Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Nəriman ƏbdürrəhmanlıAğ bayraq

Ağ bayraq

Gözlərinin qabağında ərinin ağ bayraq kimi yellənən ağ saçlı başına baxa-baxa beynindən keçirdi ki, ömür ötdü daha olmuşlar olmayacaq, istəsə də, istəməsə də bununla barışmalıdı,

çünki nə ötənləri qaytarmağa qüdrəti, nə də yaşadığı həyata görə, təəssüflənməyə həvəsi var, zamanında da belə şeylər barədə fikirləşməyə həvəsi var, zamanında, sadəcə, gənclik ehtirasından gözləri korlana-korlana yaşamışdı,

yəni tanışlıqlarının ilk aylarında onun könlünə girməkdən ötrü cürbəcür dona girmişdi, ağıl-kamalını, gələcək karyerasını, üstəlik ailələrinin maddi imkanını yetərincə dəyərləndirmişdi,

hətta onu tanıyana qədər münasibət qurduğu adamlardan da vaz keçmişdi, həmin vaxtlar böyük ehtimalla əri olacaq adamda özünün də izah eləyə bilmədiyi nəsə görmüşdü,

bilirdi ki, seçdiyi kəs onun yar-yaraşığı, inadı, naz-qəmzəsi Ardı »

Nəriman ƏbdürrəhmanlıŞeytan mövsümü

Şeytan mövsümü

- Allah mənim ömrümdən kəssin, sənin ömrünə calasın!

- Pah, Kişi ağzından dürr tökür!

Bayaqdan bu sözləri azı onuncu dəfəydi deyirdi; hər dəfə də, elə bil, dediklərinin tərsi baş verirdi: oturduğu yerdəcə gözgörəsi dirçəlirdi, az qala cavanlaşırdı, uzun həsrətdən sonra vüsala yetmiş aşiqsayaq yanaqları allanır, gözləri vurğun adamın baxışları kimi alışıb-yanırdı; üstəlik də, ötən illərin dadlı-yağlı xatirələri yaddaşının neçənci qatı altındansa, baş qaldırır, kino lenti kimi gözlərinin qabağından gəlib keçirdi.

Beləcə, vücudunu sarmış mübhəm duyğulardan dinc otura bilməyib qurcalanır, kreslosunu televizora bir az da yaxın çəkirdi.

Kişi də, elə bil, ekranda yox, onunla üzbəüz oturmuşdu, yarıörtülü göz qapaqları altından xəncər kimi iti, boz gözlərilə onun Ardı »

Nəriman ƏbdürrəhmanlıYelçəkən

Yelçəkən

…Nə sirrdisə, hər gecə yuxumda uçuram.
Elə bil, hardansa əsən yel məni
qabağına qatıb aparır…

Bu hekayənin qəhrəmanının
müəllifə etirafı

…- Gördünmü?

- Yox, eşitdim…

…deyirlər, səhər-səhər teleradioşirkətdə olub: görünür, yanına getdiyi adamın işə gələn vaxtını dəqiq bilirmiş; içəri girəndə görüb pələ-pötür, cöngəsifət, iki qulaqdan da mayıf dostu özündən balaca yazı masasının arxasında oturub, üz-gözündən rahatxanada gücənib-gücənib, birtəhər azad olan adamın xoşbəxtliyi yağır.

Adət elədikləri kimi görüşüblər; o, qapıdan girən kimi bərkdən «hə-ə-ə!» - deyib, dostu da uzun illərin vərdişiynən onun ilk kəlməsinin nə olduğunu səhvsiz-filansız bilirmiş, əvəzində ürəkdən gələn «hə-ə-ə də-ə-ə!» deyib, yəni salamının cavabını verib; düzdü, gövdəsinin ağır yerini stuldan qaldırmağa bir balaca çətinlik çəkib, amma girdə, Ardı »