Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Gi de MopassanÖlü...

Ölü...

Mən onu dəlicəsinə sevirdim. Biz niyə sevirik? Bu boyda dünyada yalnız bir nəfəri görmək, beynində yalnız bir fikrin olması, ürəyində bir istəyin olması və dilində yalnız
bir adın olması qəribə deyilmi? Bu ad bulaqdan su sızar kimi daim ürəyinin içindən dodaqlarına qalxır, sən onu dua kimi həmişə, hər yerdə, durmadan təkrarlayırsan, pıçıldayırsan.
Hekayəmizi danışmayacağam. Məhəbbətin həmişə eyni hekayəsi olur, elə o da təkrarlanır. Mən onu gördüm və sevdim. Vəssalam və bütün il boyu onun incəliyinin, qayğısının, nəvazişinin, baxışlarının, danışığının təsirində olmuşam, ondan gələn hər şeyin əsiri idim, başım elə dumanlanmışdı ki, gecə, yoxsa gündüz olduğunu, sağ, yoxsa ölü olduğumu, köhnə dünyada, yoxsa yeni Ardı »

Gi de MopassanKəndə səfər

Kəndə səfər

Beş aydan bəri Düfurlar ailəsi xanım Düfur Petrolinin ad günündə Paris ətrafındakı mənzərəli yerlərdən birində nahar etməyi qərara almışdı.

Səfəri çoxdan, səbirsizliklə gözləyirdilər, təyin olunmuş günün səhəri hamı erkən qalxmışdı.

Cənab Düfur süd satanın arabasını kirayə götürmüşdü, özü sürürdü. Araba iki təkərli idi, tərtəmizdi.

Üst örtüyü dörd dəmir dayağın üzərinə bərkidilmişdi, yanları pərdəli idi, amma pərdələri yığmışdılar ki, ətraf yaxşı görünsün. Təkcə arxa tərəfin pərdəsi yığılmamışdı. Bayraq kimi yellənirdi.

Arvad ərinin yanında oturmuşdu, qırmızımtıl ipək don geymişdi, gözləri gülürdü.

Arxada iki kətilin üstündə qoca nənə və gənc bir qız oturmuşdu. Ortada sarı bir oğlan başı da görünürdü.

Kətil olmadığından o, arabanın oortasında qıçlarını qatlayıb oturmuşdu, təkcə başı Ardı »