Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Mübariz CəfərliTələdə

Tələdə

Axır zamanlar təsadüfən elə adamlarla rastlaşıram ki, bir az da keçsəydi onların surətini beynimin xəzinəsindən çıxaranda kimliklərini dəqiqləşdirmək müşkülləşəcəkdi. Tələbə yoldaşım Məmmədisə görən kimi tanıdım, daha doğrusu, o, birinci gördü məni, maşını saxlayıb xoş-beş elədi. Düzdü, köntöy, ərkyana danışdığından əvvəlcə özümü itirdim. Maşından düşüb belimi qucaqlayandasa- zalımda fil gücü varmış, ayaqlarımı yerdən üzdü – şəraitə uyğunlaşıb çar-naçar sövq-təbii gülümsündüm.
- Tanımadın məni, professor? – Məmməd sakitliyimdən təəccüblənib çəkingənliklə soruşdu.
- Nöş tanımadım. Qəmginsən də… – onu nigarançılıqdan qurtardım… – Səni tanımayana lənət!
Rəng-ruhu açıldı:
- Dayanacaqda xeyir ola, piyadasan? – inamsız-inamsız xəbər aldı.
Ömrümdə maşın sürməsəm də nədənsə düzünü demədim:
- Maşınım təmirdədi.
- Otur aparım, – səsində Ardı »

Mübariz CəfərliFraqmentlər

Fraqmentlər

Yayda yenə çörək qıtlaşmışdı. Uzun-uzadı növbələr olurdu.

Söz gəzirdi ki, yuxarılarda dəyişiklik gözlənilir.

Həqiqətən, hər dəfə şəhərdə çörək qıtlaşanda, dalınca yenə bir qəmbərqulu çıxırdı.

Həbibi də çörək növbəsində gördüm. Çörək maşını gəlib çıxmasa da, camaat çoxdan növbədə dayanmışdı.

Həbibi görəndə: "Dəlinə şükür, ilahi", - düşündüm. Hərçənd yazıq Həbib bunun üçün heç bir əsas verməmişdi.

"Dəlinə şükür"ün indiki dazbaş, göygöz, kürən Həbibə dəxli-zadı yoxdu, sadəcə, beynimə girənlər Həbibin uşaqlıq-yeniyetməlik payından idi və yeniyetməlik payından qalan bir də bu idi ki, Həbibin dişləri ağarırdı.

Xoş-beş, on beşdən sonra soruşdum kənddə nə var, nə yox? Həbib ciddiləşdi. Məsələ məlumdu.

Yəqin kənddə (lap dəqiqi, qəsəbədə) ölən-itən vardı.

Amma nəyi-nəyi Elçinin ölümünü eşidəcəyimi ağlıma Ardı »

Mübariz CəfərliAğıl və güc

Ağıl və güc

Ta qədimlərdən ağılın gücdən irəliliyi barədə fərziyyələr söylənilir, saysız-hesabsız misallar gətirilir, bu haqda digər fikirlər o qədər zəifdi ki, birincinin ikincidən doğrudan-doğruya üstünlüyü aksiom şəklini alıb, guya heç bir isbata ehtiyac yoxmuş, əks tərəfin dedikləri Zenon paradoksları kimi səslənir, yəni güc ağıldan əfzəldirsə, yəqin Zenon paradokslarına da həqiqət donu geydirmək mümkündü.

(Məsələn, marafonçu tısbağaya çata bilməz, çünki təqib eləyən təqib olunana çatınca təiqib olunan daima müəyyən məsafə gedəcək və s. və i.a.)

Kimdən soruşsan ki, ağıllı, yoxsa güclü qalib gələr, deyər əlbəttə, ağıllı.

Bəs ağıllı güclüdürsə, niyə bir dəlinin quyuya atdığı daşı yüz müdrik çıxara bilmir?

Mənim bir tanışım həmişə deyərdi ki, hərə öz ağlının Ardı »

Mübariz CəfərliAğır səfər

Ağır səfər

Atam öləndə bibim qırx gün bizdə qaldı ki, fikrim dağılsın.

O vaxt bibimin qalmağı məni az-çox ovundurdu.

Gözümə yuxu getməyəndə baş-başa verib sübhəcən dərdləşərdik.

Özümü yalqız, kimsəsiz, köməksiz hesab elədiyimdən bibimin söhbətləri mənə şirin gəlirdı.

Bir axşam bibim yenə namazını qılıb qurtaranacan mən bir siqaret çəkdim. Stulda qurcalanıb yuxarıdan aşağı bibimə baxdım.

Qarı da gözlərini üzümə dikdi. Nə isə demək istədiyimi anlamışdı.

Allah şeytana lənət eləsin, bibimi çaş-baş salmaq fikrinə düşmüşdüm. Özü də din-iman məsələsində...

— Ay bibi, görəsən o dünya var?

Qarı qətiyyətlə başını elə tərpətdi ki, guya o dünyaya metro çəkmişdilər, bibim də o metro ilə neçə kərə o baş-bu başa gedib qayıtmışdı:

— Həlbət ki, var!..

— Hardan Ardı »

Mübariz CəfərliGedən

Gedən

O, getdi. Qapını bağlayandan sonra divana yayxanıb ayaqlarımı stula uzatdım.

O, gedəndə mənə göz vurub: "Hər şey yaxşı olacaq", - dedi.

Mən gülümsündüm.

İndi, köynəyimin döş cibindən siqaret cıxarıb yorğun-yorğun alışdıranda və əyilib jurnal stolundakı külqabını götürüb qasığımın üstünə qoyanda düşünürəm ki, gərək gülümsəməyəydim, bir söz deyə bilməsəm də, heç olmasa baxışlarımla, sir-sifətimin ifadəsi ilə cavabını verəydim. Anlamalıydı ki, az-çox mənim də dünya işlərindən başım cıxır.

Son sözü tam və qəti qələbədən xəbər verirdi:

"Çao".

Mən bu kəlməni o dəqiqə tərcümə elədim: "Balqabaq!"

Əslində onu "balqabaq"lığıma qeyd-şərtsiz inandırmaqdan ötrü qımışdım.

O, qapıdan çıxanda divar saatı altını vurdu və qəfil yadıma düşdü ki, Ələkbərin köhnə "Moskviç"inə minib kəndimizdəki uçulub-dağılmış dəyirmanın Ardı »