Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

İsgəndər EtibarDoğmalıq....

Doğmalıq....

Əzizləyir analar
Qundaqda körpəsini,
Elə bil ki, oxşayır
Dənizlər ləpəsini.
Qıymır düşə uzağa
Qaya da qəlpəsini.

Səs məndə sözlənir, mənəm hər sözüm,
Mən sözün ocağı, söz mənim közüm!

Öyürlər, öyürlər “ölü” Sabiri,
Görmək istəmirlər diri Sabiri! Ardı »

İsgəndər EtibarAvtobusda düşüncələr

Avtobusda düşüncələr

Bir dilim alovsan,
Şölələnirsən.
Yandırıb-yaxırsan,
Külə dönüncə.
Sən də sönərsən,
Kül qalıb torpaqda
Gülə dönüncə.

Çətin səni unudam
həsrətindən kövrələn
Bir əlçim buludam;
Yağıram misra-misra.

Dünyaya deyib sözümü,
Tanıtdım özümü...
Özü bilsin,
Saxlayır, saxlasın,
Silir, silsin izimi.

Bu, ondan şirindi,
O, bundan incə.
Gözəllərdən doymadım,
Doymaram ölüncə.

Doymaq olmur,
Gözəldi yaman;
Hiyləsindən
Aman! Aman!..

Mənim ömrüm bir dəniz,
Sən, üzməyi bacarmayan
Bir insan.
Atılma mənə, batarsan.
Mən Kürəm, sən Araz,
Qatılma mənə, itərsən.

İskəndər odlu,
İskəndər adlı
Bir nağıl vardı,
Tanrı vermişdi,
Tanrı da aldı.

Lütəm,
Lüm-lütəm, Allah,
mənə isti köynək ver.
Böyük sevgi vermisən,
Bir az da göynək ver.

Hər yazan şair deyil,
Hər yazı şer deyil,
Ruh gəlir sözə, şerə
Onda ki, şair deyir.

Gedirəm hara,
Xaqani taleyi izləyir məni,
Qarabaqara.

Dindirmə, səs salma, diksinə bilər
Könlüm həsrətinin vüsalındadır.
Elə şirinləşib, isnişib mənə,
Həsrətin sevgimin vüsalın dadır.

Gözlərimdə yaş qurumaz,
Damla-damla qırılmaz,
Axıb gedər çay kimi.
Gözlərimdə yaş qırmızı,
Baxdın, baxdın, bilmədin,
Xəbərdaram zülmündən,
Zalım qızı!...

Bu Ardı »

İsgəndər EtibarBalaca böyüklər

Balaca böyüklər

Dərdim bahar buludu,
Dərdim buğda unudu.
Qoymur məni üşüyəm,
Sanki dəvə yunudu.
Satmaram, dünya verib,
Alan ola.
Sən kimsən
dərdimi çəkəsən?
Dərdim mənə əzizdi,
Get dərdini çək sən.

İşıq əllərini yanına salıb,
Günorta namazı qılır al Günəş.
Enib üfüqəcən, səhərə kimi
Tanrı səcdəsində qalır al Günəş.

Gözlərim çiçəklənib;
yoluna göz dikdiyin,
Deyilməyən,
Dilimlənib yeyilməyən,
Hələ
Qeybətlənməyən,
Qiymətlənməyən
Sözdən gəlirəm!
O sözdən ki;
Yer üzünə gələcək,
Bəlaları siləcək!
O sözdən ki,
Tanrı belə dözməyir,
O da onu gözləyir!

Əlimi qoymuşam sinəmin üstə,
Ürəyim əlimlə pıçıldaşırdı.
Bu, ona, o, buna
Nə dedi, nə demədi, bilmirəm.
Nə o Məcnundu,
Nə bu Leyli,
Hər ikisi
Məndən gileyli.

İşıq sayğacı kimi
Ömrüm yazır günlərimi,
illərimi...
Bir gün
hesablayıb yazacaqlar;
enerji sərfimi,
ömrümdəki səhvimi.
Ömrümün
kordioqrammasını çıxardacaqlar,
Deyəcəklər
Ömrüm necə döyünüb,
harda söyülüb,
harda öyünüb?
harda döyülüb!..

Gözlərinin şüası
Lazer şüası kimi
Kəsib içimdə kini,
Azadlığa buraxıb
içimdəkini.
Kinimin
kəsilmiş budaq kimi
Tökülür yarpaqları... Ardı »