Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

İmdat AvşarÜrəyində söyən uşaq

Ürəyində söyən uşaq

Düzənlik sonu olmayacaqmış kimi getdikcə uzanır…
Asfalt yol düzənliyin tam ortasından keçən çayın hər qıvrımına uyğunlaşır. Çay və yol, bir-birinə sarılan iki qara və yaşıl ip kimidi. Maşınımız onların aralarından bir məkik kimi şütüyür. Hərdən çaya lap yaxınlaşır, hərdən də ondan uzaqlaşırıq. Çay, yol və biz dolana-dolana irəliləyirik…
Səssiz, sakit, aydın bir səhər, günün ilk saatları… Günəş sevinclə yüksəlir, alovlanıb yanır. Hava aydın, səma təmiz, mavi, ışım-işım işıldayır. Amma quru bir sazaq var, soyuqdu…
Daxilimdə bir peşimanlıq dənizi dalğalanır. Alışdığım bir şəhərdən ayrılığın hüznü ilə yaşayıram. Uzaq bir kənddə qoyub gəldiyim şagirdlərimi düşünürəm. Bilmirəm niyə, amma müfəttişliyə ürəyim heç cür qızmır. Neçə aydır özümü Ardı »

İmdat AvşarAnamın saatları

Anamın saatları

Zavallı anam hardan biləydi Saatlı Maarif Təqvimi nədi?..
Şəmsi tarixi ilə illər neçə gündü, Qəməri tarixi ilə aylar neçə gecə?..

İmdad Avşar adı Sultandı, özü qurub-qoşduğu təqvimdən istifadə edərdi, evin də, çölün də hər işini adı kimi bilərdi, vaxtı, saatı bilməzdi. Bəxtinin ələ gələn ipliyini əzab-əziyyət yumağına dolayıb yaşayardı…

Qarçiçəkləri xırman yerində şam yandırıb baş qaldıranda təqvimi sıfırdan başlanar, fəsillər dövr edərdi…
Onun miladı ilk bahardan başlanardı…

Qarçiçəkləri, novruzgülləri açanda çölə gedər, qovaqlar yarpağını tökəndə, ya da durnalar köç edəndə evə dönərdi…
Hicri min üç yüz altmış beşmi? Miladi min doqquz yüz qırx doqquzmu? Nəyinə gərəkdi, zamanın fərqində deyildi. İllər kürəyində şələ, çiyinində yük, saçında ağdı…

İstər mart, Ardı »

İmdat AvşarŞah qartal

Şah qartal

Qaçaq idim, canı şəhərlərə sığmayan qaçaq. İnsan yeyən şəhərlərdən qaçardım.
Bir çiçəyi toxum tökərkən tapdım, bir gülü ucqarda açarkən yaxaladım. Mən bir payız qaçağı idim, o da bir bahar qaçağı...
Neçə dəfə tırtıllar qanadlandı, quş olub uçdu önümdən, bir daşın ayaqlanıb dovşan oldu- ğunu gördüm dəfələrlə. Bığları buz tutmuş bir ovçuydum, qar qaçağıydım. Qayaların əks-sədasını, su sonasını, tumarlı qız quşunu, çəmən bülbülünü... izləyərkən özümdən də qaçmışdım.
Dağlara qaçardım. Yar sinəsi kimi rahatlıq gətirən dağlara. Bəzən təkbaşına, bəzən də dəlisov yoldaşlarla. Alaca şəfəqlərdə bir yaylaq yeli dolardı içimə. İçim vulkan kimi qaynar olardı, amma, di gəl, titrətmə (malyariya) xəstəliyinə tutulmuş kimi titrərdim.
Səhər obaşdan üsulca, səssizcə Ardı »

İmdat AvşarQarabağ qaçqınları

Qarabağ qaçqınları

Budaqları dar bir küçəyə əyilmiş salxım söyüdün altında dayandım. Müəllimlər evinin zalından hələ də tar səsi gəlirdi. Bu səs başqa səslərə hökm edib, hamsını bir-bir silmişdi küçədən.

Bir az da uzaqlaşsam, bulvara çıxsam, sanki çox qədimlərdən, əsrlərin arxasından gələn bu təranə uğultular içində itəcək, bir-birinə söykənmiş yöndəmsiz binalara, əyri - üyrü yollara, döngələrə dəyib parçalanacaqdı.
Kim bilir, hansı aşiq ürəyinin yanıq nəğmələrini tökmüşdü bu tara, hansı ürək alovlandırmışdı bu melodiyaları!?. Bir ürək yanğısıydı bu səs, minlərlə fəryaddı… Elə yanıq, elə içdən, ölgün, elə bezgin, dərdli ki… Dinlədikcə məni özünə çəkir, nəhəng bir dalğa kimi udur və kimsəsiz bir sahilə sürükləyirdi. O sahildə yalnız Ardı »

İmdat AvşarSoyuq yuxu

Soyuq yuxu

Qaranlıqdı. Gecəni ürpərdən, qara boşluğun qatran pərdələrini cıraraq əks-səda verən bir zəng səsi eşidilir. Axşamdan başlayan külək bir müddət sanki zəng səsini dinləyir, ani olaraq qanadlarını salıb dayanır, süzür…

Pansionatın binasının beton divarlarını aşan o səs yaxınlıqdakı Cincavat çayının uğultusunu da batırır və bu dəli çayın boz-bulanıq sularına qarışaraq qara bir ilan kimi axıb gedir.

Zəng səsinin ardınca koridorlarda bir qaçışma başlayır. Aşağı mərtəbədən beton döşəməni aramsız döyən taxta ayaqqabı, yalın ayaq səsləri və artaraq uşaq pıçıltılarını udan şkafların qapılarının cırıltıları gəlir.

Gündüzlər zamanı dilim-dilim bölən bu səs on dəqiqəlik bir tənəffüs, ya da qırx dəqiqəlik bir dərs, gecələr isə səssizliyə dəvət, “kameralara!” çağırışıdı. Ardı »