Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Nicat QafuroğluBulud olmaq istəyirəm

Bulud olmaq istəyirəm

- Sən heç ömründə bir dəfə də olsun fikirləşmisən ki, bulud olsan nə edərsən?

- Bulud olsam… o biri buludlara qoşulub səmada fırlanaram özümçün. Lazım olanda da yağış olub yağaram…

- eh… amma mən bulud olsam o biri buludların hamısından ayrılaram…

- Niyə? Yerdəkilərin diqqətini cəlb eləmək üçün? Sən həmişə belə ucuz reklam axtarırsan…

- Yox. Ona görə ki, o biri buludlar təbiətin qanununa uyğun olaraq hərəkət edirlər. Mən isə onlardan ayrılıb öz iradəmlə gəzərəm.

- Məsələn...

- Məsələn, yayda ən isti aran rayonlarından birinin səmasına uçub yuxarıdan diqqətlə baxaram. Və orada avtomobili olmayan, ayda 115 manat məvacib alan kənddəki tarix müəlliminin üzərincə gəzərəm ki, onu günəş Ardı »

Nicat QafuroğluVampirlə 46 dəqiqə yarımçıq gizli intervü

Vampirlə 46 dəqiqə yarımçıq gizli intervü

Bilirəm, indicə danışacaqlarıma heç vaxt inanmayacaqsız. Əslində sizi inandırmağa cəhd də etmirəm. Yazını ortaya çıxarmamışdan əvvəl bu barədə çox fikirləşdim. Nə edim ki, sizi bu yazımın fantastik əsər olmadığına, heç bir bədii üslubdan istifadə olunmadığına, ümumiyyətlə burada insanların bilmədiyi informasiyaların mövcudluğuna inandırım. Adətən, insanlar bir-birini inandırmaq üçün and içirlər. Bu, ən əlacsız məqamlarda edilir. Əslində mən də indi əlacsızam. Amma dəqiq bilirəm ki, əgər bu yazımdakı hadisənin həqiqətən, öz başıma gəldiyinə and içsəm, daha da yalançı görkəminə düşəcəyəm. Mənim nəyimə lazımdır, axı bir yazıya görə, oxucunun gözündə yalançı kimi tanınam. Digər tərəfdən, and içsəm ki, hansısa vampir mənə sizlərin əksəriyyətinizin bilmədiyi Ardı »