Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Elçin Əfəndiyev - "Şuşaya duman gəlib"1-ci hissə

1-ci hissə

Doppa Dadaş əlindəki kamanı sağa-sola apara-apara kamançanın tellərini dindirdikcə kamançanın bu ab-havanın təmizliyindən, paklığından, bulaqların saflığından, gülün gülü, çiçəyin çiçəyi çağırmasından, dostluqdan, vəfadan, ilqardan dəm vuran səsi Şuşa sanatoriyasının bütün həyət-bacasına yayılırdı və doppa Dadaşın zürafə boynu kimi uzun boynunun üstündəki yekə başı da əlindəki kamanın hərəkətinə həmahəng gah sağa gedirdi, gah sola gedirdi və bu dəm heç kamançanın səsini eşitməyən də olsaydı, doppa Dadaşın uzun kirpikləri iri, qara gözlərindən bilərdi ki, duyardı ki, söhbət nədən gedir.
Həmin avqust axşamı Şuşa sanatoriyasının həyətinə yayılmış kamança səsi Hüsaməddin Alovlunun da ürəyinin incə tellərini dindirirdi və çiyninə güllü ağ yun şal salıb əlləri qoynunda Ardı »

Elçin Əfəndiyev - "Şuşaya duman gəlib"2-ci hissə

2-ci hissə

Şuşa parkındakı kababxananın həm müdiri, həm aşpazı, həm bufetçisi, həm xörəkpaylayanı olan, çəkisi də yüz iyirmi səkkiz kilo olan Əbülfət əmlik kababından iki şiş gətirib birini Cavanşirin, birini də İsgəndər Abışovun boşqabına çəkdi, göy-göyərti, üzlü pendir gətirdi, pərpətöyündən erməni şorabası və iki şüşə də Martuni çaxırı gətirdi.
İsgəndər Abışov –İki şüşə çoxdur, – dedi.
–Cavanşir:
–Nəyi çoxdu? – dedi və ağzı üstə qabaqlarına qoyulmuş (Əbülfətin qabiliyyəti idi!) qalın şüşəli stəkanları çevirib çaxırla doldurdu. – Sağ ol, sənin sağlığına! – dedi və stəkanı birnəfəsə başına çəkdi və İsgəndər Abışov da elə bil ki, Cavanşirin beləcə çaxır içməyindən hipnoz olubmuş kimi, öz stəkanını birnəfəsə başına çəkmək Ardı »

Elçin Əfəndiyev - "Şuşaya duman gəlib"3-cü hissə

3-cü hissə

–Nədi, a kişi qırığı, nə bəzənib-düzənirsən belə? Xeyirdimi?
Cavanşir tərs-tərs Güləndam nənəyə baxdı.
Axşam düşhadüş idi və bir azdan Sadıq müəllim sanatoriyanın həyətindəki meydançanın ortasına çıxıb istirahətçilərin axşamını xeyirləyəcəkdi, sonra doppa Dadaşın kamançası dil açıb söz söyləyəcəkdi, sonra Gülməmmədin akkardeonu öz məşhur tanqosunu çalacaqdı və Hüsaməddin Alovlu da yerli cavanların həsəd dolu baxışları altında Marusya Nikiforovanı rəqsə dəvət edəcəkdi. Həmin gün çox tez gəlib keçdi.

Səhər Güləndam nənə ilə Cavanşir yeməkxanaya düşəndə yenə tərtəmiz, kraxmallı və ütülü xalatını əyninə geyib saçlarına da brialin sürtüb səliqə ilə daranmış İsgəndər Abışov onlara xüsusi diqqət yetirdi, Cavanşirlə xüsusi bir ehtiramla və gizli həmsirr kimi salamlaşdı, tez-tez gəlib Ardı »