Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

İsmayıl İsmayılovVasvasının monoloqu

Vasvasının monoloqu

Ay qardaş, yerimdən tərpənməyə qorxuram. Soruşarsız ki, niyə? Yan-böyrüm toz dənəcikləriylə doludu. Artıq hərəkət eləsəm, dolallar burnuma, qulağıma. Ürək- ciyərim onsuz da bərk ağrıyır. A kişilər, belə də iş olar? Adam çörək yeməyə, su içməyə qorxur. Mikroblar, bakteriyalar bizi basıb. Vallah, əlimdə bir qaz balonu olsaydı, hamısını yandırardım. Doğrusu heç qaz balonuna əl vura bilmirəm. Onda da bir şey olar.

O gün bizimkilər bir tərifli təndir çörəyi gətirdilər. Ətrafımı yaxşı-yaxşı silib təmizlədilər. Bəh-bəh, kərə yağı, təndir çörəyi, pürrəngi çay, ağzım sulandı. Elə bilirsiz, rahatca yemək yeyə bildim? A töbə! Stəkan gözümə çirkli göründü, süfrədə isə yekə bir ləkə tapdım. O dəqiqə səsim Ardı »

İsmayıl İsmayılovSu çəni, damcılar, çinlilər

Su çəni, damcılar, çinlilər

Bu gün başıma iş gəlib. Özümün gül kimi köhnə divanımda yerimi təzəcə rahatlamışdım.

Beynimdəki dahiyanə, fəlsəfi fikirləri kənara qoyub, ləzzətlə televizorda başlayacaq Braziliya seriyalına baxacaqdım. Baxa bilmədim...

Vallah, köhnə məhəlləmizdən köçəni həyatım büsbütün pozulub.

Qəşəngcə şəhərin mərkəzində evim, yox, deyərdim bir imarətim, məhəllədə hörmətim, işıq, qaz, su pulu yığanlardan gizlənməyə dalanım, bircə dənə də köhnə divanım vardı.

Oradan mənə qalan elə köhnə divan oldu. İndi gəlib düşmüşəm mikrorayonda panel evinə, 4 divardır, köhnə divan, bir də mən.

İşıq pulunu bir həftə gecikdirsən, soruşmadan işığını kəsərlər, hörmət zad da qanan yoxdur. Mən boyda dahi mütəfəkkir uşaq-muşaq əlində qalıb.

Qonşulardan da bircə aşağı mərtəbədəki qonşunu tanıyıram, gecə su kranı Ardı »

İsmayıl İsmayılovZeytun əhvalatı

Zeytun əhvalatı

Bakının ətrafındakı kəndlər çoxdu. Bəziləri lap qədimdi, bəzilərisə nisbətən cavan. Şəhər böyüdükcə bir-bir bu kəndləri özündə əridir.

Məsələn ən hörmətli kəndlərdən biri Çəmbərəkəndin yalnız adı qalıb. Özünüsə şəhər məhv edib.

Vaxtilə bu kəndin sakinləri olanlar orada-burada özlərinin məhz çəmbərəkəndli olduqlarını xüsusilə qeyd edirlər, amma kəndin yoxluğu faktdı və bunu heç cür dəyişmək olmaz.

Bakının Yasamal, Əhmədli, Keşlə,Zıx və Binə kəndləri şəhər tərəfindən nisbətən sıxışdırılsa da azdan-çoxdan hələ ki, mövcuddular.

Bəzi kəndlərsə şəhərdən uzaqda olduqlarına görə hələ öz mikrostrukturunu saxlayırlar.

Belə kəndlərdən biri Bilgəhdi.

Əgər bu məkanın digərlərindən nəyləsə seçilməsiylə maraqlansaq, görərik ki, Bilgəh gözəl havası, zəfəran əkməyə yararlı mühiti və məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin burada anadan Ardı »

İsmayıl İsmayılovÜrəyimin hissəsi

Ürəyimin hissəsi

Köhnə divanımın aurası məni qızdırır. Qışın oğlan çağıdı, daxilimdə isə baharın nəfəsi duyulur( əlbəttə ki, divanımın hesabına ). Hələ bu gün yerimdən belə durmamışam. Heç olmasa televizoru yandırardım. Yox, onun adını çəkməyin, yoxsa başım ağrıyar. Adamın bəxti bir şeydə gətirir, digərində isə...

Divan sarıdan yaxşıyam. Həyatım da onun üstündə keçir. Ehtiyacım olmasa heç buradan düşmərəm. Televizor isə alınan gündən zay çıxdı. Yaxşı yadımdadı: sovet dövrünün gözəl vaxtları idi. Divanım onda da köhnəydi. Özüm isə cavan olduğundan onun köhnəliyini elə də hiss etmirdim.

Cəmisi televizorda 4 kanal vardı: Moskvanın və Bakının hərəyə iki kanalı. Verilişlər güclü olmasa da marağım böyük idi. Təzə “Qorizontun” səsi Ardı »

İsmayıl İsmayılovŞeytan əməli

Şeytan əməli

Yerimdə eşələnməkdən lap bezmişəm. Köhnə divanımın cırıltısı başımı ağrıdır. Yatmağı çox sevirəm.

Hərdən mənə elə gəlir ki, elə əsil həyat yuxuda keçir. Ara-sıra beynimdə əmələ gələn ciddi fikirlər isə yuxumu pozur.

Deyərsiz ki, ay zalımın oğlu, fikir nədi, zad nədi?

O boş başda heç nə əmələ gələ bilməz.

Əlbəttə mən başımın boş olduğunu inkar etmirəm, amma mütəfəkkir olmaq üçün bəzən ağıllı olmaq da gərək deyil.

Diogenin tanınmış olması onun məhşur çəlləyinin hesabına baş verib. Tanrı Diogenə çəllək yetirib, mənə də bir köhnə divan…

Öz köhnə divanımda heç də Diogendən geri qalmayan dahiyanə düşüncələrə dalıram. Sonuncu fikir yığnağı sol və sağ əllərin qarşılıqlı təmasından ibarətdi.

Deyərsiz ki, a kişi, Ardı »