Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Anar - "Vahimə"4-cü hissə....

4-cü hissə....

Səhər altıda durub duş qəbul elədi, «Filips» dəzgahıyla üzünü qırxdı, bir loxma çörək qoydu ağzına, boğazından getmədi, bir stəkan çay içib pay-piyadə işə getdi.
Xəstəxanaya çatanda qapının ağzında tanış fiquru gördü. Ofelyaydı, Ouca tərəf gəlib: professor, sizə məktub var - dedi - əlindəki zərfi uzatdı. Zərf açıq idi və içində heç nə yoxdu. Oruc Ofelyanın belə sadəlövh konspirasiya fəndlərinə bələd idi. Ofelya səsini qısaraq:
-Bağışla, sən allah, - dedi - o gün gələ bilmədim. Anamın təzyiqi qalxmışdı, neçə iynə vurdum, qoyub gəlməyə ürək eləmədim. Hirslənmirsən ki?
-Əlbəttə yox, - dedi Oruc və ürəyində sevindi ki, nə yaxşı belə olub, təzə bir problem çıxmayıb ortaya. Ardı »

Anar - "Vahimə"3-cü hissə....

Evə gəldi. Qapını öz açarıyla açıb zənbillə içəri girəndə Pakizə mat qaldı.
-Bəs sən bağda deyildin?
-Getmədim, - dedi - yolda yadıma düşdü ki, birisi gün məruzəm var, materialların da hamısı evdə və xəstəxanadadır. Bu gecə oturub sabaha qədər işləməliyəm. Bu zənbildəkiləri də qoy xolodilnikə, xarab olmasın.
Bu səhnəni inandırıcı oynamışdı. Özü də razı qaldı. Amma canında bir vicvicə vardı, bütün bədəni xırda-xırda titrəyirdi. Heç cür özünü ələ ala, sakitləşə bilmirdi. İki saat öncə baş vermiş hadisələr fikrindən çıxmır ki, çıxmır, dağılmır ki, dağılmırdı.
Hamama girdi, əvvəl isti, sonra soyuq duş qəbul etdi. Vannanı suyla doldurub bir müddət orda uzandı. Yadına saldı ki, isti suyun Ardı »

Anar - "Vahimə"2-ci hissə....

2-ci hissə....

Gələn həftə də bir bəhanə tapıb Ofelyanı xəbərdar etdi. Bağa getməyəcəyini dedi. Getmədi də. Nəinki şənbənin məhəbbət gecəsindən, bazarın dost məclisindən də imtina etmişdi. Bundan təəccüblənən dostlarına: - bağın işığını, qazını kəsiblər, - demişdi - bu soyuqda işıqsız, qazsız orda neyləyəcəyik?
Mehdi: - Əşşi bu saat Seyidağaya telefon edim - deyirdi - qazını da açdırsın, adam göndərib işığı da düzəltsin…
Oruc:
-Yox, lazım deyil, - dedi, - bir ustayla danışmışam, gələn həftə gəlib düzəldəcək. O biri həftə də inşallah görüşərik.
Mehdi:
-Yeri gəlmişkən o yüksək cərəyanlı xətti də danış, - dedi - bağdan kənara çıxarsınlar.
Orucun bağının üstündən keçən yüksək cərəyanlı məftilləri deyirdi. «Bir gün, allah eləməmiş, Ardı »

Anar - "Vahimə"1-ci hissə....

1-ci hissə....

İlk qışqırıq
Gələcək günlərin
vahiməsidir bəlkə,
Son sükut -
ömrün yorğunluğuna məlhəm,
Sakit, sərin bir kölgə.
Rəsul Rza.

Həkim Oruc həyatından razı idi. Səhhətindən şikayəti yoxdu. Qırx beş yaşın içindəydi, indiyəcən heç zökəm də olmamışdı. Ailəsi sarıdan da arxayındı. Özündən altı yaş böyük arvadı Pakizə evdar qadın idi. Ev-eşiyi həmişə səliqə-səhmanlı, bişirib-düşürdüyü xörəklər ləzzətli, özü iddiasız, təmannasız, dilsiz-ağızsız. Heç vaxt ərini: hara getdin, hardan gəldin, tez gəldin, gec gəldin - deyə dığ eləməzdi.
Oruc hər səhər yuxudan durub mətbəxdə təzə dəmlənmiş pürrəng çayını, soyutma yumurtasını ya qayqanağını (bir gün soyutma yumurta, bir gün qayqanaq), yağ-çörəyinri, pendir-çörəyini hazır görərdi. Köynəyi, kostyumu, qalstuku təzəcə ütülənmiş, çəkmələri silinmiş, paltarının ya plaşının düymələri Ardı »