Şirvanşahlar dövlətində sosial münasibətlər, sinfi mübarizələri və şəhər quruluşunu öyrənmək baxımından yazılı mənbələrin verdiyi məlumatlar dağınıq və cüzidır. Bu boşluğu, əsasən, Bakı və Abşeronda, Şamaxıda, Dərbənddə və Şirvanın digər şəhər və yaşayış yerlərindəki çoxlu memarlıq abidələrindəki daş kitabələr, habelə həmin dövr Şirvan hakimlərinə məxsus numizmatik məlumatlar doldurur. XI-XIV əsrlərə aid narrativ mənbələrdə, XII əsr şairlərinin (Nizami Gəncəvi, Fələki Şirvani, Xaqani və b.) əsərlərində müxtəlif sosial terminlərin, epiqrafik abidələrdə və sikkə legendalarında Şirvanşah, əmir, xaqan, xan, sultan, məlik, vəzir, hacib, sədr, sipahsalar, şeyx, qazi, əlquzat, rəis, amid, amil və s.titul və rütbələrin xatırlanması göstərir ki, həmin dövrdə Şirvanın şəhərlərində inkişaf etmiş feodal Ardı »