Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Uilyam Somerset Moyem - "Polkovnikin xanımı"1-ci hissə..

1-ci hissə..

Bütün bunlar müharibə başlamazdan öncə baş verib. Pereqrinlər qəlyanaltı edirdilər. otaqda yalnız ikisi idi. Böyük bir masanın arxasında əyləşmişdilər. otağın divarlarına Corcun nənə-babasının şəkilləri vurulmuşdu. Eşikağası səhər poçtunu gətirdi; polkovnik üçün bi neçə kağız, işlə əlaqədar məktublar, “Tayms” qəzeti və polkovnikin arvadı İv üçün kiçik bir bağlama var idi. O, məktublara nəzər yetirdi və sonra “Tayms”ı açaraq oxumağa başladı. Onlar yeməklərini bitirib, masadan qalxdılar. Kişi gördü ki, arvadı hələ də bağlamanı açmayıb.
— Nədir o elə? — soruşdu.
— Heç, kitablardır.
— Olar açıb baxım?
— Necə istəyirsən.
Polkovnikin ipləri kəsməkdən zəhləsi gedirdi və ona görə də bir az tər tökəndən nəhayət düyüynü aça bildi.
— Bunlar Ardı »

Uilyam Somerset Moyem - "Polkovnikin xanımı"2-ci hissə..

2-ci hissə..

Kokteyl gecəsi Corcu lap çaş-baş salmışdı. Oraya xeyli adam yığışmışdı. Bəziləri elə də pis adama oxşamırdılar, qadınlardan bir neçəsi çox zövqlə geyinmişdi, ancaq kişilər ona çox yöndəmsiz göründülər. Yəqin ki, başa düşdünüz – o, hamıya Corc Pereqrin – İ.K.Hamiltonun həyat yoldaşı kimi təqdim edildi. Kişilərin deyəsən elə bir deyiləsi sözü yox idi, qadınlar isə dil-boğaza qoymurdular.
— Siz xanımınzla fəxr eləməlisiniz. Gözəl deyilmi? Bilirsiniz, mən onu bir oturma oxuyub qurtardım. Yerə qoymağa əlim gəlmirdi və oxuyub bitirəndən sonra onu ikinci dəfə lap başdan ayağa bir nəfəsə oxudum. Sadəcə olaraq, yamanca təsirlənmişdim.
Ingilis naşir qeyd etdi:
— İyirmi ildir ki, bu cür oxucu rəğbəti qazanmış Ardı »

Uilyam Somerset Moyem - "Polkovnikin xanımı"3-ci hissə..

3-ci hissə..

Ertəsi gün yenə adətləri üzrə səhər süfrəsi arxasında əyləşmişdilər. İv həmişəki kimi sakit, ciddi və təmkinli idi. Orta yaşlı bu qadın heç vaxt olduğundan gənc görünməyə səy göstərməmişdi. Kişi ona sanki uzun illər görməmiş kimi nəzər saldı. Qadının simasında həmişəki sakitlik oxunurdu.
Açıq mavi gözlərində bir rahatlıq vardı. Bu səmimi görünüşdə xətadan, günahdan əsər-əlamət yox idi. Hər zamankı kimi aradabir ortalığa bir söz atırdı.
— Londonda keçirdiyimiz o iki dəhşətli gündən sonra təzədən bir də kəndə qayıtmaq necə də xoşdur! Sənin bu gün nə işin var?
Ağlasığan şey deyildi. Üç gün sonra Corc Pereqrin öz vəkilini görməyə getdi. Henri Bleyn həm də onun köhnə Ardı »