Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Şövkət ƏləkbərovaOxu Tar – Şövkət Ələkbərova

Oxu tar! Oxu tar!
Səsindən ələnib
Şe’rlər dimləyim.
Oxu tar! Oxu Tar!
Nəğməni su kimi,
Alışan ruhuma çiləyim.
Ey geniş kütlənin,
Acısı-şərbəti,
Alovlu sənəti.

Zilin var, vəsətin bəmin var,
Sənində quşların
Dəmindən ayrılan
Bir özgə qəmin var.
Sənində avara eyləmiş,
Dağınıq telli bir “Zəfərşan”
Onun üçün Segahın danışır,
O sarı sşmlərin lisanı
Salmazmı heyrətə insanı. Ardı »

Şövkət Ələkbərovaİstə – Şövkət Ələkbərova

Öz məğrur eşqimdə təmənnasızam, (2)
Bir damla istəsəm, bir ümman istə! (2)
Mən ki, bir dünyalıq baharam, yazam,
Bircə gül istəsəm, gülüstan istə!
Öz məğrur eşqimdə təmənnasızam,
Bir damla istəsəm, bir ümman istə!
Mən ki, bir dünyalıq baharam, yazam,
Bircə gül istəsəm, gülüstan istə!

Mənə ulduz boyda işıq ver desəm, (2)
Sən məndən Günəşli asiman istə! (2)
Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü ərməğan istə!
Mənə ulduz boyda işıq ver desəm,
Sən məndən Günəşli asiman istə!
Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü ərməğan istə! (2) Ardı »

Şövkət ƏləkbərovaSən dönsən də mən dönmərəm – Şövkət Ələkbərova

Ay şöhrətim şanım mənim
Halı pərişanım mənim
Küsüb məndən özgələrdən
Məni soruşanım mənim
Sən dönsən də mən dönmərəm
Günəş sönər mən sönmərəm
Əzabından deyinmərəm
Var bölə nişanım mənim

Burazda səbir eylə ey yar mehriban gəlirəm
Sənin yolunda fədadır bu cisim o can gəlirəm
Vəfalı bülbülünəm həsrəti camalınla
Çəmən çiçəkləri tək bağrım oldu qan gəlirəm
Mənə təsəlli verən bir sənin xəyalindir
Özgə bir dilbərə halım dəyər bəyan gəlirəm
Behişt ola qürbət genə cəhənnəmdir
Vətən məhəbbəti vermir mənə aman gəlirəm
Mənim bu halımı Vahid nigara tez yetirin
Unutmasın məni o yarı həmzəban gəlirəm

Sən gizlədib gül üzünü
Gəl qaratma gündüzümü
Söz eyləyib hər sözümü
Küsüb barışanım mənim
Sən dönsən də mən dönmərəm
Günəş sönər mən sönmərəm
Əzabından deyinmərəm
Var bölə nişanım mənim Ardı »

Şövkət ƏləkbərovaSarı bülbül – Şövkət Ələkbərova

Vətən bağı al əlvandır,
Yox üstündə xarı bülbül,
Ömür sürməli dövrandır,
Səsin gəlsin sarı bülbül,
Səsin gəlsin sarı bülbül,
Sarı bülbül,
Sarı bülbül,
Sarı bülbül,
Geyib yaşıl donun çöllər,
Həvəsində aç
Töküb şirin-şirin dillər,
Gəl oyadaq yarı bülbül,
Gəl oyadaq yarı bülbül,
Yarı bülbül,
Sarı bülbül,
Sarı bülbül,
Bülbül sənin işin qandır,
Aşıqlar oduna yandı,
Nədən hər yerin əlvandır,
Köksün altı sari bülbül,
Köksün altı sari bülbül,
Sarı bülbül,
Sarı bülbül,
Sarı bülbül, Oxu quşlar dilə gəlsin,
Xoş nəfəsin zilə gəlsin,
Yarım gülə-gülə gəlsin,
Mən çalanda sazı bülbül,
Mən çalanda sazı bülbül,
Sazı bülbül,
Sazı bülbül,
Sazı bülbül, Ardı »

Şövkət ƏləkbərovaQəmgin mahnı – Şövkət Ələkbərova

Mən çox gün görmədim
Bil ki, dünyada…
Ah, nə dərdə düşdüm
Cavanlıqda mən…

Hər gülün rəngini
Salıram yada, mən yada…
Ağlaya-ağlaya…
Ağlaya-ağlaya…
Qaranlıqda mən…

Bax, gəlib ilk bahar,
Qaynayır sular…
Gör, nələr söyləyir
Quşların səsi…

Ürəyimdə şirin
Ən xoş arzular, arzular…
Dilimdən düşməyir,
dilimdən düşməyir,
Sevgi nəğməsi… Ardı »

Şövkət ƏləkbərovaQurban Adına – Şövkət Ələkbərova

Qurban adına, bir sal yadına,
Sənin oduna, yandım bilmədin.
Yetər qüssə, qəm, mən seni hərdən
Könlümə həmdəm sandım bilmədin.

Gərək biləydin, deyib güləydin,
Qurban adına, bir sal yadına,
Senin oduna yandım, bilmədin.

Ellər gözəli, məni sevəni,
Şux gözəlləri, dandım, bilmədin.
Ömrümün gülü, kolumun gülü,
Sevdiyim ili, ay gülüm, andım, bilmədin.

Nədir bu hicran?
Seni hər zaman,
Əziz mehriban, a gülüm, sandım, bilmədim. Ardı »

Şövkət ƏləkbərovaNizami – Şövkət Ələkbərova

Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləm də sənin şəninə şayan.

Gel eylə nəvaziş, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.

Sordum ki Könül haradadır? Aldım bu cavabı:
“Heç sorma, tapılmaz onu axtarsa da insan”.

“Rəhm eylə” deyib, sel kimi göz yaşımı tökdüm
Kim, qanım ilə oynama, ey afəti-dövran!

İnsafın əgər varsa, açıq de, bu Nizami,
Sənlə necə rəftar eləsin, ey mahı – taban? Ardı »