Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

AnarDörd çahar

Dörd çahar

Adam gərək hər işi görəndə vicdanla görə, – deyə Murtuz müəllim çaydan bir qurtum alıb stəkanı qırağa qoydu. – Axı niyə elə iş görəsən ki, sabah ağzı göyçəyin birisi sənə irad tuta bilsin. Namus ki, var, ay Zəki, duru su kimi şeydir, bir damla çirk düşdümü, bulanacaq. Murtuzla mən eyvanda oturub çay içə-içə söhbət edirdik. Yayın cırhacırı idi. Murtuz müəllim arvadını Kislovodskiyə göndərmişdi, özü də sabah Soçiyə gedirdi, mən isə yayı Bakıda qalmalı idim; qəbul komissiyasının üzvü idim. Söhbət də elə bu barədə gedirdi. Murtuz müəllim hələ küncdə-bucaqda gizlənib qalmış bəzibəzi adamlardan danışırdı. Belə-belə adamların bəziləri bəzən görürsən hansı qaranlıq yollarlasa Ardı »

AnarÜrəyim ağrıyır

Ürəyim ağrıyır

Vallah, heç bilmirəm nədən danışım ki, mənim qoca riyaziyyat müəllimim demişkən, işin içindən iş çıxmasın. Yaxşı, ta keçib, qoy qudamgilə getməyimi və qudalarımla, həm də gəlinimlə, eləcə də onun bacısı və qardaşıyla tanış olmağımı sizə nəql eləyim. Bəli, bir gün oğlum dirədi iki ayağını bir başmağa ki, gərək mən səni gəzdiyim qıznan tanış eləyəm və həm də ki, onun ata-anasıyla, odur ki, gərək bəs onlara qonaq gedək. Nə qədər elədimsə də ki, əşi, nə vacib olub, dedi yox ki, yox. Və mən ən nəhayətdə aman–zaman bircə oğlumun könlünü sındırmaq istəmədim və doğrusu, elə özum də gələcək gəlinimi görməyə maraqlanırdım. Və odur Ardı »

AnarKönlümüzün gecəsi

Könlümüzün gecəsi

–Hə, bəs o necə oldu? –Kim? Rüstəm, Əjdər və Şəhla dəniz kənarında qumun üstündə uzanıb özlərini günə verirdilər. Əjdər təəccüblə Şəhlaya baxdı. –O da – deyə təkrar elədi. Şəhla başa düşdü. –Hə, o? Məktəbə girdi də. –Orta məktəbə? –Hə. Birinci sinifə. –Axı o deyəsən institutda oxuyurdu. –Bəli. İnstitutu qurtardı, sonra da getdi girdi birinci sinfə. Rüstəm beli üstündə uzanmışdır. Başını qaldırıb: – yenə başladınız – deyə narazı baxışlarla Əjdərə və Şəhlaya baxdı. Şəhla həvəssiz gülümsündü. Əjdər dedi: –Buna bax, inanmır. Kişi birinci sinifdə oxuyurdu da. –Hə də – deyə Şəhla söhbəti davam elədi. –Oğlunu birinci sinifə götürmədilər. Odur ki, özü gedib Ardı »

AnarDantenin yubileyi

Dantenin yubileyi

Bu gecə bu qoca bu ocaq.

- Bu gecə. Bu qoca. Bu ocaq.

- Bu gecə, bu qoca, bu ocaq.

- Yox, yox, bir də yox.

Tamaşa salonu bomboş və qaranlıq idi. Salonun orta sıralarından birində ikicə nəfər əyləşmişdi - Rejissor və rəssam. Daha doğrusu rəssam Rejissorun arxasında - daldakı sırada oturmuşdu, Rejissorun çiyni üzərindən irəliyə əyilib səhnəyə baxırdı.

Rejissorun qarşısındakı kiçik masa zəif çıraqla işıqlanmışdı. Masanın üstündə çıraqdan başqa pərakəndə kağızlar, karandaşlar, külqabı, disksiz qara rəngli daxili telefon, bir şüşə «Badamlı» və bir stəkan vardı.

Məşq gedirdi.

Rejissor yerindən sıçrayıb iti addımlarla səhnəyə tərəf getdi. Sol procektorla işıqlandırılmış səhnədə iki nəfər qrimsiz aktyor dayanmışdı. Libasları da elə Ardı »

AnarQırmızı limuzin

Qırmızı limuzin

Yeddi təpəli şəhrimdə
İtirdim qönçə gülümü
Nə də düşünmək ölümü
Nə ölümdən qorxmaq ayıb.
Nazim Hikmət

O, qəfilcən dayandı. Ətrafa boylandı. Buralar ona həm tanış gəlirdi, həm də bu dar küçəni sanki ilk dəfə görürdü. Bir ya ikimərtəbəli evlər, səliqəsiz həyətlərin qarışıq qoxuları, sal divara dirənən kor dalan. O, ya sanki çox uzaqlarda qalmış xəyal kimi, ilğım kimi, süzülüb nazilmiş xatirələr kimi, bulanıq yuxu kimi qeyri-müəyyən bir aləmi andırırdı. Uşaqlığının anımlarıydımı bu?

Yox, uşaqlığı bu məhəllədə keçməmişdi. Bəlkə haçansa, çox illər qabaq buralara kimsə qonaq gəlibmiş, bəlkə bu evlərin birində qohumları, ya dostları, tanışları yaşayırmış. Yadına sala bilmirdi. İşlədiyi idarənini yolu bu küçələrdən keçmirdi. Şəhəri sərgərdan dolaşıb Ardı »

AnarBayram həsrətində

Bayram həsrətində

Fatma xala dovğa bulayırdı. Məstan pişik tənbəl-tənbəl döşəmənin üstünə sərələnmişdi. İri divar saatının kəfkiri sağdan-sola, soldan-sağa var-gəl eləyirdi. Küçədən qutab satan arvadın cır səsi eşidilirdi: –Qutab var a! Qutab var a! Bürkü idi. Kimsə radionu bərkdən qurmuşdu. Muğamat konserti verilirdi. Hərdənbir küçədən keçən maşınların səsi eşidilirdi. Həyətdəki iri şah tutun altında bir dəstə ali məktəb tələbəsi imtahana hazırlaşırdı. Aşağı qonşular dalaşırdılar. Yuxarı qonşular paltar sərirdilər. Sağ tərəfdəki qonşular bərkdən şaqqıldayıb gülürdülər. Sol tərəfdəki qonşular evdə yox idilər. Həyətdə uşaqlar oynayırdılar. Bir oğlan və bir qız ipi tutmuşdular, başqa bir qız ipin üstündən o yana, bu yana tullanırdı. Kimsə həyətdəki kranı bağlamağı Ardı »

AnarGürcü familiyası

Gürcü familiyası

Bu nə qəribə teleqram idi: «Muradov Oqtaya 29 Bakıdayam Reys 203 Qarşıla» İmzasız! 203-cü reyslə uçan təyyarə Moskvadan gəlir.

Amma axı kim ola? Moskvadan heç kəs gələsi deyil.

Heç kimi gözləmirəm. Bu teleqramı kim vurub görəsən?.. Ağlıma heç kəs gəlmir.

Hələ yaxşı ki, teleqramı anam alıb. Bacım alsaydı, gör nə mərəkəydi. Düz bir il məni dolayacaqdı.

Səhər erkən aeroflot avtobusunun yumşaq kürsüsünə sərələnib öz-özümə fikir eləyirdim: yaxşı, axı mən kimi qarşılamağa gedirəm?

Avtobus şəhərin yuxulu küçələrindən keçirdi. Mən gələcək müsafirim haqqında düşünərək pəncərədən yatmış şəhəri seyr edirdim.

Yavaş-yavaş yuxudan oyanan şəhərin səhər mənzərələri fikirlərimi yayındırırdı və mən naməlum teleqramın müəllifi haqqında qəti bir qərara gələ bilmirdim.

Şəhərə sübh Ardı »

AnarTaksi və vaxt

Taksi və vaxt

Bir küçənin tinində dayanmışdıq. İstiydi. O, maşın gözləyirdi. Məni çöldən köynəyim dalayırdı, içəridən ürəyim. Maşınlar bir–bir ötürdu. Hər dəfə evin yanından maşın burulanda ikimiz də diqqətlə baxırdıq. Yanları dama–dama naxışlı, qabaq şüşəsi yaşıl işıqlı taksini gözləyirdik. O, intizar içində. Mən ağrıyla. Maşınlar bir–bir ötürdülər. Taksilər gəlmirdilər. Bir taksi ötdü. Amma adamlaydı. Mən tərəddüd içindəydim: deyim, deməyim? O, bu gün başqa şəhərə gedirdi. Qatar bir saatdan sonra hərəkət edəcəkdi. Onu ötürmək istədim. Razı olmadı. Yalnız küçəyə, taksiyə qədər ötürməyə icazə verdi. Bəlkə elə belə yaxşıdır. Bilmirəm birmi, beşmi, onmu dəqiqə sonra döngədən sıçrayacaq, dama–dama naxışlı, qabağı yaşıl işıqlı bir taksi onu məndən Ardı »