Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Rüfət ƏhmədzadəHeykəlin təbəssümü

Heykəlin təbəssümü

Yolun o tərəfində park var. Bu tərəfində isə, dayanacaq. Dayanacaqda adamlar… Adamlar içində də, bir adam.

Mənim hekayəmin qəhrəmanı. Yox, yox, iki qəhrəmanımdan biri. Açığı, heç qəhrəman siması da yoxdur onda. Amma, o biri qəhrəmanım… Maşallah! Əzəmətinə söz ola bilməz.

Beləliklə, bir qəhrəman durub dayanacaqda, o biri qəhrəman isə, yolun o biri tərəfindəki parkda. Düz parkın ortasında. Və düz birinci qəhrəmanımla üzbəüz.

Əslinə qalsa, özüm də çaşıb qalmışam, bilmirəm, hansına “birinci” deyim. Hər halda, kimdən birinci söz açdıqsa, onu da birinci qəhrəman hesab edək, gəlin.

Deməli belə! Birinci qəhrəman miskin bir görkəmdə, ikinci isə təntənəli və dəbdəbəli pozada.

Və nimdaş kostyuma büzüşmüş, məyus simalı arıq qəhrəmanıma Ardı »

Rüfət ƏhmədzadəDamcılar

Damcılar

Gözəlmiş göz yaşlarım,
Sevirmişsən onları!
Sənə dərd olammadım,
Dərdim ol, ovun barı!

Ağlı kəsəndən bəri, bir damcı da göz yaşı axmamışdı. Cəbhə bölgəsində şəhid düşmüş böyük qardaşının dəfn mərasimində, ilk dəfə, ağlamağa cəhd etdi.

Lakin, çifayda! Qızardı, bozardı... Amma, ağlaya bilmədi ki, bilmədi. Bircə damcı belə!

Hamı onu şən və gülərüz bir insan kimi tanıyırdı.

Bir problemi olan onunla danışsaydı, cəmi beş dəqiqədə əhvalı dəyişərdi. Hətta, sevgi əzabı belə, ona tamam yad idi. Çünki, heç vaxt sevməmişdi.

Ona görə yox ki, mənim qəhrəmanım sevməyi bacarmırdı.

Və ya, seviləcək birisi deyildi... Sadəcə, özü dediyi kimi, gördüyü heç bir qızdan gözü su içmirdi onun. O qızların gözlərindən sevgi dammırdı qəlbinə. Bircə damcı Ardı »

Rüfət ƏhmədzadəQızıl kimi qız

Qızıl kimi qız

Qarşımda oturub. Başını anasının çiyninə söykəyib, avtobusdakı əmiləri-xalaları seyr edir.

Ayaqda duranları, yerində batanları, sürücünün və yolun babat olmasından sui-istifadə edib yolüstü yatanları…

Mənsə onu seyr edirəm. Ancaq onu!

Zilləmişəm gözlərimi ona. Sanki, çoxdan aradığım-tapmadım bir sərvəti kəşf etmişəm – heç ağlıma gəlməyən bir məkanda.

İlahi, necə də suyuşirindir bu qız! Gözəl və səliqəli. Beş yaşı olar.

Çox yox. Mələk kimidir. Qırmızı və toppuş yanaqlarının yaraşıq qatdığı bənizindən nur yağır. Badamı, işıl-işıl parıldayan qəhvəyi gözləri var.

Qıvrım, kürən saçları alnına tökülüblər. Tez-tez mane olurlar ona.

Maraqlı seyrinə imkan vermirlər qızın. O isə, əsəbləşir, “uff!” deyərək totuq əlləri ilə saçlarını gözlərindən kənar edir…

Üzünün ifadəsi və tez-tez yerində qurcalanmağından, şıltaq Ardı »