Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

ElnarəMəhəbbət payım – Elnarə

Düşəndə yadıma sənli günlərim
Sinəmdə həsrətdən ocaq qalanır.
Başlanır dumanlı çənli günlərim
Ömrümə qəmli bir ömür calanır.

Xəyalım dolanır başımda mənim
Səni harda gəzim harda arayım?
Bu sevib sevilən yaşımda mənim
Tanrıdan budurmu məhəbbət payim?

Getdin gözlərində qəmli baxışlar
Mənimlə danışıb gülməyəcəksən…
Bəlkə gələcəksən yağan yağışla
Bəlkə də heç zaman gəlməyəcəksən

Xəyalım dolanır başımda mənim
Səni harda gəzim harda arayım?
Bu sevib sevilən yaşımda mənim
Tanrıdan budurmu məhəbbət payim? Ardı »

ElnarəAyrıldıq – Elnarə

Səninəm öz xeyalımda,
Hər şeyimsən bu dünyada.
Ürəyim sənlə döyünür,
Gözlərim tək səni görür.

Səninlə ayrıldıq bir zaman,
Adi həyatda qovuşmadan.
Bir-birimizi tanımadan,
Ayrıldıq o an.

Səninəm öz xeyalımda,
Hər şeyimsən bu dünyada.
Ürəyim sənlə döyünür,
Gözlərim tək səni görür.

Səninlə ayrıldıq bir zaman,
Adi həyatda qovuşmadan.
Bir-birimizi tanımadan,
Ayrıldıq o an. Ardı »