Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanşahlar dövlətiI Fərruxzad

I Fərruxzad – Şirvanşahlar dövlətinin iyirmi dördüncü hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu.

I Axsitanın qardaşı oğlu II Fəribürz ibn II Əfridundan sonra, Axsitanın qardaşı, III Mənuçöhrün dördüncü oğlu Fərruxzad hakimiyyətə keçmişdir.

İndiyədək Fərruxzadın sikkəsi tapılmamışdır. Görünür, o, çox qısa müddət, ehtimal ki, bir ilə yaxın hakimiyyət sürmüşdür. I Fərruxzadın adı onun öz şəcərəsini göstərən oğul və nəvələrinin sikkələrindəki kitabələrdə, habelə epiqrafık abidələrdə -Mərdəkan kəndindəki dairəvi qalada oxunur: "...Gərşəsb ibn Fərruxzad ibn Mənuçöhr..." Kitabədə tarix göstərilmişdir: mərdad ayı, altı yüzüncü il (avqust, 1204-cü il). Görünür, Fərruxzad qoca vaxtında, çox az, ehtimal ki, XIII əsrin əvvəlində hakimiyyətdə olmuş və onun hakimiyyəti h.600 (1204)-cü Ardı »

Şirvanşahlar dövlətiŞah İsmayılın birinci Şirvan yürüşü

1500-cü ildə qızılbaş əmirlərinin İsmayılın qışladığı Ərzincanda keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni olan Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərara alındı. Şirvanşahlar tərəfindən öldürülən atası və babasının intiqamını almaq istəyi ilə yaşayan İsmayıl, əmirlərinin Gürcüstana və Ermənistana bir neçə basqınından sonra h.906 (1500)-cı ildə Fərrux Yasara qarşı 7 min qızılbaşla hücuma keçdi. Lakin İsmayıl Şamaxıya daxil olanda, öyrəndi ki, bütün əhali şəhəri tərk edərək dağlarda gizlənmiş, Şirvanşah Fərrux Yasar isə Qəbələ qalasına çəkilmişdir. Lakin Qəbələyə hücum etmək fikrində olan İsmayıl, Şirvanşahın Gülüstan qalasına üz tutduğunu öyrəndi. Lakin Şirvanşah qalaya yetişə bilmədi, İsmayıl qızılbaş qoşunu ilə Cabanı adlanan yerdə onu Ardı »

Şirvanşahlar dövlətiI Axsitan - Ailəsi

Tamaranın bacısı İsmətəddin Səfvətəddin Səfvət-İslamla (ö. 1192) evlənmişdir. Axsitanın dörd qızı və iki oğlu olmuşdur. Xaqani Axsitanın Gürcüstana səfəri zamanı ona yazdığı məktubda Şirvanşahın körpə oğlu "Məlik Fəxr əd-Dünya və-d-Din oğlu məlik Əbül Fəth Məhəmməd şah"ın adını çəkir. Xaqani Şirvanın vəliəhdinin tərbiyəçisi və müəllimi olmuşdur. Axsitanın bu oğlu uşaq ikən, 1176-ci il axırlarında Şirvanda ölmüşdü. Axsitanın arvadı təqribən 117t-cı ilin axırında, yaxud 1177-ci ilin əvvəlində bir oğlan da doğmuşdu. Bu, Nizaminin "Leyli və Məcnun" poemasında oğlu Məhəmmədi etibar etdiyi vəliəhd idi. O vaxtlar Mənuçöhr adlanan şahzadənin təqribən 11-12, Nizaminin oğlunun isə 14 yaşı vardı. H.571 (1176)-ci ildən Təbrizdə yaşayan Ardı »

Şirvanşahlar dövlətiQubad ibn Yezid

Fəaliyyəti[redaktə]
Şirvanşah Əbu Mənsur ibn Yezidin ölümündən (1043) sonra hakimiyyətə onun qardaşı Qubad ibn Yezid gəlmişdir. Hələ Şirvanşah Əbu Mənsurun hökmranhğı dövründə Şirvanşahla hərbi rəislər arasında çəkişmələr davam edirdi. H.436 (1044)-cı ildə əl-Bab əmiri ilə hərbi rəislər arasında nifaq düşdü. Onlar əmirin üstünə hücum çəkdilər, onun arvadı Şəmkuyyəni ələ keçirib qardaşı Şirvanşah Qubadın yanına göndərdilər. Qubad Şəmkuyyəni qalaya saldı, lakin sonra azad etdi və h.437 (1045)-cı ildə ərinin yanına qaytardı. Elə həmin il Qubad türk oğuzların hücumundan qorxaraq paytaxtı Yəzidiyyənin ətrafına yonulmuş daşdan möhkəm qala divarı çəkdirdi və dəmir qapı qoydurdu. Qubad altı il səltənət sürüb h.441-cı il səfər ayının 24-də (28 Ardı »

Şirvanşahlar dövlətiI Keykavus

Fəaliyyəti[redaktə]
III Axsitanın ölümündən sonra Şirvanda, onun oğlu Keykavus ibn III Axsitan hökmranlıq etmişdir. Akademik Dorn özünün yol qeydlərində Pir Hüseyin xanəgahındakı h.693 (1293/4)-cü ilə aid kitabədəki aşağıdakı adların çəkildiyini xatırlayır: Məlik Keykavus ibn Güştəsb ibn Axsitan, rəcəb 693 (iyun, 1294)-cü il. Dorn kitabənin məzmununu vermir və "məlikin adının oxunmasında xeyli tərəddüd edir".

Minarənin şərq tərəfindəki bu ikisətirlik kitabəni oxuyan Ə.Ə.Səidzadə yazır: "Nəticə olaraq xanəgahdakı Pirhüseyn Şirvaninin (Şirvanın) adı çəkilən bir kitabəyə diqqət yetirək. Bu, minarənin şərq tərəfindəki ikisətirlik kitabədir. 1. "Be-name-Allah dər əhdi şahi-adil Keykavus, qədri-zeydə adilə, in imarəti-minarəra dər xaneqahi şeyxi pir Şirvanan Pirhüseyn, qüds ül-Allahi rühə". "Allahın Ardı »

Şirvanşahlar dövlətiDərbəndilər

Dərbəndilər – Şirvanşahlar sülaləsinin üçüncü qolu (1382-1538). Şirvanşahların sülalə bölgüsü barədə müxtəlif mülahizələr mövcuddur, son tədqiqatlara görə ayrıca sülalə olmayıb, vahid Şirvanşahlar xanədanının bir mərhələsini təşkil etmişlər.

Dərbəndilərin hakimiyyəti dövründə Şirvanın müstəqilliyi uğurunda Qızıl Orda Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular və Səvəfilərlə müharibələr aparılmışdır. Şirvanda ipəkçilik, sənətkarlıq, ticarət inkişaf etmiş, Şamaxıda və Bakıda quruculuq işləri görülmüşdü. Qonşu ölkələrə, o cümlədən Böyük Moskva knyazlığı ilə ticarət əlaqələri və diplomatik münasibətlər yaranmışdı. Səfəvi hökmdarı I Təhmasibin dövründə Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoydu. Ardı »

Şirvanşahlar dövlətiAzərbaycanın birləşdirilməsi cəhdi

1406-cı ilin baharında Əbu Bəkr Xoca Məhəmməd Dəvani və Zeynəddin Qəzvininin müvəkkillərinin şəhərin bürclərini və istehkamlarını bərpa etmək üçün şəhər əhalisindən böyük məbləğdə pul tələb etmələri ilə əlaqədar Təbrizdə üsyan baş verdi. Bu vaxt Teymuri Əbu Bəkr Təbrizi tərk etmişdi və başı qardaşı Ömərlə müharibəyə qarışmışdı. Üsyanın başında şəhər tamğası (şəhərin baş vergi yığanı) Şeyx Əxi Qəssab və sənətkar karxanalarının digər rəisləri dururdu.

Bu zaman xəbər gəldi ki, əmir-Bəstam Cəyir Təbrizdə iğtişaşlar baş verdiyini bilib ora yollanmışdı Hadisələrdən istifadə edən Şeyx İbrahim də öz qoşunları ilə Təbrizə doğru hərəkət etdi. Teymurilərin asılılığından çıxmış Şeyx İbrahim ölkəni vahid bir dövlətdə birləşdirmək məqsədilə Cənubi Ardı »

Şirvanşahlar dövlətiII Afridun ibn Mənuçöhr

Zöhrətəddin II Əfridun – Şirvanşahlar dövlətinin iyirminci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu.

Mənuçöhr h.555 (1160)-ci ildə öldükdən sonra Şirvanşahlar taxtına çox qısa müddətdə onun oğlu Afridun çıxmışdır. O, özündən sonra nə numizmatik, nə də digər başqa bir abidə qoymuşdur. Afridunun adına onun oğlu Fəribürzün sikkələrində öz şəcərəsini göstərən yazılarda təsadüf edilir. Afridun elə həmin ildə öldürüldükdən sonra Mənuçöhrün başqa bir oğlu - Axsitan Şirvan hökmdarı olmuşdur.

Fələki Şirvani qəsidələrinin birində Əfridunu tərifləyərək deyir:

Çox illər yaşasın Zöhrətəddin,
Dövrün məkrlərindən uzaq olsun,
Fəridun şahzadədir aslan ürəkli,
Təkcə atası var dünyada onun təki

Ziya Bünyadov şair Xaqaninin də Əfridundan bəhs etdiyini qeyd edir. Ardı »