Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Hafiz HacxalılMöcüzə....

Möcüzə....

Ya­rım­qa­ran­lıq zal­da, qa­baq­dan bir cər­gə mün­sif­lər otur­muş­du­lar, on­la­rın da qa­baq­la­rın­da ba­la­ca-ba­la­ca stol­lar var­dı, stol­la­rın üs­tün­də də ba­la­ca- ba­la­ca ka­ğız­lar. Bəl­kə də bü­tün bun­la­ra gö­rə on­la­rın qar­şı­sı­na çıx­ma­ğa qor­xur, özü­mü çox ba­la­ca hiss edir­dim. Mə­nim­lə bir­gə bu za­la gə­lən­lər­dən ço­xun­da da bu duy­ğu­nu gö­rür­düm. An­caq O bi­zim içi­miz­də­ki bü­tün bu hiss­lə­ri mün­sif­lə­rin qar­şı­sı­na çı­xan ki­mi alt- üst et­di.
"Mən mö­cü­zə gös­tə­rə­cəm..."
O, çox sa­kit bir tərz­də de­di bu­nu.
Mün­sif­lər­dən bi­ri ey­nə­yi­ni sal­dı. Təəc­cüb­lə Ona və ya­nın­da otu­ran­la­ra bax­dı- gör­dü ki, onun ya­nın­da­kı­lar üçün bu söz heç bir qə­ri­bə­lik ifa­də elə­mir- hər hal­da si­fət­lə­rin­dən be­lə gö­rü­nür­dü. Elə bil sa­də­lövh­lü­yü­nə utan­dı. Cəld ey­nə­yi­ni yer­dən gö­tür­dü və ba­şı­nı Ardı »

Hafiz HacxalılBir ömrün yuxusu

Bir ömrün yuxusu

İlk sevgisi daşa dəydikdən sonra sevməyi, ailə qurmağı özünə yaxın buraxmaq istəmirdi. Heç nəyə və heç kimə əyilməzliyin həndəsəsini özü yazmışdı. “Kasıb oğlandı”-demişdi sevdiyi qızın xalası. İnsanların vara, dövlətə əyilməyinin sirrini hələ anlaya bilməmişdi, zavallı. Uzun gecələrin saçından yapışıb göy üzünün qaranlıq pərdələrini aralayıb səhəri dirigözlü açardı beləcə.
“Ay bala, dərmanım qurtarıb, bu “Fillepsin” zəhrimarı beş ildi boğazıma bağlamışam, mən yazıq” - deyən anasının dərdi də bir tərəfdən ürəyindən buz baltası kimi asılmışdı.
İçində bir özü qalmışdı, bir də hamıdan çox istədiyi və qorxduğu Allahı.
“Ay Allah, məni niyə belə sınağa çəkirsən, mən bu qədərmi böyük günahların sahibiyəm. “O” məni belə atıb getdi, anamın Ardı »