Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacıxan MəmmədovYadıma Sən Düşəndə – Hacıxan Məmmədov

Dağlara çən düşəndə
Sünbülə dən düşəndə
Ruhum bədəndə oynar
Yadıma sən düşəndə

Bu qala daşlı qala,
Cınqıllı, daşlı qala,
Qorxuram gec gələsən,
Gözlərim yaşlı qala.

Qızıl gül olmayaydı
Saralıb solmayaydı
Bir ayrılıq, bir ölüm
Heç biri olmayaydı

Bu qala daşlı qala,
Cınqıllı, daşlı qala,
Qorxuram gec gələsən,
Gözlərim yaşlı qala. Ardı »

Hacıxan MəmmədovAy Qiz Heyranın Ollam – Hacıxan Məmmədov

Bağa girdim üzümə,
Tikan batdı dizimə,
Əyildim çixartmağa, balam,
Yar göründü gözümə.

Ay qiz heyranın ollam,
Ay qiz ceyranın ollam,
Gedərsən yola sallam,
Qalarsan qadan allam,
Gedərsən yola sallam,
Qalarsan qadan allam,

Meynədə üzüm qaldı,
Dərmədim üzüm qaldı,
Bir evdə iki bacı, balam,
Birində gözüm qaldı.

Ay qiz heyranın ollam,
Ay qiz ceyranın ollam,
Gedərsən yola sallam,
Qalarsan qadan allam,
Gedərsən yola sallam,
Qalarsan qadan allam, Ardı »