Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarÖvlada Hansı Adın Qoyulmasının Nə Mənası Var? (İsl

İnsan həyatında adın əhəmiyyəti böyükdür. Körpənin həyatının başlanğıcı, dünyaya təqdimatı ad vasitəsilə baş verir. Ad – insanın şəxsiyyəti, kimliyi, identifikasiya kodu, cəmiyyətdən seçilib fərdiyyətə çevrilmə alətidir. Çox vaxt ətrafdakıların insana münasibəti də müəyyən mənada addan asılı olur. Yəni bəzən bir kəsin adını eşitməklə subyektiv olaraq bizdə o un barəsində təsəvvür yaranır. Həmin adamla eyni adı daşıyan və tanıdığımız şəxslər arasında paralellər qurmağa çalışırıq. Sevdiyimiz şəxslərlə adaş olanlara istər-istəməz rəğbət bəsləyir, düşmənlərimizin yalnız özünə deyil, adına da nifrətlə yanaşırıq. Bu gün də bir çoxlarımız imamların səhabələri arasında Müaviyə, Yezid adlı mömin şəxslərin olması faktını heyrətlə qarşılayırlar. Çünki əsrlərdir ki, bu adlar bizim Ardı »

Maraqlı melumatlarNİCAT YOLU ÇƏTİNDİR

Əziz oxucu! Nicat yolunun əvvəli çətin və keşməkeşlidir. Buna baxmayaraq, sən bu çətinliyə tab gətirə bilsən, əbədi ləzzətlər dünyasına qovuşar, şiddətli əzablarla dolu olan bir diyardan isə xilas olmuş olarsan. Cəhənnəmə aparan yolu başlanğıcı isə fərqli olaraq çox asan və xoşagələndir. Lakin sən bu yolun gözəlliyinə aldansan, o səni əbədi bədbəxtçiliyin hökm sürdüyü bir məkana çatdıracaqdır. Elə isə buyur, hansı yolun yolçusu olacağını özün heç! Sonda əmin-amanlığa və səadətə çatacağına ümid edərək haqq yolun çətinliyinə və çala-çuxuruna dözə biləcəksənmi? Yoxsa əyri yollarda müvəqqəti naz-nemətə və ya boş eyşi-işrətə uyub aldanacaqsan?!
Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurmuşdur: «Cənnət pisliklərlə, Ardı »

Maraqlı melumatlarOturaraq su içməyin ayaq üstə su içməklə fərqi nədir?

Oturaraq su içməyin ayaq üstə su içməklə fərqi nədir?



Hz.Muhəmməd (s.): - "Əgər ayaq üstə su içən kimsə, mədəsinə verdiyi zərəri bilsəydi, içdiyi suyu şübhəsiz ki geri qaytarardı."

İnsan mədəsinin ayaqda dayanarkən və oturuq vəziyətdəki həzm forması müxtəlifdir.
Ayaq üstə olan bir insan əgər maye qida qəbul etsə, bu qida birbaşa onikibarmaq bağırsağa keçir.
Əgər insan maye qidanı oturaraq qəbul etsə bu qidalar əvvəl mədədə yığılar, asitlə qarışaraq sterlize edilər, mikrobları ölər və sonra onikibarmaq bağırsağa keçər.
Buna görə də insanın oturaraq su içməsi onu bir çox xəstəliklərindən qorumuş olar. Ardı »

Maraqlı melumatlarHəzrəti Ömərin Öyüdləri

İnsanı insan edən üstünlükləri doğru istifadə etmək üçün, Hz. Ömər öyüd verir.

1.Günah və harama düşmək narahatlığıyla şübhəli şeylərdən uzaq dayanmadıqca ağılın
faydası olmaz

2.Elmin olmadıqca ərdəmin faydası olmaz.

3.Allah`a qarşı təvazökar bir həssaslıq sevgi və ürpərdi duyğuları daşımadıqca xilas olmanın faydası olmaz.

4.Ədalət olmadıqca rəhbərliyin faydası olmaz.

5.Ədəb olmadıqca zadəganlığın faydası olmaz

6.Cömərdlik olmadıqca zənginliyin faydası olmaz

7.Güvən olmadıqca sevincin faydası olmaz

8.Qənaət olmadıqca kasıblığın faydası olmaz

9.Təvazökarlıq olmadıqca yüksəlmənin faydası olmaz. Ardı »

Maraqlı melumatlarQurani Kərim. 2. Bəqərə ('İnək') surəsi (120-140 a.y)

"Bismillahir rahmani rəhim"

121. Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirənlərdir. Onu inkar edənlər isə ziyana uğrayanlardır.
الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَتْلُونَهُ حَقَّ تِلَاوَتِهِ أُولَٰئِكَ يُؤْمِنُونَ بِهِ ۗ وَمَنْ يَكْفُرْ بِهِ فَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ

122. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və vaxtı ilə sizi aləmlərdən üstün etdiyimi xatırlayın
يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ

123. Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən bir fidyə qəbul edilməyəcək, heç kəsin şəfaəti fayda verməyəcək və onlara kömək göstərilməyəcək.
وَاتَّقُوا يَوْمًا لَا تَجْزِي نَفْسٌ عَنْ نَفْسٍ شَيْئًا وَلَا يُقْبَلُ مِنْهَا عَدْلٌ وَلَا تَنْفَعُهَا Ardı »

Maraqlı melumatlarİSLAMDA GENC OĞLAN QIZ_2 _NİN ARDI.

Qezeblendirmeyek.

Sual olunur: Men bir genc qızam. bir oğlanla, birbirimizi sevirdik. Uzun müddet elaqede olduq, oğlan meni bir gün başdan çıxarıb, menimle eleqede oldu.Ve sonra meni almadı başqasıyla evlendi. İndide menimle yene görüşmek isteyir. Birde o, menle elaqede oldu, men qız deyilem artıq. Men neyleyim?

Cavab: Evvela diyim ki, sizin ki sevgi olmayıb. Sizin artıq evli bir beyle görüşmeniz, hem İslami hemde ürfü (yeni cemiyyetin baxışı) baxımdan qebul edilmezdir.Sizin tek çıxış yolunuz o oğlanla evlenmekdedir, bu hem İslami hemde ürfü baxımdan caizdir. Bir kişi iki qadınla evlene biler amma bir qadın iki kişiye ere gede bilmez. Siz çalışın o oğlanla evlenin. Bu Ardı »

Maraqlı melumatlarÖLÜM ANINDA İNKAR EDƏNLƏRİN YAŞADIQLARI PEŞMANÇILIQ

Yaşadıqları müddətdə insanlara Allah (c.c.)dan qorxub çəkinmələrini, sonsuz cənnət və cəhənnəm həyatının varlığını, hesab günü üçün hazırlıq etmələrinin vacib olduğu bir neçə dəfə xatırladılar. Ancaq inkarçılar bu çağrılara hər dəfə mənfi cavab verər vəbu qiymətli öyüddən faydalanmazlar. Məhzbu səbəblə də, ölümlə qarşılaşdıqlarında yaşadıqları böyük peşmançılığın əsl səbəblərindən biri, “öz əlləri ilə” özlərini belə bir vəziyyətə soxmuş olmalarıdır. Kimsə onları məcbur etməmişdir, ancaq onlar bu pis sonu özləri hazırlamışdır. Ölüm anı ilə birlikdə inkarçılar böyük bir əzab çəkməyə başlayarlar. Bu əzabın başlanğıcı, Allah (c.c.)ın ayələrdə bildirdiyi kimi, ölüm anında yaşanan böyük qorxudur. O gün insanların yaşadığı qorxunu Rəbbimiz belə xəbər verir:
(Ölüm qorxusundan) Ardı »

Maraqlı melumatlarTÖVBƏ DİLƏMƏK ÜÇÜN ƏN YAXŞI VAXT

(İslami saytlara istinadən)

Dua və ibadətin saatı

Gecə və gündüz ərzində xüsusi saat, ay ərzində xüsusi gün və il ərzində xüsusi ay tövbə etmək və Allahdan üzr istəmək üçün qənimət hesab edilməlidir.

Əgər bu dövrü insan ömrünün qızıl dövrü adlandırsaq, bu əməlin dəyərli nəticəsi haqda nə desək - azdır. O kəs ki, səadətin nadir tapılan kamal və mənəviyyatının axtarışındadırsa, gərək bu qızıl fürsətlərdən istifadə etsin.

Hər gecənin səhəri

Tövbə etməyin ən dəyərli vaxtlarından biri səhər çağıdır. Allah öz saleh bəndələri haqda danışarkən buyurur: “Onlar gecələr az yatırdılar. Səhərlər isə Allahdan məğfirət diləyərdilər”. (“Zariyat” 17,18). Bütün peyğəmbərlərin, övliyaların yanaşması belə idi ki, səhər çağı istiğfarı tərk Ardı »