişəm.
Damaso taxta fənər dirəyini tıqqıldadıb:
- Dilin qurusun! – dedi.
Axırıncı siqaretini alışdırıb boş qutunu çaya tulladı. Anna korsajın altından təzə bir qutu çıxarıb onun köynək cibinədürtəndə isə, özünü saxlaya bilməyib gülümsədi.
- Səfeh ki, səfeh!
Anna Ardı »