Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Elçin Hüseynbəyli - "Gözünə gün düşür"3cü hissə

3cü hissə

Ağrılarını azaltmaq üçün buduna təzə iynə vurdu. Nəhayət, çalanı qazıb qurtardı. Balaca bir çala xeyli vaxt apardı, sanki, yekə bir evin özülünü qazmışdı. Tövlənin böyründəki təpəlikdən çürümüş peyin gətirib çalaya tökdü, ağacı çantasından ehmalca çıxardı, salafanını açıb, köklü-köməcli və torpaq qarışıq çalaya qoydu, dibini doldurdu və torpağı ayaqlamağa başladı. Bircə qalırdı çaydan su gətirmək. Amma nə ilə gətirəcəyini bilmirdi. Yola götürdüyü suya heyfi gəldi, bir müddət dayanıb ağaca baxdı, götür-qoy elədi. Bu zaman arxadan addım səsləri və hənirti eşitdi. Ehmalca arxaya döndü. İki erməni əsgəriydi. Avtomatlarını ona tuşlamışdılar. Yəqin ki, onu qarşıdakı təpədən görmüşdülər. Orda ermənilərin gözətçi postu vardı. Bunu sonradan Ardı »

Elçin Hüseynbəyli - "Gözünə gün düşür"1ci hissə

1ci hissə

Gözünə gün düşür. Gözlərini qıya-qıya pəncərədən uzaqlara baxır və məktubun birinci cümləsini xatırlayır: "Bu nə zamansa baş verməliydi. Sən bunu yaxşı bilirdin..."
İlk cümləni ürəyində bir neçə dəfə təkrar elədi, razılaşdı. İkinci cümləylə əllinin-əlliyə. Çünki şübhə eləyirdi. Ərinin ölümsüzlüyünə inandığı üçün.
Məktubu dünən səhər yuxudan duranda dolabın üstündə tapdı. Daha doğrusu, məktub onu tapdı və ərinin xəttini tanıdı. O getmişdi. Dan üzü söküləndə... 31 il bir yastığa baş qoyduğu arvadını yuxudan durquzmamış, vidalaşmamış, sakitcə. O, ölümü də belə qarşılayardı, yəqin.
Əri sağalmaz xəstəydi. Hamı bunu yaxşı bilirdi və ölümünü işğal altında olan kəndlərində qarşılamaq istəyirdi. Fillər kimi, amma alaqaranlıqda yox, dan üzü, günəş üfüqdən Ardı »

Elçin Hüseynbəyli - "Gözünə gün düşür"2ci hissə

2ci hissə

Ağrıları da başlamışdı. Dörd saat əvvəl vurduğu iynənin gücü qəfildən itmişdi. "Stadol" ampulası doldurulmuş, hazır iynələrdən birini çıxarıb, şalvarın üstündən buduna vurdu və yoluna davam elədi.
O, yolunun üstündəki kəndlərə yaxşı bələd idi. Uşaq vaxtı burada çoxlu pambıq yığmışdı. Hər il dərslər başlayanda onları qonşu kəndlərə pambıq yığmağa aparırdılar. Qızlar yığımla evdar qadınlar kimi davranar, işin ağırlığını öz boyunlarına, daha doğrusu, bellərinə çəkərdilər, çünki pambıq yığanda güc belə düşür, oğlanlar isə avaralanardılar, çayda çimərdilər, balıq tutardılar, könüllərinə düşəndə isə qonşu həyətlərdən meyvə oğurlayar və belləri sızıldayan qızların könüllərini almaq üçün onları da meyvəyə qonaq edərdilər, əvəzində hər axşam oğlanların da adına 2-3 Ardı »

Elçin Hüseynbəyli - "Gözünə gün düşür"4cü hissə

4cü hissə

Qaranlıqlaşandan sonra yola çıxarıq.
Zabit əsgərləri çağırdı və əsiri müvəqqəti saxlama otağına aparmağı tapşırdı.
Nəm iyi verən otaqda bir köhnə çarpayı, sınıq-salxaq stol və stul vardı. Çarpayıda oturdu, ağrıyan dizini əlinə alıb çarpayının üstünə qoydu, ehmalca uzandı.
Axşama kimi dilinə heç nə vurmadı, yeməyə həvəsi yoxuydu. Ağrıdan qıvrılırdı, hərdən qalxıb dizini sığallayırdı, az qala ona yalvarırdı, dizini ağrılardan qorumaq üçün hərdən qucaqlayırdı.
Öz içindən keçmişə boylanırdı, arvadını, uşaqlarını, körpə nəvələrini düşünürdü. İndi onlar hamısı narahat idi, yəqin ki, onu ağlayırdılar, həyətdə mağar da qurmuşdular, ya bəlkə yaxınlıqdakı restoranı kirayələmişdilər. O öz yasına uzaqdan baxırdı, sanki onu görürdü, kimlərin lap yuxarı başda oturduğunu da bilirdi. Onun Ardı »