Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Ülviyyə HeydərovaDəli şeytan

Dəli şeytan

- Siz işdən azadsınız!
Cavanşir müdirin otağının qapısını yavaşca bağlayıb, işini tərk etdi. Əslində günah elə Cavanşirin özündəydi.

Müdirin dediyi olmasın, altdan- altdan iş görəndə , axırda belə də olmalıydı.

Təbii Cavanşir bunu boynuna almasa da , kor kor, gör görüydü. Bir ilin içində elə bil Poçtda xəzinə tapmışdı.

Düzdür, müdir yuxarılara yazıb onu cəzalandıra da bilərdi, amma etmədi.

Qorxdu ki, iş şişib böyüyər, sabah elə onun özünü də əlli-ayaqlı göndərə bilərlər. Heç Cavanşir də gür səsini ucaltmadı.Ancaq içində elə bil qiyam qopmuşdu.

Əgər ürəyinə yol tapıb aparat salsaydılar, oradan elə haraylar gələrdi ki, camaat növbəyə düzülüb, rayonun yeganə qulaq həkimi olan “ kar Adilin “ məsləhətini Ardı »

Ülviyyə HeydərovaDünya bir pəncərədir

Dünya bir pəncərədir

Salam əzizim, olar qarşında dayanıb səni seyr edim? Hə, məhz bu dəfə sənə tamaşa etmək istəyirəm. Bilirəm, fikirləşəcəksən ki, nə oldu bəs əvvəllər...? Haqlısan əzizim. Biz beləyik də, vaxtında hər şeyi anlasaydıq nə dərdimiz? Mən vicdansız da o birilər kimi qədrini indi bilməyə başlamışam. Başa düşürəm, çox gecdir, amma əlacım nədir? Yəqin incimərsən, deyilmi? Çünki mən kimiləri o qədər görmüsənki...
Ehhhh! Gündə səni açıb-örtməkdən təngə gətirmişdik. Sən yazıq bir dəfə dillənmədin ki, axı belə olmaz, mənə də istirahət lazımdır. Vallah, təmkininə heyranam. Bu qədər dözümü haradan toplamısan, hə? Yoxsa dünyanın gərdişini sakitcə seyr etmək üçün Allah səni elə lal, səbrli yaradıb?
İndi əllərimi Ardı »