Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eldar MansurovMəktub – Eldar Mansurov

İzninlə bir dəfə yaşayır insan,
Nə zaman çıxarıq ruha, bilmirəm
Bütün yollarıma daş yağdırmısan,
Heç hara, heç yana çıxa bilmirəm.
Dünyaya qovduğun bəndəyəm mən də.
Güllər doluxsunar zərifliyindən.
Fağıra etdiyin zülmü görəndə
Qorxuya düşürəm zəifliyimdən.

Allah, rəhmin hanı, insafın hanı,
Bəndənlə nə üçün kin saxlayırsan?
Mənim ümidimin qapılarını
Niyə gah açırsan, gah bağlayırsan?

Rəhm et dərgahına üz tutanlara,
Şeytanın kölgəsi oluram, Allah!
Bu qədər əzabı gördükdən sonra
Mən necə insaflı qalıram, Allah?
Dözürəm, hönkürüb sızıldamıram
İniltim göynəyən yaramdan gəlir.
Səni aldatmıram, səni danmıram,
Tərbiyəm verdiyin həyatdan gəlir.

Allah, rəhmin hanı, insafın hanı,
Bəndənlə nə üçün kin saxlayırsan?
Mənim ümidimin qapılarını
Niyə gah açırsan, gah bağlayırsan?

Tanrının işinə qarışmaq olmur,
O qədər hökmü var, barışmaq olmur,
Nə üçün göylərdən soruşmaq olmur,
Dərd bizə, xoşbəxtlik axmağa gəlir?

Allah, rəhmin hanı, insafın Ardı »