Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AktyorlarTofiq Bayramov

[color=#f82e00]Aktyor
[redaktə]
Həyatı

Suraxanı rayonundakı 97 saylı orta məktəbi bitirib. 1965- 1969- cu illərdə M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunda aktyor sənətinə yiyələnib. Tələbə ikən C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Balaş rolunda oynayıb. İnstitutu bitirdikdən sonra təyinatını Sumqayıt Dövlət Dram Teatrına veriblər. Tofiq Qulaməli oğlu burada tamaşa qoyulan bir çox əsərlərdə müvəffəqiyyətlə çıxış edərək teatr rəhbərliyinin rəğbətini qazanıb. N.Həsənzadənin "Qoy bütün şərq bilsin", M.F.Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli şah", S.S.Axundovun "Tamahkar", Bokarenin "Poladəridənlər" əsərlərinin tamaşalarında Tofiq Qoçu Qələndər, Şahbaz bəy, Hacı Murad və Sanya rollarında rejissorların tələb etdiklərindən də yüksək səviyyədə çıxış edib. Bir müddət Musiqili Komediya Teatrında yaratdığı maraqlı obrazlardan sonra 1995- ci ildən Ardı »

AktyorlarMüxlis Cənizadə

Aktyor. Film səsləndirən. Arxiv kadrlar.Mündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 Həmçinin bax
4 Xarici keçid
4.1 Video
4.1.1 İzlə

[redaktə]
Həyatı

Müxlis Cənizadə 26 noyabr 1928-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunu və Dövlət Teatr İnstitutunu bitirib (Kazım Ziyanın kursu). 1953-1963-cü illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Müxlis Cənizadə dövrünün teatr və kino aktyoru, təkrarsız bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi tanınıb. 1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda dərs deyib. Teatr İnstitutunun Tədris Teatrında “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Üləmalar” və s. tamaşalara quruluş verib. Azərbaycan Radiosunun “Qızıl fond”unda və Dövlət Səsyazma Fondunda Müxlis Cənizadənin ifasında bədii qiraət nümunələri saxlanılır. Ardı »

AktyorlarOlqa Rojdestvenskaya

Olqa Sergeyevna Rojdestvenskaya (rus. О́льга Серге́евна Рожде́ственская; d.6 avqust 1969) — sovet və Rusiya müğənnisi, uşaq vaxtı bədii və cizgi filmlərdə ("Qırmızı papaq" bədii filmi, "Qızcığaz və delfin" cizgi filmi və s.) kadrarxası ifa etdiyi mahnılara görə məşhurlaşmışdır. Müğənni Janna Rojdestvenskayanın qızıdır.

Azərbaycan kinematoqrafiyasında 1979-cu ildə lentə alınmış "Mən mahnı qoşuram" filmində ifa etdiyi Sona roluna görə tanınır. Bu həm də onun kinoda ilk və yeganə roludur.
[redaktə]
Filmoqrafiya
Mən mahnı qoşuram (film, 1979) Ardı »

AktyorlarCeki Çan

Ceki Çan (əsl adı Chan Kong Sang 陳港生 və ya Jackie Chan Sing Lung, 7 Aprel 1954, Honq Konq) – Çin və Hollivud aktyoru, döyüş ustası, kunq-fu ustası, rejisor, müğənni,döyüş sənətlərinin və dava-dalaş filmlərinin ulduzu.Mündəricat [gizlə]
1 Həyatı
2 Film karyerası
3 Şəxsi həyatı
4 Filmoqrafiya
5 Həmçinin bax
6 İstinadlar
7 Ədəbiyyat
8 Xarici keçidlər

[redaktə]
Həyatı

Ceki Çan kasıb Honq Konq ailəsində dünyaya göz açmışdır. Hətta onlar o, qədər kasıb idilər ki, öz övladlarının doğumunu yerinə yetirən həkimlərə belə xərclərini ödəyə bilmirdilər. Ancaq sonradan ailə Avstraliyada yerləşən Amerikanın səfirliyində işləmək üçün iş tapdılar və Cekinin erkən uşaqlıq illəri bu materikdə keçdi. Lakin 6 yaşı tamam olduqdan sonra onu Ardı »

AktyorlarNatiq Rəsulzadə

Ssenari müəllifi. Əsər müəllifi. Aktyor. Verilişlərdə iştirak edən.
[redaktə]
Həyatı

05.06.1949-cu ildə Bakıda anadan olub. 1975-ci ildə Moskvada M.Qorki ad. Ədəbiyyat İnstitutunu bitirib. Azərbaycanın əməkdar incəsənət xadimi, Respublika Dövlət mükafatı laureatıdır.
[redaktə]
Filmoqrafiya
Bayramda yağış (film, 1985)
Biz qayıdacağıq (film, 2007)
Biz qayıdacağıq (veriliş, 2007) (II)
De ki, məni sevirsən! (film, 1977)
Dünən, bu gün, sabah (film, 1992)
Epizod (film, 2002)
Gecə qatarında qətl (film, 1990)
Girov (film, 2005)
Nə gözəldir bu dünya... (film, 1999)
Ovsunçu (film, 2003)
Pərilərə inanmayın (film, 1979)
Sifarişçi (film, 2000)
Sürpriz (film, 1977)
Vahimə (film, 1998)
Yaşa, qızıl balıq (film, 1988)
Ardı »

AktyorlarVaqif Cabbarlı

Vaqif Cabbarlı — rejissor, aktyor.
[redaktə]
Həyatı

Vaqif Cabbarlı 1957-ci ildə Bakının Binə qəsəbəsində anadan olub. 1964-1974-cü illərdə Binə qəsəbəsindəki 136 saylı orta məktəbdə təhsil alıb. Bakı Mədəni-Maarif texnikumunun Kütləvi tamaşalar rejissorluğu fakültəsini, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib.

Hazırda İctimai Televiziyanın kino-dublyaj departamentində böyük rejissor vəzifəsində çalışır.
[redaktə]
Filmoqrafiya
Dəfn edilməmiş ölülər (film, 1988)
Çinarlı şəhərin generalları. Birinci film (film, 1999)
Dalan (film, 2012)
Mömin və şeytan (film, 2002)
Ardı »

AktyorlarEldəniz Zeynalov

[color=#fd5b36]Zeynalov Eldəniz Məmməd oğlu - aktyor.
[redaktə]
Həyatı

Eldəniz Zeynalov 1 yanvar 1937-ci ildə anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1956-1962).

Tələbə ikən Eldar Quliyevin "Bir Cənub Şəhərində" filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb. Sоnralar tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, "Mоzalan" satirik kinojurnalının bir çох süjеtlərində yadda qalan оbrazlar yaradıb.

Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr Enmədi" (Özbəkfilm) filmlərində çəkilib. "Humay" mükafatı laureatı (1999), əməkdar artist (1974), xalq artisti Eldəniz Zeynalov 2001-ci Ardı »

AktyorlarTommi Li Cons

Tommi Li Cons (ing. Tommy Lee Jones; ( 15 sentyabr 1946-cı il, Texas, ABŞ) — Amerika aktyor və rejissoru, üç dəfə "Oskar" mükafatı alıb. Daha çox təmkinli şerif və xüsusi agent rollarının ifaçısı kimi tanınır.
[redaktə]
Filmoqrafiya
Qocalara burada yer yoxdur (film, 2007)
Ardı »