Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

İmir Məmmədli - "Sazlı sözlü sibir"1-ci hissə...

1-ci hissə...

Simusid Mordova vilayətinin Simusid qəsəbəsinin mərkəzi küçəsi ilə mehmanxanaya sarı gedirdim. Seyrəkmaşınlı küçəni təzəcə keçmişdim, elə mehmanxanaya çathaçatda qulağıma həzin saz havası gəldi. Saz əvvəlcə qulağımı sərçə qanadı kimi qıdıqladı, sonra sığalladı və yaladı. Diqqət kəsildim. Kimsə, çox yaxınlıqda, ―dilqəmini çalırdı. Səsə tərəf getdim. Sazın səsi məni çəkə-çəkə mehmanxanadan iki ev bu yana gətirdi. Kiçik və köhnə bir evin eyvanında saçı- saqqalı ağarmış bir kişi sazı köksünə basıb içi arzu dolu gözlərini uzaqlara, bəlkə də onun nəzərində həsrətini çəkdiyi adam yaşadığı səmtə zilləmişdi. Darvazanın ağzında əyləşib bu qəmli, amma qancoşduran saz havasının iniltisinə dinşədim. Sazın səsi məni elə cəzb eylədi ki, Ardı »

İmir Məmmədli - "Sazlı sözlü sibir"2-ci hissə...

2-ci hissə...

- Oxu deyirsiniz, oxuyum,- atam bunu deyib telli sazı basdı sinəsinə, aldı görək nə dedi: - Gəl, a balam, heeeeey! Başına döndüyüm Karapet qağa, Bu gün iki ürək dönübdür dağa. Oğlum qız istədi, getməm uzağa, Erməni qızını almağa gəldik. Azərbaycan dilini və mahnısını yaxşı bilən Karapet: - Ayə, çal, gör mən nə deyirəm, - dedi. Aldı Karapet: Novruz, tüpürmərəm saqqala, bığa, Arvad evə olar dirək, onurğa. Qızım doğar sizə yeddicə dığa, Azəri oğluna verirəm qızı. Karapetin cavabında aldı atam, görək nə dedi: Nə xaxol istərəm, nə rus, nə gürcü, Erməni olsun qoy, talemin bürcü. Mənə kifayətdir, evin bir küncü, Erməni qızını Ardı »

İmir Məmmədli - "Sazlı sözlü sibir"3-cü hissə...

3-cü hissə...

Aşıq Qəribin Bakı səfəri Saçı-saqqalı ağarmış Aşıq Qərib, vaqonlarına ―Göy-Göl yazıılan 37 nömrəli qatardan Bakı şəhərinin baş vağzalına gün günortanın yerinə qalxarqalxmaz düşür. Düşən kimi onun diqqətini qarışıq çal-çağır səsləri, yeldöyəndə dolaşan küləklər kimi hər yandan gələn çeşidli musiqi çəkir. Ətrafa çaşqınlıq içində boylanan Aşıq Qərib əvvəlcə elə bilir, başı hərb qovğasına qarışan Azərbaycanın paytaxtına deyil, başqa bir şəhərə düşüb. Qafiəsizfilansız da olsa, öz-özünə düşünür: dad-bidad, olmaya Tiflisdə saz tünlükdəkilərə ilişə-ilişə tələm-tələsik vaqona minəndə qatara səhv saldın, olmaya bir gecəlik bu narahat yolun sonunda bam-başqa bir şəhərə gəlib çıxdım. Ola bilməz, bir bu qədər itkisi, qəmi-kədəri olan bir məmləkətin paytaxtında bu Ardı »

İmir Məmmədli - "Sazlı sözlü sibir"4-cü hissə...

4-cü hissə...

Məmləkətin ucqar kəndlərindən olan Qonqal kəndindəki köhnə dostumgilə düşən kimi hiss etdim ki, bu ailənin əvvəlki ab-havasında nəsə dəyişiklik var. Doğma ailə durumunda nəsə bir yadlıq sezilir. Bilirdim ki, dostum Cümşüdün bir oğlu,bir qızı var,uşaqlar çoxdandır şəhərdə məskunlaşıblar. Amma ailədəki qalabalıqdan heç cür baş aça bilmədim. Sanki ailə içində ailə yaşayırdı. Çox uşaqlı küıfət süfrə açılanda ev sahibləri ilə birlikdə süfrə arxasında ədəb-ərkənlə əyləşir,ortalığa gələn yeməklərdən doyunca yeyir,ağızlarını silir,dinməz söyləməz öz otaqlarına çəkilirdilər. Uşaqlar hərdən şuluqluq eləyəndə ,analarının səsini eşidirdim:-―ay uşaq,dinc olun,evdə qonaq var!- (güman ki,məni nəzərdə tuturdu) uşaqlar da həmin saat sakitləşirdilər. Axşam televizorda xəbərlər proqramı başlayanda ,ər də,arvad da Ardı »