Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

İmir MəmmədliLuk

Luk

Məktəbi qurtarandan sonra Azəristara üz tutdum. Məktəbi qurtardım deyəndə elə bilərsiniz söhbət orta məktəbi qurtarmağımdan gedir. Əsla. Suvaq işlərini nəzərdə tuturam. Nəhayət ki, məktəbin kələ-kötür divarlarını suvadım qurtardım. Sağ olsun qardaşoğlu da yaxşı kömək elədi, sementi-qumu əsasən o qarışdırırdı. Mənsə, o vedrə-vedrə gətirdiyi palçığı divara vururdum.Vurha-vur, vurha-vur.Axırıki qurtardı. Bitirməyə gəldikdə, orta məktəbi bitirməmişəm. Direktor məni yola vermədi, yarımçıq buraxmalı oldum. Anam dedi, direktorun acığına oğlum Tibb Universitetinə girməlidir. Girə bilmədim. Məxsusi olaraq mənim üçün təşkil edilmiş atestat batmasın deyə, həmin il atamın yaxın tanışı məni baytarlıq texnikumuna düzəltdi. Nəticədə, nənəm demişkən, adam doxturu olmasam da, mal doxturu oldum. Nə fərqi var, Ardı »

İmir MəmmədliDiri ölü

Diri ölü

Qəbrim kənddədi, özüm şəhərdə yaşayıram. Nə sözümə, nə də üzümə şübhə ilə baxmayın. Mənəm-mənəm deyən kişinin evi də olmalıdır, qəbri də. Şərt deyil ki, qəbirdə yatasan. Qəbirdi də, durub özü üçün. Səndən yemək istəmir, içmək istəmir. Bilirəm, maraq sizi bürüdü. Əslində bu qəbir məsəli, doğrudan da, maraqlı məsələdir. Söz düşüb, danışım. Bir vaxt Türkiyəyə gedib-gəlirdim. Xırda-para alver eləyirdim. İki dənə ağızı açıq sumkam var idi. Burda aldığımı orda, orda aldığımı burda satırdım. Bir müddət beləcə qəpik-quruş dalınca gedib-gəldim. Soruşmadan məsləhət verib yol-ərkən öyrədənlər bir gün məni duyuq saldılar ki, bir başa fabriklə əlaqə yaradıb aldığını bilavasitə istehsalçıdan alsan, xeyli ucuz başa Ardı »

İmir MəmmədliTurist səfəri

Turist səfəri

Söylə deyirsən,söyləyim. Elə adam yoxdur ki,ömründə bir dəfə də olsun,turist səfərinə çıxmasın. Mən özüm də əvvəlcə bunun həsrətində,sonra səfərdə olmuşam. Bizlərdə sərhədlər təzə-təzə açılmışdı,turist firmaları da onlar kimi . Məlum məsələdir ki, bu ikisi bir-birinin açılmasını və ( allah eləməsin)bağlanmasını müəyyənləşdirən şeylərdi. O bunsuz,bu onsuz əhəmiyyətini itirir. Rayonumuzda açılan ilk firmanın müdiri,allahdan olan kimi,məslək dostum idi. Dedi,Avstriyaya getmək istəyirsən? Dedim,ölürəm o ölkə üçün. Dedi,gətir firmaya filan məbləğdə pul yatırt, yaxın vaxtlarda ilk dəstə ilə gedərsən. O gecə yatmadım.Borc-xərc pul tapdım,aparıb yatırtdım. Bir aydan sonra məsləkdaşım telefon açdı ki,durma,gəl, Avstriya qrupu düzəldi,gedirsiniz. Axşam çımib-təmizlənib səhər tezdən gəldim rayon mərkəzinə. Orada bizi avtobusa Ardı »