Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AktyorlarƏhməd Salahov

Əhməd Məmməd oğlu Salahov - Aktyor. Mətn oxuyan.
[redaktə]
Həyatı

Əhməd Məmməd oğlu Salahov 22 fevral 1964-cü ildə Bakıda anadan olub. İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1988). Gənc Tamaşaçılar Teatrında (1988-1991) çalışıb. “Ölüm Cəzası” (Lenfilm, 1986), “Kişilər Ağlamır” (2003, serial, Mosfilm)” filmlərində çəkilib. 13-cü Ümumittifaq kinofestivalının laureatı (1986), əməkdar artist (2002) Əhməd Salahov 1992-ci ildən Bakı Bələdiyyə Teatrında çalışır.
[redaktə]
Filmoqrafiya
Bakı oğrusu (film, 1997)
Bəyaz həyat (film, 2003)
Bircəciyim (film, 1986)
Əlvida (film, 2007)
Həyat varsa (serial, 2012)
Kənar adamlar (film, 1992)
Qaydasız döyüş (film, 2009)
Nizami (film, 1982)
Ruhun abidəsi (film, 2003)
Sən həmişə mənimləsən (film, 1987)
Yaddaş (film, 2010)
Yaradılış hikməti (film, 2003)
Zirzəmi (film, 1990)
Ardı »

AktyorlarTural Əliyev

Aktyor
[redaktə]
Həyatı

2005–cü ildən Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında aktyor işləyən Əliyev Tural Vidadi oğlu az müddətdə iki obrazda çıxış edib. (Ə.Səmədov “Gecikmiş bahar”)–Rəssam, (S.Vurğun “Vaqif”)–İlyas.
Aktyor Vidadi Əliyevin oğludur. Ardı »

AktyorlarFərid Rzayev

Fərid Rzayev - aktyor, televiziya aparıcısı.
[redaktə]
Həyatı

Fərid Rzayev 6 may 1977-ci ildə Bakı şəhərində dünyaya gəlib. "Oqni Baku" KVN komandasının aktyoru və ssenaristi, ANS TV-nin "Qayğanaq", "Səhər çağı" verilişlərinin aparıcısı və müəllifi, Lider TV-nin "Mərc şou" layihəsinin redaktoru, Space televiziyasında yayımlanan "VİP Klub" verilişinin aparıcısı olub. Hazırda Orxan Rzayevlə birgə "Qonağımız olun" verilişinin aparıcısıdır.
[redaktə]
Filmoqrafiya
Ci-Mi (film, 2008)
Halal pullar (film, 2008)
Ardı »

AktyorlarGəray Əlibəyov

Aktyor
[redaktə]
Həyatı

Sumqayıt Dovlət Teatrında aktyor, Veteran klubunda direktor (1986-1988), Araz kinoteatrında müdir müavini (1988-1990), Araz kinoteatrında direktor (1990-1993), "Sinema" kiçik dövlət müəssisəsində direktor (1988-1993) "Elşad K" şirkətinin prezidenti (1996-2000), Mədəni İnkişaf Mərkəzi ictimai birliyinin sədri (2007), ULUS FİLM prodüsser mərkəzinin direktoru (2008).
[redaktə]
Filmoqrafiya
Tütək səsi (film, 1975)
Sevinc buxtası (film, 1977)
Gözlə məni (film, 1980)
Qanlı zəmi (film, 1985) Ardı »

AktyorlarRuslan Hüseynov

Ruslan Hüseynov - Rejissor. İkinci rejissor. Aktyor. Veriliş quraşdırıcısı.
[redaktə]
Həyatı

Ruslan Zakir oğlu Hüseynov 25 sentyabr 1982-ci ildə Qazaxıstanda anadan olub.

Bakıda musiqi məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsində (2003-2007) təhsil alıb. Bir müddət T.İsmayılov adına Uşaq Yaradıcılığı Sarayının “Cücələrim” uşaq ansamblının üzvü olub (vokalist).

Nizami muzeyində tərtibatçı-rəssam (2005-2007), AzTV-də rejissor kimi çalışıb (1999-2007). 2007-ci ildən İTV-nin rejissorudur. Azərbaycanda filosof Cəlaləddin Rumi haqqında ilk film çəkib: “Mövlanə” (2007, sənədli film, İTV).
[redaktə]
Filmoqrafiya
Güllələnmiş heykəllər (film, 2002)
Kişiləri qoruyun (film, 2006)
Bəylik dərsi (film, 2007)
Yuxu yaddaşı (film, 2008)
Sovqat (film, 2009)
Ardı »

AktyorlarAtabala Səfərov

[color=#f82e00]Aktyor
[redaktə]
Həyatı

Səfərov Atabala Osman oğlu - 1949-cu ildə anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən Atabala Səfərov həmin ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. 1972-1973-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra yenidən doğma teatra qayıdıb. Burada işlədiyi müddətdə bir neçə maraqlı obraz yaratmağa nail olmuş, özünü tamaşaçılara sevdirə bilmişdir. 1990-cı ildən 1998-ci ilə qədər Azərbaycan Dövlət Gənclər teatrında direktor müavini vəzifəsində çalışmış, 1998-ci ildə yenidən Musiqili Komediya Teatrına qayıtmış və burda yaradıcılıq fəaliyyətini davam etdirmişdir. Bu müddətdə o "Subaylarınızdan görəsiniz" tamaşasında Seyfi, "Səhnədə məhəbbət"də Milyonçu, "Bir saat xəlifəlik"də Bəhlul Danəndə, "Bir günlük siğə"də Qazi, "Şeytanın yubileyi"ndə Ardı »

AktyorlarFuad Əhmədov

Filmoqrafiya
Gülüş sanatoriyası (film, 1989)
Qəzəlxan (film, 1991)
Şirbalanın məhəbbəti (film, 1991)
Ardı »

AktyorlarƏjdər Həmidov

[color=#fd5b36]Həmidov Əjdər Qüdrət oğlu – Azərbaycan aktyoru.Mündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax

[redaktə]
Həyatı

Əjdər Həmidov 14 avqust 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olmuşdur. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Ə.Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rollar oynamışdır.

Onun Vəzir ("Lənkəran xanının vəziri" M.F.Axundov), ("Tamahkar" S.S.Axundov), Milis ("Bəxt üzüyü" V.Səmədoğlu), Məlik ("Adamın adamı" Anar), Sərsəri ("Bütün Şərq bilsin" N.Həsənzadə), Dursunəli ("Dursunəli və ballıbadı" S.M.Qənizadə) və s. kimi obrazları tamaşaçı rəğbəti qazanmışdır.

Ə.Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Ardı »